18.11.2018 17:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
İranın xarici işlər naziri: “Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməlidir”

 
 



Parsine.com, İran
01.11.2018


Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün İranda keçiriləcəyini bildirib: “Görüşün Tehranda yox, İranın başqa şəhərlərindən birində keçirilməsi mümkündür”.

“Parsine” xəbər verir ki, Türkiyə, Azərbaycan və İran XİN rəhbərlərinin İstanbulun “Dolma Bağça” sarayında keçirilən VI üçtərəfli görüşündən sonra təşkil olunmuş mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla İranın onun ölkəsini enerjilə təmin etdiyini söyləyib. “Bu sahədə əməkdaşlığı davam etdirəcəyik. Bu gün biz birgə fəaliyyət planını da dəyərləndirdik”, - deyə o, bildirib.

İstanbulun yeni hava limanının açılış mərasimində iştiraklarına görə Azərbaycan və İran xarici işlər nazirlərinə minnətdarlığını bildirən Çavuşoğlu deyib: “Bu görüşdə habelə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi yollarını nəzərdən keçirdik. Bölgəmizdə bir çox imkanlar və çağırışlar var. 3 ölkə regional problemləri həll etmək istiqamətində əməkdaşlıq edəcək. Bu tədbirlər bölgənin və digər ölkələrin rifahı, iqtisadi inkişafı üçün də faydalı olacaq”.

Türkiyənin bu iki ölkə ilə ticarət dövriyyəsindən danışan nazir deyib: “Məqsədimiz birgə səylər nəticəsində ticarət dövriyyəsi artırmaqdır. Bu baxımdan enerji, nəqliyyat, ticarət və dəmir yolu sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”.

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara toxunan Çavuşoğlu fikrini belə davam etdirib: “Nüvə problemindən danışdıq, sanksiyalara qarşı hansı tədbirləri görə biləcəyimizi nəzərdən keçirdik. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətin vacibliyini də bir daha vurğuladıq”.

Çavuşoğlu nazirlərin növbəti görüşünün İranda keçiriləcəyini söyləyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə Cumhuriyyətinin qurulması günü və İstanbul Hava Limanının açılışı münasibətilə həmkarını təbrik edib, bu hava limanının dünya xalqlarını yaxınlaşdırmaqda əhəmiyyətli rol oynayacağını bildirib.

Üç ölkənin ekspertləri tərəfindən hazırlanmış bəyanata toxunan Zərif deyib: “Bu səylər gələcəkdə də davam edəcək ortaq tarixi və mədəni əlaqələrin göstəricisidir. Ölkələrimiz Suriya, Fələstin və Yəmən xalqlarının problemləri kimi regional çağırışlar qarşısında ortaq mövqeyə malikdir. Həmçinin biz hesab edirik ki, Qarabağ problemi beynəlxalq hüququn nörma və prinsipləri çərçivəsində, sülh yolu ilə həllini tapmalıdır”.

“Həmkarlarımın İranın nüvə proqramına dair birgə fəaliyyət planını dəstəkləməsi və bu çərçivədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulaması olduqca əhəmiyyətlidir. Biz üç ölkə enerji, tranzit, elm, texnologiya və mədəni sahələrdə çox faydalı əməkdaşlıq edirik”, - deyə nazir vurğulayıb. O, özəl sektorlar arasında əməkdaşlığının əhəmiyyətini də qeyd edib: “Biz özəl sektorlar arasında üçtərəfli iş masasını formalaşdırmaq haqda razılıq əldə etdik”.

Zərifin sözlərinə görə, xarici müdaxilədən qorunmaq üçün pul, bank və milli valyuta sahələrində əməkdaşlığın möhkəmləndirilməsi yollarının araşdırılması da aparılan danışıqların mühüm bir hissəsini təşkil edib.

Mətbuat konfransında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib: “Görüşdə Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçılığı haqda da danışdıq. Bundan başqa, üç ölkənin tarixi və ticarət əlaqələrini nəzərə alaraq, əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etdik”.

Xatırladaq ki, bundan əvvəl üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli görüşü Bakıda keçirilmişdi.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Parsine.com


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az