18.11.2018 17:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycanın səfiri Rodezə niyə getmişdi?

 
 



CentrePresse.fr, Fransa
26.10.2018


Müəllif: Raşid Benarab

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bölgəyə iki günlük səfəri çərçivəsində çərşənbə günü Rodezdə şəhər meri və sahibkarlarla görüşüb.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Şimal-Cənub İqtisadi və Mədəni İnkişaf Agentliyinin sədri Jilbert Salinasın dəvətilə çərşənbə günü səhər Montobana, oradansa Tuluzaya getməzdən əvvəl bir neçə saat Rodezdə olub.

Jilbert Salinas və aveyronlu iki şirkət rəhbərinin müşayiət etdiyi Azərbaycan nümayəndə heyəti səfərinə qəbiristanlıq ziyarətilə başlayıb. Daha dəqiq desək, onlar əvvəlcə azərbaycanlı döyüşçünün uyuduğu məkanı ziyarət edib, məzarın önünə əklil qoyublar.

Nümayəndə heyəti daha sonra köhnə mərkəzdə yerləşən meriyaya yollanıb.

Azərbaycanın imkanları

Rodez meri Kristian Teysedrlə Rəhman Mustafayev xüsusilə şəhər, departament və bölgə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr imkanlarını müzakirə ediblər. Fransız dilində əla danışan səfir, xüsusilə ölkəsi Azərbaycandakı biznes imkanlarından bəhs edib.

Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşən və 10 milyona yaxın əhalisi olan Cənubi Qafqaz ölkəsidir. Şimaldan Rusiya, cənubdan İranla həmsərhəd olan bu kiçik ölkə nəhəng neft ehtiyatlarına malikdir. Elə bu səbəbdən də Azərbaycan artıq bir neçə ildir ki, ikirəqəmli iqtisadi inkişaf tempini qoruyub saxlayır (2007-ci ildə 30%). “Azərbaycan iş adamlarının diqqətinə layiq ölkədir”, - deyə Jilber Salinas bildirib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CentrePresse.fr


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az