18.11.2018 17:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycanın səfiri Kabertat məqbərəsini ziyarət edib

 
 



LA DEPECHE.fr, ABŞ
05.11.2018


Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu yaxınlarda Vaysak kəndinə hakim olan meşələrdə yerləşən Monklar-de-Kersi kommunasında Kabertat məzarlığını ziyarət edib. Əslində, Fransa Müqavimət Hərəkatının bu məkanını Azərbaycanla bağlayan tarixi körpü var...

1944-cü il iyunun 20-nə həsr edilmiş bu xatirə məbədinə aparan yolun üzərində o vaxt partizanlar arasında daha çox “Xarko” ləqəbi ilə tanınmış Əhmədiyyə Cəbrayılovun (Əhməd Mişel) xatirəsinə də abidə ucaldılıb. Bu, 2016-cı ildə baş verib. 1920-ci il sentyabrın 20-də anadan olmuş və 1994-cü il oktyabrın 11-də vəfat edən Əhməd Mişel üçüncü qusarlar alayının sıralarına qatılmazdan əvvəl 1944-cü ildə Kabertat meşəsində döyüşüb.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və Montoban meri Brijit Barej ərazini “Présence et Lendemain du Gaullisme” Assosiyasıyasının nümayəndə heyətinə daxil olan Vaysak kommunasının meri Fransis Delmas, Kabertat partizanları Birliyinin sədri Mişel Ru və bayraqdarların müşayiətilə ziyarət ediblər. Onlar Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Kabertat Partizan Hərəkatı üçüncü qusarlar alayının sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsinə ucaldılmış abidənin önündə əklil qoyublar.

Bu tədbir iki ölkənin qarşılıqlı tanınması və dostluğunun təmin olunması baxımından əhəmiyyətlidir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LA DEPECHE.fr


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az