18.04.2019 22:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 25 il ötür

 
 



ANAJ, İran
31.10.2018


Azırbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı yeddi rayondan biri olan Zəngilan Araz çayının sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir.

Azərbaycanın İranla sərhəddə yerləşən Zəngilan rayonunu Ermənistan ordusu tərəfindən rus zirehli qüvvələrinin də dəstəyilə 29 oktyabr 1993-cü ildə işğal olunub. Ermənilərin Zəngilan rayonuna hücumları 1992-ci ilin ilk günlərindən başlamışdı. O vaxtdan rayonun Gün Qışlaq, Dərəli, Qazançı, Vecinəli kəndləri ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qalırdı. Bu proses 1993-cü ilin oktyabrında Zəngilanın tam işğalı ilə bitib. Beləliklə, Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan biri olan Zəngilan bölgənin digər rayonları kimi, Ermənistan ordusunun nəzarətinə keçib.

707 kvadrat kilometr ərazisi olan Zəngilanda işğaladək 35 min əhali yaşayıb. 1 şəhər, 83 kənddən ibarət Zəngilan rayonunda 19 ibtidai məktəb, 15 orta məktəb, texniki-peşə məktəbləri, 35 kitabxana və 22 kinoteatr fəaliyyət göstərirdi. İşğaldan sonra onların hamısı ermənilər tərəfindən məhv edilib.

Ermənilərin Zəngilana vəhşicəsinə hücumu zamanı rayonun yüzlərlə müsəlman sakini qətlə yetirilib. Onun adını “Kovosakan”la əvəzləmiş Ermənistan minlərlə ermənini bu rayona köçürüb.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsilə bağlı atəşkəs razılaşması imzalansa da, BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistana qarşı 4 qətnamə qəbul etsə də, problem hələ fə həllini tapmayıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az