18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Naxçıvan – Azərbaycanda muxtar respublika

 
 



Categorynet.com, Belçika
29.10.2018


Müəllif: Sara Əzimova

“Nuhun torpağı”, “Şərqin qapısı”, “Kiçik Avropa”! Siz bütün bu adları qürurla daşıyan Naxçıvanı tanıyırsınızmı? Naxçıvan Muxtar Respublikası qədim, Orta əsrlər və müasir cəmiyyətin maddi-mədəniyyət nümunələrilə zəngin bölgədir.

Bu qədim torpaqda ilk insan mağaraları, ilk şəhərlərin qalıqları və möhtəşəm qalalar var. Naxçıvan turistləri qədim tarixi, çoxsaylı abidələrilə cəlb edir. Bu gün bu muxtar respublikada 30 muzey fəaliyyət göstərir.

Burada 1200 tarixi və mədəni abidə, 20-dən çox otel, 250-dən çox mineral və müalicəvi su mənbəyi var. Bu, tarixin yaddaşını əks etdirməklə, həm də buranı digər turizm zonalarından fərqləndirir.

Qarabağlar Türbə Kompleksi, yaşı 800 ildən artıq olan Şərq çinarı, yenilməzlik rəmzi sayılan Əlincə qalası dünyada bənzəri olmayan turizm məkanlarıdır. Bundan başqa, Naxçıvanda turistlər üçün çox əhəmiyyətli sayılan inkişaf və sabitlik də hökm sürür. Buranı “planetin cinayət olmayan bölgəsi” də adlandırırlar. Muxtar respublikada turistlər hakimiyyət orqanlarının hər hansı maneəsilə qarşılaşmır və burada bütün qanun-qaydalara tam riayət olunur.

Hazırda Naxçıvana əsasən Türkiyə, İran, Rusiya, Çin, Nigeriya, Almaniya, ABŞ, Braziliya, Kanada, İsveç və Koreya Respublikasından turistlər gəlir. Onlar burada dincəlməyi, tarixlə müasirliyi əks etdirən abidələrlə tanış olmağı çox xoşlayır.

Duzdağ

Naxçıvan nadir duz mağarası ilə məşhurdur. Duzdağ Fizioterapiya Mərkəzi nəfəs yolları xəstəliklərindən əziyyət çəkən insanlar üçün müasir şəkildə yenidən qurulub. Buraya əsasən yaxın şəhərlərdən və xarici ölkələrdən gəlirlər.

Duzdağ Kompleksi 90 milyon ton təbii resursa malikdir. Dünyada bu növdə bir çox xəstəxana var. Bununla belə, Duzdağ temperaturun sabitliyinə, nisbi rütubətə və havada zərərli qazların olmaması baxımından digərlərindən üstündür. Eyni zamanda, xəstəxananın üfüqi formada olması buraya gələn xəstələrin 300 metr yol qət etməsinə aparıb çıxarır ki, bu da onların yeraltı havaya uyğunlaşmasına imkan verir.

Darıdağ Arsenli Su Müalicəxanası

Naxçıvan özünün yeraltı resursları ilə də tanınır. Bu yeraltı resurslardan biri də Darıdağ Arsenli Su Müalicəxanasıdır. Buradakı müalicəvi su insanın daxili orqanlarının iş qabiliyyətini yaxşılaşdırır, bütün bədənə şəfa verir.

Bundan başqa, bu su qanı bərpa etmək qabiliyyətinə də malikdir. O, vegetativ sinir sistemini möhkəmləndirir, həzmi asanlaşdırır. Bu sudan mədə, ürək, böyrək və öd kisəsi xəstəliklərinin müalicəsində istifadə olunur. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı natriumludur. Bu su Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) suları ilə müqayisə edilir. Lakin tərkibindəki mineral duzların mütənasibliyinə görə o, digərlərindən daha üstündür.

Əlincə qalası

Bu qala Naxçıvanın dünyada tanınmış abidələri siyahısına daxildir. I əsrdən VI əsrədək o, öz qala divarları ilə müdafiə istehkamı rolu oynayıb; qala Əmir Teymurun hücumlarına müqavimət göstərib. Bura, həmçinin yaşayış məskəni olub. Qalanın içərisindəki guşələr I-VI əsrlərdə buranın yerli hökmdarların əsas yaşayış yeri olduğunu təsdiqləyir. ABŞ-ın “Foreign policy news” qəzetində bu mövzu ilə bağlı çoxsaylı dəlillər var.

Batabat

Bu gölü “Kiçik Qafqazın incisi” də adlandırılır. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisi əsasən 2200-2400 metr yüksəkliyə malik olan dağlıq sahələrdən, Batabat gölü və Biçənək aşırımından ibarətdir. Qoruğun turistlərə açıq zəngin flora və faunası da var. Batabat gölündə hamının yaxşı tanıdığı “Üzən ada” turistlərin marağına səbəb olur.

Nuh Peyğəmbərin məqbərəsi

Məqbərə Naxçıvanın qədim hissəsində yerləşir. Deyilənə görə, Peyğəmbər bu məqbərədə dəfn olunub. Ümumiyyətlə, Naxçıvan bəşəriyyətin ikinci beşiyidir. Qurani-Kərimdə qlobal fırtınadan sonra Nuhun gəmisinin peyda olduğu yerin bəşəriyyətin qurtuluşu üçün Uca Allah tərəfindən seçilmiş Naxçıvan olduğu deyilir.

“Əshabi-Kəhf”

“Əshabi-Kəhf” ziyarətgahı Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir. Bura insanların uzun illərdən bəri ziyarət etdikləri müqəddəs məkandır. Bu ziyarətgah Naxçıvan şəhərindən 12 kilometrlik məsafədədir. O, yalnız müsəlmanlar üçün deyil, həm də xristian və digər dinlərin nümayəndələri üçün müqəddəsdir. Məhz buna görə də hər il buranı dünyanın bir çox ölkələrindən və Azərbaycanın digər bölgələrindən gələn minlərlə zəvvar və turist ziyarət edir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Categorynet.com


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az