10.12.2018 07:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycana səfər edən BƏƏ sakinlərinin sayı artıb

 
 



GULF NEWS, BƏƏ
22.10.2018


Azərbaycanın BƏƏ-dəki baş konsulu Cavid Hüseynov iki ölkə arasındakı əlaqələrdən danışıb.

Azərbaycanlı diplomatın sözlərinə görə, bu ilin iyulunda vizaların hava limanlarında rəsmiləşdirilməsi rejiminin tətbiqilə, növbəti 2 ay ərzində Azərbaycana səfər edən BƏƏ sakinlərinin sayı 2 dəfə artıb. Bu sayın gələcəkdə daha da artacağı gözlənilir.

Görünür, viza qaydalarının sadələşməsindən sonra Azərbaycan BƏƏ sakinlərinin maraq dairəsinə düşüb. “Vizaların hava limanlarında rəsmiləşdirilməsi proseduru bu yay – iyulun 26-dan etibarən başlayıb. Yeni rejimin tətbiqindən sonra BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayı ikiqat artıb”, - deyə Azərbaycanın BƏƏ-dəki baş konsulu Cavid Hüseynov “Gulf News” nəşrinə bildib. Lakin o, konkret rəqəm açıqlamayıb.

“Bu gün BƏƏ rezidentləri Azərbaycana asanlıqla səfər edə bilir. Turist vizalarını Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən hava limanlarından əldə etmək mümkündür”, - deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, bu gün Əbu-Dabi, Dubay və Şarjadan Bakıya həftəlik birbaşa uçuşların sayı 30-a çatır: “Bu, iki ölkənin iş adamları və xalqları arasındakı əlaqələri genişləndirir”.  

Qeyd edək ki, BƏƏ-də əksəriyyəti Dubayda olmaqla, təxminən 7 min azərbaycanlı yaşayır. Onların təqribən 10%-i dövlət sektoru, xüsusən enerji sektorunda, digərləri turizm, təhsil, xidmət və ya media kimi müxtəlif sektorlarda çalışır, bəzilərisə şəxsi bizneslə məşğuldurlar.

Azərbaycandan BƏƏ-yə ərzaq məhsulları, meyvə, tərəvəz, çərəz, avtomobil hissələri və daxiliyanma mühərrikləri ixrac edilir. BƏƏ-dən Azərbaycana isə elektrik cihazları, nəqliyyat vasitələri, ehtiyat hissələri, kimyəvi məhsullar, sürtkü yağları, tikinti materialları və aksesuarları, borular idxal olunur. Bu ilin sonunda iki ölkə arasında ticarətin təşviqi məqsədilə Dubayda Azərbaycanın ticarət ofisinin rəsmi açılış mərasimi keçiriləcək.

“Ticarət nümayəndəsi artıq təyin olunub, ofis artıq fəaliyyət göstərir və bu yeni addım Azərbaycan məhsul və mallarının BƏƏ-də təşviqinə yönəlib. Əlbəttə ki, əsas hədəf, iki ölkə arasında ikitərəfli ticarət əlaqələrinin inkişafıdır”, - deyə C.Hüseynov bildirib.

Diplomatın sözlərinə görə, Dubay Ticarət və Sənaye Palatasının statistikası 2017-ci ildə Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin təxminən 221 milyon dollar olduğunu göstərir. Hüseynov ümid edir ki, iki ölkə arasındakı səmimi, yaxın və mehriban münasibətlər sayəsində bu rəqəm daha da artacaq.

2018-ci il BƏƏ-də dövlətin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın 100 illik yubileyi ilə əlaqədar “Zayed İli” kimi qeyd olunur. Bu il, Azərbaycan üçün də əlamətdardır. Çünki ölkə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd edir.

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi xalqımız üçün tarixi və əlamətdar hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika olub. 23 ay yaşamasına baxmayaraq, bu dövrdə xeyli işlər görülüb, bir çox islahatlar aparılıb”, - deyə C.Hüseynov bildirib.

Belə islahatlardan biri irqindən, cinsindən, etnik və dini mənsubiyyət asılı olmayaraq, bütün vətəndaşlara seçki hüququnun verilməsi olub. Bu Avrasiya ölkəsi qadınlara kişilərlə eyni siyasi hüququ vermiş ilk müsəlman ölkəsidir. Həmin dövrdə, həmçinin Bakı Dövlət Universiteti yaradılıb, bütün təhsil müəssisələrində tədris Azərbaycan dilində aparılmağa başlayıb.

1991-ci ildə isə Azərbaycan ikinci dəfə müstəqillik qazanıb. O illərdə ölkəyə rəhbərlik etmiş ümumilli lider Heydər Əliyevin oğlu, hazırkı prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf yoluna qədəm qoyub. “Prezident Azərbaycanda bu ili “Xalq Cümhuriyyəti İli” elan edib. Ölkəmizdə və dünyanın hər yerində Cümhuriyyətin 100-cü ildönümünü qeyd olunur. Bu gün Azərbaycan beynəlxalq arenada öz mövqelərini gücləndirir. Azərbaycan 2 dəfə BMT Təhlükəsizlik Şurasının sədri olub”, - deyə baş konsul vurğulayıb.

“Bir sözlə, mən fəxrlə deyə bilərəm ki, ölkəmiz öz müstəqilliyini qazandıqdan sonra bir çox nailiyyətlər əldə edib və güclü dövlətə çevrilib”, - deyə C.Hüseynov bildirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: GULF NEWS


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az