18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan XİN-i: “Sent-Etyen merinin adı arzuolunmaz şəxslər siyahısına salınıb”

 
 



Nouvelles d’ARMÉNIE, Fransa
24.10.2018


Müəllif: Stefan

Azərbaycan Fransanın Sent-Etyen şəhəri merinin Dağlıq Qarabağ bölgəsinə səfərini qətiyyətlə pisləyir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

Nazirliyin bununla bağlı açıqlamasında deyilir: “Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa milli qanunlarına zidd olaraq atdığı bu addım işğalçı Ermənistanın Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu qanunsuz səfərdə Sent-Etyen şəhərinin merini Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən, Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbulan müşayiət edib”.

“Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 2018-ci ilin 24 may tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təmimi sənədinə istinad edir və yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan edildiyini xatırladırıq. Bu xüsusda vurğulayırıq ki, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən “Dostluq haqqında Bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil”, - deyə bəyanatda bildirilir.

Beləliklə, Fransa vətəndaşı Qael Perdrio Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyindən, onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına salınacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nouvelles d’ARMÉNIE


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az