21.01.2019 06:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Rusiyalı deputatdan Xocalı həqiqətləri

 
 



SABAH, Türkiyə
24.10.2018


Dmitri Savelyev: “Xocalıda törədilmiş hadisə Azərbaycan xalqına qarşı soyqırımıdır”.

Türkiyənin Kayseri şəhərində Xocalı parkının və bu şəhərdə soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev abidənin önünə gül dəstəsi qoyub.

“Bu, bir soyqırımdır”

Daha sonra çıxış edən rusiyalı deputat deyib: “Xocalıda törədilmiş hadisə Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir”.

“Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər indiyədək cəzalarını almayıb. Hər birimiz çalışmalıyıq ki, Xocalı soyqırımı haqda həqiqətləri bütün dünyaya çatdıraq, bu faciəni törətmiş şəxslər cəzasını alsın. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərin rəhbər şəxslərinə təsir göstərməli, ölkələrinin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı çağırış etməlidirlər. Belə vəhşilk cəzasız qalmamalıdır”, - deyə Savelyev qeyd edib.

Ermənilərin türklərə böhtanı onlar üçün “dirilik suyu”dur

Bu soyqırımı müxtəlif platformlarda müzkirəyə çıxaracağını deyən Dmitri Savelyev Azərbaycan xalqına başsağlığı diləyib.

Açılış mərasimində Anadolu Aydınlar Ocağı sədri Prof. Dr. İbrahim Öztek də çıxış edib: “Həqiqətləri açıq  şəkildə dilə gətirən rusiyalı millət vəkilinə ürəkdən təşəkkür edirik. Hər şeydən əvvəl, Rusiya parlamentində onun kimi düşünən millət vəkillərinə Xocalı soyqırımı haqda ətraflı məlumat verməliyik. Çünki ermənilərin yalan, riya və kinlə dolu təbliğatı üzündən dünayanın 25-dək parlamentində türklərin əleyhinə qərarlar qəbul olunub. Türklərə iftira atmaq ermənilər üçün “dirilik suyu”dur. Onlar dünya miqyasında millət kimi qala bilmək, yox olmamaq üçün məhz bu iftiradan yapışıblar”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: SABAH


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az