21.01.2019 06:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Bakıda İmam Hüseyn məscidi bərpa olunub - FOTO

 
 



ShiaNews, İran
25.10.2018


Bakıda Heydər Əliyev Fondunun dəstəyilə bərpa edilmiş İmam Hüseyn məscidinin açılışı olub.

“Shia-news” xəbər verir ki, açılış mərasimində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. Məscidin axundu Hacı Əbdül Mehriban Əliyevaya İmam Hüseyn (ə) məscid haqda məlumat verib.

“Məscid 1890-cı ildə Hacıbala adlı xeyriyyəçi tərəfindən inşa olunub. Lakin bolşeviklərin hakimiyyətə gəlməsi və Azərbaycanın SSR-nin tərkibinə qatılması ilə o, qapadılıb. Bir də Sovet İttifaqının dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra məscid təmir və bərpa olunub”, - deyə Hacı Əbdül bildirib.

Azərbaycanın ən qədim məscidlərindən olan İmam Hüseyn (ə) məscidinin bərpa edilməsinə 2017-ci ildə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə başlanmışdı. Aparılan işlər zamanı məscidin orijinal memarlığı qorunub. Ümumi sahəsi 300 kvadratmetr olan məsciddə eyni vaxtda 400 nəfər ibadət edə bilər. Burada 130 nəfərlik mərasim zalı da inşa olunub.

Mərasimin sonunda məscidin axundu Hacı Əbdül Mehriban Əliyevaya Quran hədiyyə edib.

Cənubi Qafqaz bölgəsinin ən böyük ölkəsi olan Azərbaycan Avropa ilə şimal-qərbi Asiyanın kəsişməsində, Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan əhalisinin 95%-ni müsəlman, onun da 85%-i şiədir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ShiaNews


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az