26.06.2019 09:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
VİDEO| Bakı Beynəlxalq Humanitar Forumu: qloballaşmanın müsbət və mənfi tərəfləri

 
 



Euronews, Aİ
01.11.2018


Müəllif: Serxio Kantone

Azərbaycan paytaxtı Bakıda keçirilmiş VI Beynəlxalq Humanitar Forumda innovasiyalar, insan kapitalının inkişafı və inteqrasiya əsas mövzular olub. Forumda qloballaşma və onun modellərinin üzləşdiyi problemlər müzakirə edilib. Beynəlxalq Humanitar Forumun açılışını Azərbaycan prezidenti İlham Əliyev edib.

Bu gün Avropa İttifaqı daxil olmaqla, bütün dünyada dövlətlərarası inteqrasiya prosesinin təhlükədə olduğu görünür.

Elmar Məmmədyarov (Azərbaycanın xarici işlər naziri): “Hesab edirəm ki, Avropa İttifaqı bu gün qarşılaşdığı bütün problemlərin öhdəsindən gəlməyə qadirdir. O, böyük tarixi təcrübəyə malik olan ölkələrin blokudur və düşünürəm ki, onlar böhranlı vəziyyətlərdən çıxış yollarını tapa bilərlər”.

Bakı forumunda Avropa İttifaqının durumu da müzakirə edilib. Məsələ ondadır ki, o, hər zaman qloballaşma, xüsusilə də, insanların azad səyahəti kontekstində dövlətlərarası inteqrasiyanın modeli kimi qəbul olunub. Amma bu gün Avropa İttifaqının mərkəzi ölkələrində belə, yeni divarlar tikilir.

Ettore Rozato (İtaliya Parlamenti sədrinin müavini): “Biz divarları dağıtmalı, qloballaşmanı təkcə iqtisadiyyat və maliyyə sahəsinin deyil, həm də insanların inkişafını təmin edən prosesə çevirməliyik. “Erasmus” proqramından faydalanan gənclər qloballaşmanın müsbət tərəfini görüb. Odur ki, belə proqramlara investisiya qoymalıyıq. Bu, çətin yoldur. Bu yolda bizim lokomotivim Avropa İttifaqıdır”.

Doğrudur, “Erasmus” kimi proqramlar həqiqətən də uğur qazanıb. Amma hər halda, gənclər və tələbələr bir yerdə məskunlaşmazdan əvvəl səyahətə çıxacaq. Bir çoxları hesab edir ki, onlar qloballaşmanın qaliblərinə uduzublar. Rusiyalı ultra-sağçı yazar Aleksandr Duqinin ortaya qoyduğu nəzəriyyə də fərqlidir.

Aleksandr Duqin (rusiyalı filosof): “Yanlış obyekti tənqid edirik. Üstəlik, anlayışlar arasındakı fərqləri səhv göstəririk. Məsələn, deyirik ki, populizm humanizmə təhdiddir. Amma mən bunun əksini düşünürəm. Qlobal elita insanlığı texnokratiya istiqamətləndirməyə çalışır. Bax, budur real təhlükə. İnsanlar buna reaksiya verir”.

Duqin ultra-sağçı siyasətçidir. Bu konfransda iştirak edənlərin əksəriyyəti onun radikal fikirlərini bölüşmür.

Bəs qloballaşmanın ayrılmaz xüsusiyyətləri hansılardır? Bu, təkcə varlı insanların gücü deyil və cəmiyyətdə narazılıq yaradan heç də qloballaşmanın yalnız bu xüsusiyyəti deyil. Qloballaşma insanları mobillik, etnik müxtəliflik və nəhayət, miqrasiya ilə bağlı da narahat edir.

Rikard Sapata (Barselona Pampeu Fabra Universiteti): “Mobillik təkcə müxtəlifliklə nəticələnmir. Bu, həm də çox sayda ölkənin təməlinə, yəni milli xüsusiyyətinə birbaşa hücumdur. Milli xüsusiyyət dövlətlərin legitimliyinin təməl daşlarından biridir. Dövlətlər bu təməl daşları üzərində qurulub. Qloballaşma, müxtəliflik kimi geri dönüşü olmayan prosesdir. Bunu əksər ölkə başa düşmür”.

Bakı Beynəlxalq Humanitar Forumunda innovasiya və texnologiya ilə bağlı məsələlərə də toxunulub. Bu gün onlar dövlətlərdən və insanlardan daha sürətlə inkişaf edir. Odur ki, insanlar arasında süni intellektlə bağlı narahatlıqlar artır. Hətta bəzi tənqidçilər hesab edir ki, gələcəkdə insanları robotlar əvəz edə bilər.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az