18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycana ixrac? Aİ ilə son razılaşmadan sonra bu imkan yenidən qiymətləndirilməlidir

 
 



CincoDias, İspaniya
31.10.2018


Müəllif: J.A.Vega Ortega

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan kiçik və orta biznes nümayəndələrinə bizneslərini inkişaf etdirmək imkanı verəcək yeni razılaşma imzalayıblar.

Avropa İttifaqı ilə Azərbaycan münasibətlərin daha da möhkəmləndirliməsi, prioritetlərin müəyyən edilməsi istiqamətində əməkdaşlıq üçün yeni razılaşma əldə ediblər. O, tərəflərin maraqlarının bərabər şəkildə nəzərə alındığı fəaliyyət planının icrasına imkan yaradır.

Yeni tərəfdaşlıq razılaşması tərəflərə geniş çərçivədə münasibətlərə daha çox diqqət ayırmaq imkan verir, bununla da ümumi məqsədlər olan sülh və təhlükəsizlik, inkişaf, sabitlik sahəsində əməkdaşlıq, bu istiqamətdə islahatların aparılması imkanlarını genişləndirir. Azərbaycan bunun bütün vətəndaşlarının xeyrinə olacaq konkret nəticələr verəcəyinə ümid edir.

Bu razılaşma konkret olaraq, kiçik və orta sahibkarlığa müsbət təsir edəcək. Çünki razılaşdırılmış məqamlardan biri Azərbaycandakı iqtisadi sabitlik fonunda əlverişli biznes mühitinin inkişafı üçün tədbirlərun görülməsini, dövlət sektoru ilə ədalətli rəqabəti, qanunun aliliyinin effektiv və tərəfsiz tətbiqini nəzərdə tutur.

Azərbaycanın bu istiqamətdəki dövlət siyasəti konkretdir: Aİ-nin kiçik və orta sahibkarlıq haqda tövsiyələri və milli iqtisadiyyatın perspektivləri nəzərə alınmaqla, “strateji yol xəritəsi” rəhbər tutulmaqla, məşğulluğun əsas hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığa dəstək. Bununla yanaşı, islahatlar nəticəsində maliyyə resurslarının daha əlçatan olması, əmlak hüquqlarının müdafiəsinin gücləndirlməsi, infrastrukturun və İKT-nin inkişafı da nəzərdə tutulur.

Bu tədbirlər paketinə həmçinin biznesin təşkilinə dəstək, kiçik və orta sahubkarlığın ən keyfiyyətli biznes xidmətlərinə asan çıxışının təmini aiddir. Analoji olaraq, təlimlər, Azərbaycan şirkətlərinin dünya şirkətlərilə eyni istehsal və ixrac zəncirinə qoşulmasına, təcrübə mübadiləsi də bu sahənin inkişafına yol açacaq.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CincoDias


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az