18.11.2018 17:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Bakı Beynəlxalq Humanitar Forum haqqında təəssüratlar

 
 



Sada əl-Bələd, Misir
05.11.2018


Müəllif: Əbu Bəkr Əbulməcd

Beynəlxalq tədbir Bakı Beynəlxalq Humanitar Forum adlanırdı. O, ktyabrın 25-26-da Azərbaycanda təşkil olunmuşdu. Rəsmi təşkilatçı Azərbaycan Mədəniyyət Nazirliyi idi. Amma Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin himayəsilə keçirilirdi. Beynəlxalq forumda 97 ölkəni və 24 beynəlxalq təşkilatı təmsil edən, ümumilikdə 580 nümayəndə iştirak edirdi...

İştirakçılar arasında BMT baş katibinin müavini,  BMT İqtisadi və İctimai Şurasının və ISESCO-nun direktorları, UNESCO-nun, MDB İcraiyyə Komitəsinin direktor müavinləri, eləcə də Sudanın vitse-prezidenti, Rusiya və Slovakiyanın baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Belarus, İtaliya, Estoniya parlamentlərinin spikerləri və onların müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Əfqanıstan, Ukrayna, Filippin, Tacikistan, Qazaxıstan, Bolqarıstandan nazir müavinləri, aralarında Misirin də olduğu ümumilikdə 15 ölkədən 40-dan çox deputat var idi.

Həmçinin tədbirə davamlı inkişaf, mədəniyyətlərarası dialoq, sülh və təhlükəsizlik, media və kommunikasiyalar üzrə ixtisaslaşmış ekspertlər, siyasətçilər, iqtisadçılar, fikir adamları qatılmışdılar.

Bu Forum qonaqlarının sayı, işçi görüşləri və müzakirələrilə dünyanın ən böyük forumlarının, ən nüfuzlu platformalarının sırasındadır. Hər forumda inkişaf məqsədli əməkdaşlıq məsələləri müzakirə edilir.

Bu ənənəvi tədbir Asiya ilə Avropa mədəniyyətlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycanın bir sövlət olaraq mövqeyini, dinlər və konfessiyalar arasında sülh şəraitində yaşamın təmin edilməsindəki mütərəqqi təcrübəsini, mədəniyyətlər və sivilizasiyalar arasında əməkdaşlıq kimi mühüm ənənələrə malik olduğunu nümayiş etdirir. Məhz bu üzdən Azərbaycan bu cür forum və konfransların keçirilməsi üçün ideal məkan sayılır.

Budəfəki forum bəşəriyyətin 21-ci əsrdə qarşılaşdığı beynəlxalq çağırışlara cavab axtardığı elmi, siyasi və dünya səviyyəli platformaya çevrilmişdi. Orada həmçinin humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlər ətrafında dialoq, müzakirə və fikir mübadiləsi aparılıb.

Tədbirin açılış mərasimində Azərbaycan prezident İlham Əliyev və xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, humanizmin təbliğinə çalışan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak ediblər.

Bu forumun beynəlxalq müstəvidə nüfuz qazanması ölkə başçısının ona güclü dəstəyi sayəsində mümkün olub. O, dünyanın istənilən yerində dəyərləri qiymətləndirdiyini, humanist yanaşmaya, sülhə inamını aydın şəkildə dilə gətirir.

Prezident İlham Əliyevin çıxışından aydın olub ki, Forumun beynəlxalq tədbirə çevrilməsi onu sevindirir. Prezident çıxışının əvvəlində deyib: “Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar Forumun işinə çox böyük töhfə verəcək”.

Azərbaycan prezidenti ölkəsinin mədəni sahəsindəki nailiyyətlərilə fəxr etdiyini də deyib: “Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilib, 4 dəfə Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib”.

Bu tədbir də ölkə rəhbərliyinin dəstəyilə keçirilib. Şəxsən mən orada dünyanın elitası arasında olduğumçün şərəf duydum. Bakıda Misirin qoxusu da duyulur: qonaqpərvərlik, səmimilik, xoş münasibət. Daha bir xoş münasibət Misirin səfirilə birlikdə şam yeməyinə dəvət olunmağım idi. Dəvət məktubunu Misir Ərəb Respublikasının Azərbaycan paytaxtı Bakıdakı səfirliyindən almışdım.

Qəbul möhtərəm səfir Adil İbrahimin adından təşkil edilmişdi. Misirin təmsilçisi kimi, onun mənzilində olmağı, ailəsilə birlikdə şam yeməyində iştirak etməyi şərəf sayıram. Süfrə arxasında forumda iştirak etmək üçün gəlmiş Misir nümayəndə heyətinin üzvləri – parlament sədrinin birinci müavini, deputat əs-Seyyid əş-Şərif və həyat yoldaşı, Misir parlamentinin Dini İşlər üzrə Komitəsinin sədri dr. Usamə əl-Əbd, Qəlyubiyyənin hazırkı qubernatoru Əla Əbdülhəlim və sabiq qubernatoru general Mahmud Aşmavi, onları müşayiət edən, tərcümə işlərində köməklik göstərən Misirdəki Azərbaycan diasporunun sədri doktor Seymur Nəsirov, Misir və Azərbaycan parlamentlərarası Koordinasiya Komitəsinin sədri də var idi.

Səfirliyin birinci attaşesi Hüsam əl-Bişari qaldığın otelə gəlir, sənə dəvət məktubu verir. Sonra səni Misir səfirinin mənzilinə çatdırmaq üçün ayrıca maşın göndərilir. Mənzil başında elə özünəməxsus şəkildə qarşılanırsan ki, görüşlərin, səfərin və müzakirələrin yorğunluğu yoxa çıxır. Bu qəbulda səmimi ab-hava var, söhbət əsnasında görünür ki, diplomatik korpusun rəhbəri, səfirimiz ziyalı və işini bilən insandır.

Səfir Adil İbrahimlə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi yolları haqda söhbətimizdə dilomat mənə bu mövzunu medianın diqqətində saxlamamızı tövsiyə etdi. Səfir dedi ki, o, Misir üçün bu zəngin və mühüm dövlətin əhəmiyyətini dərk etməmiz üçün bacardığını edir.

Misiri Azərbaycanda təmsil etmək üçün ən yaxşı seçim etmiş Xarici İşlər Nazirliyimizə, cənab səfirə və onun dəyərli ailəsinə, səfirliyin bütün heyətinə bu qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanlıların sevimlisi, yaxından tanıdıqları “naməlum əsgər”, Misir Mədəniyyət Mərkəzinin direktoru dr. Əhməd Samini də unutmur, ona da əşəkkür edirəm.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

 

Mənbə: Sada əl-Bələd


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az