21.01.2019 06:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
İzmir şəhərində Türkiyənin ən böyük neft emalı kompleksinin açılışı olub

 
 



IRNA, İran
22.10.2018


Türkiyənin İzmir şəhərində inşa edilmiş və 6,3 milyard dollarlıq layihə olan “Star” neft emalı kompleksi Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin də qatıldığı mərasimlə istismara verilib.

IRNA xəbər verir ki, enerji sektorunda Türkiyənin ən böyük müştərək investisiya layihəsi olan “Star” neft emalı zavodu bu ölkənin neft məhsullarına olan tələbatının 25%-ni təmin edəcək. O, Türkiyənin strateji təşviq sənədini qəbul edən ilk böyük investisiya layihəsi hesab edilir.

Türkiyənin NTV kanalının xəbərinə əsasən,“Star” neft emalı kompleksi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə inşa olunub. O, Türkiyə ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin daha da gücləndirilməsinə təsirli amillərdən sayılır.

Telekanalın məlumatında deyilir: ““Star” neft emal kompkesi gündəlik 200 min barel neft hasil etmək gücündədir. O, demək olar ki, bütün növ neft məhsullarını istehsal edəcək və zavodun istismara verilməsilə, Türkiyədə neft məhsullarının istehsal həcminə 30% əlavə ediləcəyi gözlənilir”.

Neft emalı zavodunun illik emal həcmi 10 milyon ton xam neftdir. Bundan başqa orada illik 4,8 milyon ton dizel, 1,6 milyon ton naftalin, təyyarə yanacağı və LPG yanacağı kimi neft məhsulları da istehsal olunacaq.

Türkiyənin ən böyük enerji layihələrindən biri olan “Star” sayəsində Ankara neft məhsullarının idxalında 1,5 milyard dollar qənaət edəcək.

Layihənin açılışı mərasimində regional düzənin qurulmasında, xüsusilə enerji bazarında sabitliyin bərqərar olunmasında Türkiyə ilə Azərbaycanın rolundan danışan Ərdoğan deyib: “Ankara ilə Bakı regionun təhlükəsizliyi və sabitliyində ən mühüm oyunçulardır. Bunu hər kəs təsdiq edir”.

“Bu iki ölkənin dəstəyi, iştirakı və razılığı olmadan enerji sahəsində heç bir layihə reallaşa bilməz. Azərbaycanla Türkiyə tərəfindən həyata keçirilən hər bir layihə isə Türkiyənin regional gücünü möhkəmləndirir və gücləndirir”, - deyə o, qeyd edib.

Ərdoğan “Star” neft emalı zavodunun tikintisilə Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin daha da möhkəmləndiyini söyləyib.

İki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulayan Azərbaycan prezidenti İlham Əliyev isə deyib: “Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə qlobal gücə çevrilib. Türkiyənin gücü isə Azərbaycanın gücüdür”.

Zavodun açılış mərasimində İranın Türkiyədəki səfiri Məhəməd İbrahim Tahiriyan da iştirak edib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az