18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan-İran birgə avtomobil zavodunun məhsulları Rusiyaya ixrac olunacaq

 
 



Eghtesadnews, İran
23.10.2018


Azərbaycanın iqtisadiyyat nazirinin müavini: “Azərbaycan-İran birgə avtomobil zavodunun məhsullarının Rusiya və Gürcüstana ixracı ilə bağlı danışıqlar davam edir”.

“Eqtesadnews” xəbər verir ki, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakı şəhərindən 168 kilometr cənubda yerləşən Neftçala şəhərindəki sənaye zonasında istehsal olunan minik avtomobillərinin Rusiya və Gürcüstan bazarlarına ixrac imkanlarının araşdırıldığını bildirib. “Bu birgə zavodun işə salınmasında məqsəd Azərbaycanın daxili tələbatını təmin etməklə yanaşı, zavodun bir sıra məhsullarını xaricə ixrac etməkdir”,- deyə o, qeyd edib.

Səfərovun sözlərinə görə, İranın “İran Khodro” və Azərbaycanın “Azərmaş” şirkətlərinin birgə istehsalı olan avtomobillər bu yaxınlarda Moskva təşkil edilmiş beynəlxalq sərgisində nümayiş olunub. Bu, xarici tərəfdaşlar üçün kifayət qədər gözlənilməz olub.

“Neftçala Sənaye Zonasında fəaliyyət göstərən avtomobil zavodunda minik avtomobillərinin istehsalı Azərbaycanda sənaye sahəsində görülmüş işlərin nəticəsidir”, - deyə nazir müavini bildirib.

Qeyd edək ki, Azərbaycan-İran birgə avtomobil zavodunun avtomobilləri ayrı-ayrı şəxslərlə yanaşı, Azərbaycanın dövlət orqanları tərəfindən də alınır. Məsələn, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 22 belə avtomobil alıb.

“İran Khodro” ilə “Azarmaş” tərəfindən birgə avtomobil zavodunun yaradılmasına dair saziş 2016-cı ilin avqustunda imzalanıb. Birgə layihənin ilkin dəyəri 24 milyon manatdır. Zavodun maksimal istehsal gücü ildə 10 min avtomobil təşkil edir.

Birgə avtomobil zavodu İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Bakıya bu ilin martında etdiyi rəsmi səfər zamanı istismara verilib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eghtesadnews


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az