18.03.2019 19:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın “Şərab evi” açıq elan ediləcək

 
 



The China Youth Daily, Çin
07.11.2018


Müəllif: Huanq Çin

“China Youth Daily”nin Qafqas regionunda akkretidə olunmuş müxbiri Huanq Çinin verdiyi məlumata görə, Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ÇXR-də səfərdədir. O, səfər çərçivəsində Şanxay şəhərində ilk dəfə keçirilən Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir. Sərgi zamanı Şanxayda Azərbaycanın “Şərab evi”nin açılışı da nəzərdə tutulub.

Müxbirimizin Azərbaycan İqtisadiyyat Nazirliyindən aldığı məlumata görə, Azərbaycan hökuməti Çin Beynəlxalq İdxal Sərgisinə böyük əhəmiyyət verir. Hətta Bakı ölkənin bir sıra tanınmış müəssisə və şirkətlərini sərgiyə qatılmağa da çağırıb. Bundan başqa, sərgidə iştirak etmək üçün Azərbaycanın hökumət rəsmiləri və işgüzar dairə təmsilçilərindən ibarət nümayəndə heyəti də yaradılıb. Sərginin gedişində onların “Ticarət və investisiya”, “Bir kəmər-bir yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Qlobal ticarət və beynəlxalq logistika” mövzularında forumlarda iştirakı da nəzərdə tutulub.

Sərgidə Azərbaycandan olan 32 şirkət 300-dən çox şərab, ərzaq və kənd təsərrüfatı məhsullarını nümayiş etdirir. Onların əksəriyyəti şərablardır.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionunun üzümçülüyün güclü olduğu ölkələrindən biridir. Bu sahə təxminən 8000 illik tarixə malikdir. Bu gün Azərbaycanın şərab məhsulları əsasən Rusiya, Çin, Türkiyə, Cənubi Koreya, Fransa, Ukrayna, Almaniya, Yaponiya, Belarus və digər ölkələrə ixrac olunur. Rusiyaya ixracat Azərbaycanın ümumi şərab ixracının təxminən 85%-ni təşkil edir. Burada Çinin payı 10%-dən azdır. Məsələn, 2017-ci ildə Azərbaycanda istehsal olunmuş təxminən 10 milyon litr şərabın 3,75 milyon litri ixrac edilib. Onun 3,38 milyon litri Rusiyaya, yalnız 270 min litri Çinə göndərilib.

Son illərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı prioritetdir. Şərabçılıq da bu sektorun mühüm istiqamətlərindəndir. 2018-ci ilin mayında şərabçılıq sənayesinin daha da inkişaf etdirilməsi, ixracın və mənfəətin artırılması məqsədilə Azərbaycan prezidenti İlham Əliyev şərabçılıq sənayesinin 2018-2025-ci illəri nəzərdə tutan milli inkişaf planını təsdiqləyib. Plana görə, ölkə 2026-cı ilə şərab ixracını 5 dəfə artırmalıdır.

Çinlə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı Azərbaycan şərablarının Çin bazarlarına da yolunu açır. Buna çalışan Azərbaycan hökuməti milli brendlərin tanınması, ixtisaslaşmış məhsulların yaradılması və Çində məhsullarının satış bazarının davamlı genişləndirilməsi üçün böyük səylər göstərməlidir.

Ekspertlərin fikrincə, Azərbaycanın şərablarına Çində böyük tələbat var. Demək, bu məhsullar Çində ən məşhur şərab növlərinə çevrilə bilər. Qeyd edək ki, bu ilin sentyabrında Urumçi şəhərində artıq Azərbaycanın “Şərab evi” açılıb və dərhal çoxsaylı çinli istehlakçını özünə cəlb edib. İndi, Bakı Azərbaycan brendlərinin Çin bazarında daha çox tanınması üçün ölkənin digər böyük şəhərlərində də “Şərab evləri” açmağı planlaşdırır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhvəri Yusif Abdullayev Çinin əhalisinin sayı baxımından buranın çox böyük bazar olduğunu xatırladaraq bildirib ki, Azərbaycanın bu ölkəyə ixracı genişləndirməsi baxımından Çinlə iqtisadi-ticari əlaqələrin inkişafı onlar üçün böyük əhəmiyyət kəsb edir. Çində təşkil olunmuş sərgi də Azərbaycan məhsullarının Çin bazarına çıxarılmasına imkan yaradır.

Ümumiyyətlə, 2017-ci ildən bir çox Azərbaycan şirkəti Çində təşkil edilmiş sərgilərə qatılıb və yaxşı nəticələr əldə edib. Bakı bundan sonra da Çinə ixracın genişləndirilməsinə dəstək verəcək və şərabçılıq sahəsi burada xüsusi yer tutacaq.

(Çin dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The China Youth Daily


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az