18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Bolton Amerikanın maraqlarını təmin etmək üçün Qafqazı öyrənir

 
 



EurActiv, Aİ
25.10.2018


Müəllif: Georgi Qotev

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində oktyabrın 24-də Azərbaycanda olub. Onun səfər proqramına Ermənistan və Gürcüstana səfərlər də daxildir. Ekspertlər Boltonun səfərini İranın təcrid vəziyyətinə salınması istəyilə əlaqələndirir.

Moskva ilə Vaşinqton arasında münasibətlərin gərgin olduğu bir dövrdə Bolton oktyabrın 23-də Rusiyaya da baş çəkib.

Bakı səfərinə gəlincə, orada Bolton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdə Məmmədyarov Azərbaycanın ABŞ ilə bir sıra sahələrdə, xüsusilə terrorçuluqla mübarizə çərçivəsində sıx əməkdaşlıq etdiyini bildirib.

Enerji resursları ilə zəngin Azərbaycan hərbi-siyasi bloklara qoşulmağa can atmır. Bununla yanaşı, o, qlobal təhdidlərlə mübarizədə hər kəslə açıq və fəal əməkdaşlıq edir.

E.Məmmədyarov ABŞ hökumətinə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə dəstəyinə görə təşəkkür də edib. Yerli medianın məlumatına görə, Bolton öz növbəsində, Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirib, ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini söyləyib.

Azərbaycan KİV-i yazır ki, E.Məmmədyarov Boltona Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqda da məlumat verib. O, münaqişə zonasındakı mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri ötən həftə “EURACTIV” portalına geniş müsahibə vermişdi. O, bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, davamlı sülhün yaradılması üçün Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməli, məcburi köçkünlər doğma evlərinə qayıtmalıdır.

Boltonla Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu və “Cənub Qaz Dəhlizi” haqqında da müzakirələr aparıblar. Bolton qeyd edib ki, beynəlxalq enerji bazarında Azərbaycanın fəal rolunun qorunması ABŞ üçün çox vacibdir.

“Cənub Qaz Dəhlizi” layihəsini həm Avropa İttifaqı (Aİ), həm də ABŞ dəstəkləyir. Onun 2020-ci ildə istismara verilməsindən sonra Aİ ilk dəfə Şərqdən rus qazı deyil, alternativ ölkənin qazını idxal edə biləcək.

Bununla yanaşı, bu layihə “Qazprom”a real təhükə yaratmır. Çünki “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya ildə cəmi 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. “Qazprom” isə yalnız bu il Avropaya 199 milyard kubmetr qaz ixrac edəcək.

Azərbaycan xarici işlər naziri ilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ənənəvi diplomatiya illərdir Dağlıq Qarabağ münaqişəsinin həllində işə yaramır. Məhz bu üzdən “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani “The Washington Times”da nəşr olunan məqaləsində yazır ki, Bolton Bakıya səfəri zamanı ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllində maraqlı olduğunu təsdiqləməlidir.

Diqqətlər İran üzərində

Boltonun Cənubi Qafqaz turu ilə bağlı “Eurasianet” nəşrində dərc olunmuş məqaldə deyilir ki, Bolton bu səfəri çərçivəsində Tramp administrasiyasının qətiyyətlə təcrid etməyə çalışdığı İrana daha çox diqqət ayıracaq. Məqalədə Bolton ümumiyyətlə, uzun illərdir İrana qarşı çıxış etdiyi vurğulanır. O, Tehrana qarşı sanksiyaları dəstəkləyir, ABŞ-ın İranla imzaladığı nüvə razılaşmasından çıxmalı olduğunu düşünür.

“Eurasianet” bildirir ki, bu gün Cənubi Qafqazın hər üç ölkəsinin, xüsusilə də Ermənistanın İranla yaxşı münasibətləri var. Çünki Ermənistanın Azərbaycanla şərq sərhədi və Türkiyə ilə qərb sərhədi bağlıdır. Bu baxımdan, onu vacib, həyati əhəmiyyətli yolla məhz İran təmin edir.

Beynəlxalq Böhran Qrupunun Bakıdakı eksperti Zaur Şiriyev “Eurasianet”ə açıqlamasında deyib: “Azərbaycan istəyir ki, Tehran onun ABŞ-ın İran siyasətində iştirak etdiyini düşünməsin. Çünki Tehran bunu səhv anlaya bilər. Bakı İranla ikitərəfli münasibətlərə zərər vurmaq istəmir”.

Londonda yaşayan erməni ekspert Eduard Abramyan isə Yerevanın bir tərəfdən Vaşinqton, digər yandan Tehranla sıx əlaqələr qurmaqla, Moskvanın təsirini balanslaşdırmağa çalışdığını düşünür. “Odur ki, Ermənistan-İran münasibətlərini inkişaf etdirmək lazımdır. Amma bu işdə Vaşinqtona şəffaf məlumat vermək, bu istiqamətdə hansı addımların atıldığını ona açıqlamaq tələb olunur”, - deyə ekspert bildirib.

Xatırladaq ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olmaqla yanaşı, hərbi sahədə Moskvadan asılıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EurActiv


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az