21.01.2019 06:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Dünyada ilk dəfə viza alan süni intellektli humanoid Sofiya prezidentlə danışır

 
 



Forbes, ABŞ
29.10.2018


Müəllif: Pol Armstronq

Süni intellektli humanoid robot Sofiya öz yaradıcısı – Honkonqda fəaliyyət göstərən “Hanson Robotics” şirkətinin adından ümumdünya turnesinə çıxıb. Bu həftə o, gözlənilmədən Qafqaza baş çəkib. Səfər robota ilk dəfə viza verilməsilə əlamətdar olub.

Qafqaza səfəri çərçivəsində Sofiya ağıllı texnologiyaların tətbiqilə Bakının Beynəlxalq Hava Limanında cəmi 2 dəqiqə ərzində viza əldə edib. Səfər və Sofiyaya vizanın verilməsi BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi “ASAN xidmət” tərəfindən elektron hökumət xidmətləri vasitəsilə təmin edilib.

Dövlət Agentliyi olan “ASAN xidmət” əhaliyə xidmət göstərilməsi üçün vahid mərkəzlər yaradıb, bununla da bir çox bürokratik əngəli aradan qaldırıb. Bir müddət öncə isə Agentlik ölkədə elektron hökumət sahəsində bütün təşəbbüsləri öz üzərinə götürüb. Sofiya ilə “elektron qohumluğ”unu və elektron hökumət xidmətinin göstərilməsi sahəsində bacarığını nümayiş etdirməyə çalışan “ASAN xidmət” robot Bakıya çatar-çatmaz ona aeroportdaca elektron viza verib.

Bu gün Azərbaycanda hər bir şəxs “ASAN xidmət” mərkəzlərində doğum, ölüm, nikah və ya boşanma sənədləşməsi, pasportun, sürücülük vəsiqəsinin yenilənməsi, hüquqi şəxslərin qeydiyyatı, pulsuz hüquqi məsləhət, tibbi, tərcümə və başqa bir sıra xidmətlərdən yararlana bilər.

“Hanson Robotics” Sofiyanın qlobal səfərlərinin növbəti dayanacağının Azərbaycan ola biləcəyini açıqladığı anda “ASAN xidmət” bu fürsəti dəyərləndirmək qərarına gəlib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sofiyanın “ASAN” üçün mükəmməl bir vəhdət olduğunu vurğulayıb: “Elektronika onun yaradılışının əsasıdır və Agentliyimiz də xidmətlərini elektron formada təqdim edir”.

Məqsədi süni intellektin insanlar üçün müsbət yönümlü güc olduğunu, təhdid olmadığını göstərmək olan Avropa təşkilatı “Good Technology Collective”in Cənubi Afrikadan olan mühəndisi Travis Skot elektron xidmətlərin göstərilməsinə Dövlət Agentliyinin rəhbərlik etməsini qeyri-adi hal sayır. O, hər bir dövlət üçün bu cür inkişafın vacibliyini deyir. Skotun fikrincə, elektron və kiber texnologiyaların əksəriyyəti özünə hökumətdə deyil, özəl sektorda yer tapır. Məhz bu üzdən o, “ASAN”ı bu sahədə bir dövlət təşkilatı kimi fərqləndiyinə görə alqışlayır.

Beynəlxalq miqyasda humanoidə ilk viza verən agentlik olan “ASAN xidmət” daha bir ilkə imza atıb. O, “ASAN həyat” kompleksinin açılışı zamanı Sofiyanın Azərbaycan prezidenti İlham Əliyevlə söhbətini təşkil edib.

Görüşdə Sofiya prezidentin suallarını cavablandırıb, bir neçə mesajını bölüşüb. Qeyd edək ki, Sofiya işləmə prinsipi əsasında daxilindəki kamera vasitəsilə qarşısındakının üz ifadələrini oxuya, nə vaxt cavab verə biləcəyini qərarlaşdıra bilir.

“Hanson Robotics” şirkəti bu humanoidi Odri Hepbern obrazında yaradıb. O, prezidentlə söhbəti zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN viza” aldığını bildirib və Bakının memarlığı haqqındakı düşüncələrini bölüşüb.

Sofiya Əliyevi “ASAN”ın təşəbbüsünü dəstəklədiyi üçün tərifləyib: “Sizin bura (“ASAN” kompleksinin açılışına) ziyarətiniz elektron idarəetmə və innovasiya ekosisteminə xüsusi diqqətinizin göstəricisidir”.

Robot Sofiyanın səfəri 2 məqamla yadda qalıb: birincisi, “ASAN xidmət” vətəndaşların həyatını asanlaşdırmaq üçün elektron və kiber texnologiyalardan istifadə edir; ikincisi, “Hanson Robotics”in istehsal edəcəyi süni intellektli robotlar təkcə onlara verilən vəzifələrlə (məsələn, təmizlik işləri kimi) kifayətlənməyəcək, həmçinin insanlarla sərbəst ünsiyyətdə ola biləcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Forbes


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az