18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
İƏT-ə üzv dövlətlərin informasiya agentliklərinin nümayəndə heyəti Azərbaycanda olub

 
 



WEBMANAGERCENTER, Tunis
30.10.2018


İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin informasiya agentliklərinin nümayəndə heyəti oktyabrın 22-dən 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində səfərdə olub.

Azərbaycanda fəaliyyət göstərən İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının koordinatorluğu ilə İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqı (UNA) tərəfindən təşkil olunmuş səfər İttifaqın 2017-ci ilin oktyabrında Ciddədə keçirilmiş Baş Assambleyasının tövsiyəsinə uyğun baş tutub. Baş Assambleya o zaman İƏT-ə üzv dövlətlərin xəbər agentlikləri arasında informasiya və audiovizual dəstək mübadiləsini gücləndirməyin, təlim sahəsində əməkdaşlığı möhkəmləndirməyin vacibliyini vurğulamışdı.

UNA-nın təşkil etdiyi media nümayəndə heyətləri arasında səfər mübadiləsi proqramında ilk addım 2018-ci ilin iyununda Tunisə reallaşıb. İkinci səfərin ev sahibi isə UNA üzvü olan Azərbaycan olub. O, Tunis, Oman Sultanlığı, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xəbər agentliklərinin nümayəndələri üçün bir sıra səfərlər təşkil edib.

Səfərlərdən biri Qarabağ regionunun Azərbaycanın nəzarətində olan hissəsinə, Azərbaycan və Ermənistan silahlıları arasındakı təmas xəttində yerləşən kəndə olub. Xatırldaq ki, bu iki qonşu ölkə Dağlıq Qarabağ uğrunda 4 il fəal müharibə aparıb (1990-1994).

Bundan başqa, nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla da görüşüb. Görüşdə Həsənov Azərbaycanda müxtəlif sahələrin, xüsusilə infrastruktur, turizm, təhsil və mədəniyyət sahələrinin inkişafı ilə bağlı məlumat verib.

Prezident Administrasiyasının rəsmisi nümayəndə heyətinin üzvlərini əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu ölkədə mövcud olan dini vəziyyətlə bağlı da məlumatlandırıb.

Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzində olub. Onlar Azərbaycan Mətbuat Şurasında, “İRŞADİslam Araşdırmaları Mərkəzində və AZƏRTAC-da olublar.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: WEBMANAGERCENTER


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az