18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan dünyada üçüncü böyük fındıq istehsalçısıdır

 
 



Fruchtnews, Almaniya
29.10.2018


Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AHPEA) məlumatına görə, Azərbaycan dünyanın üçüncü böyük fındıq istehsalçısı və ixracatçısıdır.

Assosiasiyanın nümayəndəsi deyir ki, Azərbaycanda istehsal olunan fındıq dünyanın 25 ölkəsinə, əsasən, İtaliya, Rusiya və Almaniyaya ixrac olunur.

“Xaçmaz bölgəsinin fındığı daha çox Rusiya Federasiyasına, Qəbələ-Oğuz, Qax-Zaqatala və Balakən bölgələrində istehsal olunan fındıq isə Avropa ölkələrinə ixrac edilir”, - deyə məlumatda bildirilir.

İxrac edilən fındığın həcminə gəlincə, Assosiasiyadan deyirlər ki, 2017-ci ilədək Azərbaycan 20 850 ton fındıq ixrac edib. Bu ilin gözləntiləri də ötən illərlə eynidir.

Fındıq istehsalı Azərbaycanın şimal bölgələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Xaçmaz bölgəsində 8 218 hektar fındıq bağı var. Onun 3 912 hektarından məhsul götürülüb.

Ümumiyyətlə, ötən il Azərbaycanda 18 min hektar sahədə fındıq əkilib. Beləliklə, ölkədə fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatıb. Bu gün məqsəd bu bağların ümümi sahəsini 80 min hektara çatdırmaqdır.

Azərbaycanda Atababa, Əşrəfli, Qalib, Gəncə, Saçaqlı, Topqara və Yağlı kimi fındıq çeşidləri yetişir. Onun Qax, Zaqatala və Balakən bölgələrində, Qafqaz sıra dağlarının ətəklərində çoxlu fındıq plantasiyaları var. Dünyanın ən böyük fındıq alıcısı olan “Ferrero” 2016-cı ildə Azərbaycandan kifayət qədər böyük həcmdə fındıq alıb.

Konkret ötən il Azərbaycanda 45,5 min ton fındıq istehsal edilib ki, bu da 2016-cı ilin göstəricisindən 32,9% faiz çoxdur.

(Alman dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Fruchtnews


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az