18.03.2019 19:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Bakıda caz - VİDEO

 
 



Euronews, Aİ
23.10.2018


Müəllif: Veronika Doval

Bakı Caz Festivalında parlaq duet: fortepianoda Leonid Ptaşka, gitarada Həsən Bağırov. Əslən Bakıdan olan və hazırda İsraildə yaşayan Ptaşkanın klassik musiqi təhsili var. Müxtəlif alətlərin mahir ifaçısı, dirijor Bağırov isə festivala Sankt-Peterburqdan qatılıb. Onlar vaxtaşırı birlikdə çıxışlar edir və bundan böyük zövq alırlar.

Leonid Ptaşka: “Heç vaxt istəmərəm ki, tamaşaçılardan hansısa evinə qayıtdıqdan sonra düşünsün ki, görəsən Ptaşka ilə Bağırov bu konsertlə nə demək istəyirdilər? Mən istəyirəm ki, onlar evə gələndə özlərini xoşbəxt hiss etsin və səhər işə yollandıqda desinlər ki, konsert fantastik keçdi. İstəyirəm ki, tamaşaçılar həzz alsın və əsas da budur”.

Ömər Lai-Fuk: “Mənim adım Ömər Lai-Fukdur. Ulu babam Çin-Yamayka mənşəli olub”.

Londondan gəlmiş bu musiqiçi 1991-ci ildə məşhurlaşıb. Onun pərəskişkarı çoxdur. Hətta aralarında Stivi Uanderin özü də var.

Ömər Lai-Fuk: “Daim eyni şeyi etmək məni darıxdırır. Mən eksperiment etməyi, müxtəlifliyi xoşlayıram. Axına qarşı üzməyi sevirəm, çünki onsuz da bir çox musiqiçi başqaları kimi səslənməyə çalışır. Mən isə hər zaman özüm olmaq istəmişəm”.

Ömər Lai-Fuk musiqi ilə erkən yaşlarından məşğul olur. Onun atası 1960-70-ci illərdə musiqiçi olub və “Rolling Stones” qrupu ilə, Cimmi Hendrikslə çıxışlar edib. Ömər musiqidə 80-ci illərdə cazla debüt edib. Bu gün isə soul-fank, hip-hop, Qərib motivləri, Qvadelupenin zuk musiqisi və bir çox başqa musiqi janrlarına maraq göstərir. O, öz musiqisini axtarır.

Azərbaycanlı gənc caz ifaçısı Natəvan Quliyeva Bakı Caz Festivalında iştirak üçün seçilmiş namizədlərdən biridir. Münsiflər heyətində isə Festivalın bədii rəhbəri, gözəl saksofon ifaçısı Rain Sultanov və Almaniyada yaşayan bakılı musiqiçi Vadim Abramov da var. Caz ifaçısı üçün səhnədə nəyin vacib olduğunu onlardan soruşuruq. 

Natəvan Quliyeva: “Mən həmişə səhnədə oxumaq istəmişəm, bu mənim uşaqlıq arzumdur. Və budur, mən buradayam”.

Rain Sultanov: “İmprovizasiyanın özü və improvizasiya hissinin olması çox vacibdir”.

Vadim Abramov: “Əlbəttə, xarizma da çox vacibdir. Lakin hər ifaçı özünün musiqi imkanlarını görməli, özünə yaraşan repertuar seçməli və təbii ki, peşəkar olmalıdır”.

Həmişəki kimi, Festivalın ən heyrətamiz məqamları əsas konsertlərdən sonrakı cem-seyşnlar, yəni birgə sessiyalardır – bu zaman müxtəlif ifaçılar bir araya gələrək, birlikdə improvizasiya edirlər.

Leyla Əfəndiyeva: “Azərbaycanın çox gözəl və qədim caz ənənələri, zəngin caz tarixi var. Bu səbəbdən deyə bilərəm ki, bu gün Bakını caz sənətinin inkişaf mərkəzi adlandırmaq olar”.

Və sonda Leonid Ptaşka və Həsən Bağırovun ritm və melodiyalarını bir az da dinləyək. Hazırda Leonid Ptaşka ABŞ-da qastroldadır.

Bütün dünyadan gəlmiş 20-yə yaxın ifaçı, musiqi sessiyaları, ustad dərsləri və gənc istedadlar üçün musiqi müsabiqəsi – bu Festival özündə cazın bütün rənglərini və qatlarını əks etdirir.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az