18.11.2018 17:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Bakı Humanitar Forumu – humanitar çağırışlara cavab axtarışında

 
 



IRNA, İran
29.10.2018


Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forum dəyərlər sisteminin dəyişdiyi, effektiv dialoq və qarşılıqlı anlaşmanın ciddi maneələrlə qarşılaşdığı bir dünyada çağdaş dövr insanının çağırışlarına cavab axtarışındadır.

IRNA xəbər verir ki, Bakıda təşkil olunmuş VI Beynəlxalq Humanitar Forum bu dəfə “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilib. Oktyabrın 25-26-da keçirilmiş Forumda məqsəd qlobal problemlərin azaldılması üçün humanitar strategiyaların araşdırılması, dünyanın mədəni elitasının iştirakı ilə fikir mübadiləsi, konstruktiv danışıqlar üçün platformanın yaradılması idi.

Bu Beynəlxalq Humanitar Forum Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildən etibarən, iki ildən bir keçirilir.

Dünyanın 97 ölkəsindən və 24 beynəlxalq təşkilatdan 580 iştirakçının qatıldığı VI Beynəlxalq Humanitar Forum Bakının Heydər Əliyev Mərkəzində baş tutub. O, işinə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ilə başlayıb.

Bu forumların nəticələri beynəlxalq təşkilatlara, ölkələrə və fərdlərə yekun bəyanatlar və tövsiyələr şəklində çatdırılır.

Forum iştirakçıları arasında ölkələrin və beynəlxalq təşkilatların hazırkı və keçmiş rəhbərləri, transmilli şirkətlərin təsisçiləri də var idi. Tədbirə BMT baş katibinin iki müavini, ISECO, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB Parlamentlərarası Assambleyası, Türkdilli Dövlətlərin Parlament Assambleyası, UNESCO kimi qurumların təmsilçiləri də qatılmışdılar. Toplantıda 97 ölkədən siyasi təmsilçi, o cümlədən, Sudanın birinci vitse-prezidenti, Rusiya baş nazirinin müavini, Slovakiya baş nazirinin müavini, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin rəhbərləri və müavinləri iştirak edirdilər.

Ümumiyyətlə, indiyədək keçirilmiş 5 Bakı Beynəlxalq Humanitar Forumunda 29 Nobel mükafatı laureatı iştirak edib. Bu 5 forumda müzakirə olunan mövzulardan bəziləri bunlardır:

- İqtisadi inkişaf modelinin humanitar aspektləri;

- Sosial jurnalistika və qabaqcıl texnologiyalar;

- Cəmiyyətin həyatında multikulturalizm;

- Müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar;

- Postmodern mədəniyyətdə ənənəvi dəyərlər sistemi;

- Ənənələr arasında qloballaşma çağırışı;

- Postmodern dövrün əsas dəyəri olan humanizm;

- 21-ci əsrdə molekulyar biologiya və biotexnologiya;

- Qərbin multikulturalizmə etinasızlığı.

İndiyədək keçirilmiş humanitar forumlarda müzakirə olunan ən mühüm məsələlərdən biri multikulturalizm mövzusu olub. Həmin tədbirlərin iştirakçıları son illərdə Qərbin multikulturalizmin əhəmiyyətinə biganə yanaşmasını tənqid edib, bununla bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəziləri multikulturalizmin iflasa uğradığını, onun gələcəyinin olmadığını düşünür. Forum iştirakçıları isə multikulturalizmin sabahına inanırlar. Onlar əmindirlər ki, hər kəs multikulturalizmin güclənməsi istiqamətində çalışmalıdır, çünki onun alternativi yoxdur. Bir sözlə, gələcək inkişaf üçün multikulturalizm ən uyğun variantdır. Başqa yol özünü təcrid etməkdir.

Bu fikir əslində Humanitar Forumun bəyanatının məğzidir. Bəşəriyyət məhz bu dəyər sayəsində hamının vahid dünyada yaşadığını, vahid bəşəriyyətin rəmzi olduğunu anlamalıdır. O, bilməlidir ki, hər kəs dünyada müxtəlifliyi dərk etməyə, eyni zamanda, bərabərlik mədəniyyətinin yaradılmasına çalışmağa borcludur. Başqa sözlə, sivil mədəniyyətin əsası birgə yaşayışdır.

Milli-mədəni dəyərlərin qorunması

Əvvəlki forumlarda vurğulanmış məsələlərdən biri də mədəni dəyərlərin qorunması, başqalarının dininə, mədəniyyətinə və tarixinə hörmətin vacibliyi olub. Çünki bu, öz tarixinə, mədəniyyətinə və dininə hörmət deməkdir.

Siyasətçilərin məsuliyyəti

Siyasətçilərin məsuliyyəti mözvusu Bakıda keçirilmiş əvvəllki humanitar forumların istiqamətlərindən daha biridir. Müasir dünyada baş verən ağrı və iztirabların əsası bir növ siyasətçilərin məsuliyyətsizliyilə bağlıdır. Bu məsuliyyətsizlik özünü müxtəlif formalarda büruzə verir. Bəzi siyasətçilərin cəmiyyətin savadsız təbəqəsi üçün təxribatçı çıxışları zorakılığa, aqressiyaya aparıb çıxarır. Qeyri-real vədlər, populist çıxışlar da haqlı narazılıqlara səbəb olur.

Müasir internet dövründə bir yerdə səsləndirilən məsuliyyətsiz, diqqətsiz çıxış başqa bir yerdə zorakılıqla nəticələnə bilər.

VI Qlobal Humanitar Foruma gəlincə, orada müzakirəyə çıxarılmış əsas istiqamətlər bunlar idi:

- İnsan kapitalının inkişafı sahəsində təhsil və elm;

- Yaradıcı iqtisadiyyat üçün yeni resurslar – innovasiyalar;

- Davamlı inkişafın məqsədləri 2030: Qlobal çağırışlar və imkanlar;

- Yalan informasiya yaymaq sabitlik üçün təhlükədir;

- Multikulturalizm siyasəti cəmiyyətdə sabitlik amilidir.

Forum azərbaycan, rus və ingilis dillərində olmaqla, üç dildə keçirilib.

Qlobal forumun açılış mərasimi Heydər Əliyev Mərkəzində təşkil olunub. Ümumi və alt iclaslar isə bu mərkəzlə yanaşı, “Marriott Absheron Hotel” və “Fairmont Hotel” mehmanxanalarında baş tutub.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az