18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Ekspert: “Vaşinqton Azərbaycana birbaşa silah satışına başlaya bilər”

 
 



NEWS.am, Ermənistan
31.10.2018


“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun bölgəmizə bu yaxınlarda etdiyi səfər Azərbaycanla münasibətlərin dərinləşdirilməsi yolu ilə İranın təsirinin azaldılmasına hesablanıb”.

Bunu jurnalistlərlə görüşündə Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan deyib.

Ekspert qeyd edib ki, Vaşinqton İranla Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin olduğunu nəzərə alır. Bu tərəfdaşlıq özünü müxtəlif layihələrin, o cümlədən nəqliyyat layihələrinin reallaşdırılmasında biruzə verir. Safrastyan hesab edir ki, bu baxımdan Xəzər dənizində azad iqtisadi zonanın yaradılması ABŞ üçün vacib layihə ola bilər.

Bütövlükdə bölgəyə səfərin gündəliyinə gəldikdə isə, burada əsas məsələ hazırkı Ağ Ev administrasiyasının Barak Obamanın dönəmində yürüdülmüş siyasəti dəyişmək cəhdidir. O zaman Ermənistan, Azərbaycan və Gürcüstanla münasibətlərə Rusiya ilə münasibətlərin kontekstində yanaşılırdı. “Con Boltonun bəyanatlarında bu müşahidə olunmasa da, Tramp administrasiyasının siyasətində bölgə ölkələrilə münasibətlərin dəyişməsi tendensiyası müşahidə olunur. O cümlədən, “Azadlığa dəstək aktı”na 907-ci əlavənin ləğvi, yəni Azərbaycana silah satışına qoyulmuş qadağanın aradan qaldırılması da mümkündür”, - deyə ekspert qeyd edib: “Çox guman ki, artıq ABŞ region ölkələrilə Rusiyadan ayrı, müstəqil subyekt kimi, o cümlədən Azərbaycana birbaşa silah satışına başlamaq yolu ilə münasibətlər qurmağa çalışacaq”.

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Cənubi Qafqaz respublikalarına ötən həftə səfər etmişdi.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NEWS.am


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az