23.03.2019 12:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakının turizm imkanları ilə tanışlıq - FOTOREPORTAJ
 
21.03.2019
KHABARONLINE, İran
 

  Maykl Essyen karyerasını Azərbaycanda davam etdirəcək
 
20.03.2019
BeninWebTv, Benin
 

  Novruzunuz mübarək! Azərbaycanda Novruz bayramı necə qeyd olunur?
 
19.03.2019
ASIA-Plus, Tacikistan
 

  Azərbaycanda Novruz
 
19.03.2019
IRNA, İran
 

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

 
 
Sahara məsələsi: Azərbaycan Mərakeşi ən yüksək səviyyədə dəstəkləyir

 
 



InfoMédiaire, Mərakeş
02.11.2018


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Mərakeş Krallığının ölkəsinə işgüzar səfərə yollanmış inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.

Prezident Əliyev iki ölkə arasında iqtisadi və ticari əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, mərakeşli nazirin səfərinin ikitərəfli münasibətlərin genişlənməsi və şaxələnməsinə töhfə verəcəyini söyləyib.

İlham Əliyevin Azərbaycanın Sahara məsələsində Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə edib, bu dəstəyin beynəlxalq qanunlara tam uyğun olduğunu, iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərindən irəli gəldiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) dəvətilə baş tutmuş bu səfər iki ölkə arasında 2018-ci ilin iyununda Marrakeş şəhərində imzalanmış Anlaşma Memorandumunun bir hissəsidir.

“ASAN xidmət” ölkə vətəndaşlarına və burada səfərdə olan əcnəbilərə 400-dən çox xidmət növü təklif edən vahid pəncərə sistemidir.

Səfər çərçivəsində Mərakeşin Bakıdakı səfiri Adil Embarşın müşayiət etdiyi nazir bin Abdelkader Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə də görüşüb, bu innovativ sosial xidmətin müxtəlif aspektləri üzrə bir neçə təqdimatda iştirak edib.

Yerli mediaya verdiyi açıqlamada nazir bildirib ki, səfərinin əsas məqsədini Mərakeş kralı VI Məhəmmədin göstərişlərinə uyğun olaraq, inzibati prosedurların sadələşdirilməsi və optimallaşdırılması yolları ilə tanışlıqdır. Bin Abdelkader “ASAN xidmət”in innovativ xarakterli sistem olduğunu deyib. Nazir hesab edir ki, bu, vətəndaşlarla təmasda yeni yanaşmadır.

Qeyd edək ki, Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı əlaqələr bu ilin martında xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın Azərbaycana səfəri ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin səfər zamanı nazir azərbaycanlı həmkarı ilə siyasi məsləhətləşmələr aparıb, ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclasına həmsədrlik edib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra saziş imzalanıb.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: InfoMédiaire


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az