18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Bakı Humanitar Forum – bütün insanlığın evi

 
 



NewsBlaze, ABŞ
05.11.2018


Müəllif: Nurit Qrincer

Bakı Beynəlxalq Humanitar Forum 2 ildən bir Azərbaycanda keçirilir. Builki VI Forumunda 97 ölkəni, 24 beynəlxalq təşkilatı təmsil edən 581 nümayəndə iştirak edib. Tədbir Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildən təşkil olunur.

Bakı Beynəlxalq Humanitar Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrlı dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. Forum təşkilatçılarının və iştirakçılarının hədəfi humanitar sahədə həyati əhəmiyyətə malik problemlərinin həllinə istiqamətlənmiş yeni gündəmin formalaşdırılmasıdır. Bütün insanlığı narahat edən problemlərin gələcəkdə dünya miqyasında müzakirə edilməsi üçün onlar ilk öncə bu forumun gündəminə gətirilir.

Azərbaycanın rəhbərliyi çox ağıllıdır. Onlar ölkənin dünyada o qədər də tanınmadığını bilir. Ölkə rəhbərliyi belə forumların təşkili ilə Azərbaycanın dünyada daha çox tanınacağını anlayır. Odur ki, mütəmadi olaraq siyasət, mədəniyyət, idman və s. sahədə paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərə xarici qonaqları dəvət edilir. Azərbaycana gələn qonaqlar bu gözəl ölkənin qonaqpərvərliyi, xalqı, təbiətilə tanış olur.

2018-ci il oktyabrın 25-26-da keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Foruma mən nə dəvət almışdım. Orada bir çox ölkəni təmsil edən, bəlkə də, bundan sonra çətin ki bir daha görüşəcəyim insanlarla dostluq ab-havasında müzakirələr apardım. Bu, möhtəşəm təcrübə idi.

Ərəb Liqası, Monteneqro, Rusiya, Türkiyə, Azərbaycan, ABŞ, İsrail və s. ölkələrdən olan nümayəndələr naharda bir masa ətrafında əyləşmişdi. Onlar Azərbaycan şərabı içir, ümumi dil tapmağa çalışırdı. Bu tədbiri harmonik forum formatı adlandırmaq daha doğru olar.  

Bəli, Azərbaycan dünyanı heyranlıqla izləyə bilər. Amma onun özü müxtəlif xalqlar arasında harmoniya və birgəyaşayışın olduğu unikal bir məkandır. Bu üzdən belə tədbirlərə müxtəlif ölkələrdən qonaqlar dəvət olunur.

Humanitar nə deməkdir?

İnsanlar tez-tez humanitar sözündən istifadə edir. Bu söz insanların rifahına töhfə vermək və ya onların rifahı ilə bağlı narahatlıq deməkdir. Humanitar sözünün sinonimləri rəhmli, humanist, şəxsi mənfəət güdməyən, altruist, xeyirxah və sairdir. Alicənab, mədəni, rəhmdil, mehriban, yaxşı, canıyanan, filantrop, yaxşı işlər görən və s.  kimi ifadələri də buraya aid etmək olar. Bütün bunlar Azərbaycanın comərd xarakterini əsk etdirir.

Forumun qarşıya qoyduğu məsələlər, hədəflər, müzakirə mövzuları

- Dünyadakı gərginlikləri aradan qaldırmaq;

- Azərbaycan multikulturalizmlə bağlı mənfi fikirləri aradan qaldıran nümunə rolunda; o, multikulturalizm dərsi vermək üçün yaxşı təmələ malikdir və bütün ölkələr ondan nümunə götüməlidir. Buna görə bu ölkə milli və etnik dəyərlərinin vəhdət təşkil etdiyi multikulturalizm yanaşmasını bütün dünyaya göstərməyi özünə borc bilir. Azərbaycan müxtəlif ölkələrdən olan insanları bir yerə toplayır. Çünki bu, multikulturalizmlə bağlı ümumi mövqenin yayılmasına yardım göstərir;

- Müxtəlif ölkələrdən olan insanlarla dostlaşmaq, yaxşı qonşuluq əlaqələri, iqtisadiyyatın inkişafı, həmçinin siyasi və iqtisadi sabitliklə nəticələnir;

- Bu forum Azərbaycanın nailiyyətlərini həm ölkə daxilində, həm də qlobal miqyasda nümayiş etdirməsinə yol açır. Xarici qonaqlar ölkələrinə qayıdan zaman bu haqda danışır. Odur ki, Bakı Beynəlxalq Humanitar Forum həm də ölkənin piarıdır. Bu tədbir medianı, həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycan haqda maarifləndirir;

- Humanitarizm insanlarda inam yaradır. Hazırda beynəlxalq səviyyədə bu, çox çətin məsələdir;

- Təhsil insan kapitalı deməkdir; forumda təhsilin metodologiyası və tətbiqi müzakirə olunub. Çünki yaradıcılıq və insan biliyinin, qabiliyyətinin dayanıqlı inkişafı cəmiyyəti gücləndirir;

- İnnovasiya – qonşu ölkələrlə yaxşı əlaqələr innovasiyanın ətraf ölkələrə yayılmasına yol açır. Lakin bu zaman intellektual mülkiyyət qorunmalı və ona hörmət edilməlidir;

- Bü gün ölkələr 4-cü sənaye inqilabı ilə üz-üzədir. Odur ki, insanlar iş yerlərini itirə bilər. Rəqəmsal, alqoritm sənayesinin təkamülü, həmçinin rəqəmsal əzcaçılıq sənayesinin sürətli inkişafı ənənəvi sənayeni məhv edəcək. Sənayenin daha da avtomalaşması nəticəsində isə yaradıcı iqtisadi modelə ehtiyac duyulacaq;

- Dayanıqlı, hərtərəfli inkişaf çərçivəsində gələcəyə investisiya;

Multikulturalizm – Azərbaycanın dövlət siyasəti

Azərbaycanın təməlini təşkil edən multikulturalizm və tolerantlıq forumun əsas mövzusu olub. Bu ölkənin cəmiyyəti tolerant və rəhmlidir. Azərbaycan çoxkonfessiyalı ölkədir. Odur ki, bütün dinlərə hörmət Azərbaycanın dövlət siyasətidir.

Azərbaycan universal dəyərlərin və müxtəlifliyin vətənidir. Burada müxtəlif dinə, millətə mənsub insanlar bir yerdə yaşayır, onları ümumi dəyərlər və azadlıqlar birləşdirir. Ölkədə yaşayan 35 etnik qrup öz qədim mədəniyyətini bu gün də qoruyub saxlayır.

Azərbaycanın qeyri-adi yanaşması

Bakı Beynəlxalq Humanitar Forum göstərir ki, bu ölkə hər zaman gələcəyini planlaşdırır və bu mənada başqalarına da yardım göstərir. Azərbaycana hər səfərimdə bir daha əmin oluram ki, burada insanlar arasında harmoniya və birgəyaşayış vasitəsilə mehribanlıq yaradılır. Bura Azərbaycandır!

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NewsBlaze


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az