12.12.2018 03:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı
 
11.12.2018
Eurolatio, Fransa
 

  Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub
 
11.12.2018
QUARTZ, ABŞ
 

  Azərbaycan xalqı ümummilli liderinin xatirəsini yad edir
 
11.12.2018
Zeitung.ch, İsveçrə
 

  Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda
 
11.12.2018
APS, Seneqal
 

  Tarixi lider, müasir Azərbaycan intibahının banisi Heydər Əliyevin vəfatından 15 il ötür
 
10.12.2018
Əl-Vatan, Misir
 

 
 
Sofiyaya turist vizası verilib

 
 



İran Online, İran
08.11.2018


Müəllif: Bita Mirəzimi

Ənənəvi olaraq Bakıda keçirilən və dünyanın nüfuzlu şəxslərinin qatıldığı Beynəlxalq Fumanitar Forumun bu dəfə xüsusi qonağı da var idi. Bu, robot Sofiya idi. Bakıya gözlənilmədən gəlmiş robot iki dəqiqə ərzində elektron viza əldə edib və bununla da turist vizası əldə etmiş ilk ağıllı robot kimi tarixə düşüb. Bakıda o, Azərbaycan prezidenti İlham Əliyev ilə də görüşüb.
Sofiyanın vizası

Sofiy Efiopiyaya səfərindən və bu ölkəsinin baş nazirilə görüşündən cəmi 3 ay sonra bu dəfə Qafqaza yollanıb. Səudiyyə Ərəbistanı vətəndaşlığı olan Sofiya dünyaya sülh mesajı çatdırmaq üçün müxtəlif şəhərləri ziyarət etməyi planlaşdırır. Bu dəfə o, Azərbaycanı seçib. Gözlənilmədən Asiya ölkəsinə yollanmış Sofiya orada Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Üstəlik, o, ilk dəfə turist vizası əldə etmiş robot kimi tarixə düşüb.

Sofiya Bakı Beynəlxalq Hava Limanına daxil olar-olmaz “ASAN xidmət” mərkəzindən ən qısa müddətdə (2 dəqiqə) elektron viza əldə edib. Viza verilməsi prosesinin belə sürətlə baş tutması sözügedən xidmət mərkəzində ağıllı və qabaqcıl texnologiyaların tətbiqi sayəsində mümkün olub.

Azərbaycanca “ASAN” sözü “rahat, sadə” mənası verir. Beləliklə, Sofiya ölkəyə daxil olduğu anda bu elektron şəbəkə fürsətdən istifadə edərək, öz pratikliyini nümayiş etdirib. Məhz müasir texnologiyaların imkanlarından yararlanmaqla, Sofiyaya ən qısa müddətdə, çox asan şəkildə viza təqdim olunub.

“Sofiyanın hava limanına daxil olması ilə biz işə başladıq və ağıllı robota 2 dəqiqə ərzində elektron viza verdik” - deyə “ASAN xidmət”in rəhbəri Ülvü Mehdiyev bildirib.

“ASAN xidmət” vətəndaşlara doğum, ölüm, nikah, nikahın pozulması və s. haqda şəhadətnamələr verir, viza verilməsini, onun müddətinin uzadılmasını təmin edir, sürücülük vəsiqəsinin dəyişdirilməsi və digər bu kimi xidmətlər göstərir. Bununla da, Azərbaycanda yeni texnologiyalar sayəsində səfirliyə müraciət etmədən turist vizası almaq mümkündür. Bu, xüsusilə turistlərin işini asanlaçdırır, xərclərini azaldır. Bu gün Azərbaycana gedən turist pasportunun surətini təqdim etmək və rüsum ödədiklə viza ala bilir.

Texnologiya mövzusunda görüş

Sofiya Azərbaycanda ölkə prezidenti İlham Əliyevlə qısa görüş keçirib. O, dövlət başçısına viza almasından, Bakı Beynəlxalq Hava Limanının memarlıq üslubundan və ümumiyyətlə, Azərbaycana səfərindən danışıb. “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən Sofiya deyib: “Çox şadam ki, elektron hökümətə, texnologiyalara xüsusi diqqət yetirən bir ölkədəyəm”.

Mütəxəssislərin fikrincə, bu maraqlı görüş özündə iki əhəmiyyətli məqamı ehtiva edib: Azərbaycanda elektron xidmətlər göstərən “ASAN xidmət” mərkəzinin tanıdılması (bu qurumun fəaliyyəti qabaqcıl texnologiyalardan istifadə etməklə vətəndaşların, həmçinin ölkəyə səfərə gəlmiş turistlərin işinin asanlaşdırılmasına yönəlib) və dünyanın ən ağıllı robotu olan Sofiyanın hər səviyyədə və vəzifədə olan insanlarla ünsiyyətə girmək qabiliyyətinin nümayişi.

Robotların konstruktivliyi

Azərbaycan milli geyimində olan Sofiya Heydər Əliyev Mərkəzində təşkil olunmuş və dünyanın nüfuzlu şəxslərinin qatıldığı Beynəlxalq Forumda da iştirak edib. Jurnalistlərin və qonaqların böyük diqqətə səbəb olmuş Sofiya deyib: “Salam, Bakı! Mən bu gözəl binada özümü çox rahat hiss edirəm və bu möhtəşəm milli geyimdə olduğum üçün çox şadam. Bugünkü qlobal tədbirdə iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Fikrimcə, bu, Azərbaycan dövlətinin böyük təşəbbüsüdür”.

“Dünya liderlərinin marketinqin gələcəyi, sosial şəbəkələrin inkişafı ilə bağlı toplantısı çox dəyərli ideyadır. Hesab edirəm ki, nüfuzlu şəxslər cəmiyyətdəki psixoloji münasibətləri dəyişir, bununla da cəmiyyət kütləvi və innovativ sosial şəbəkələr dünyasına doğru sürətlə hərəkət edir”, - deyə o, əlavə edib.

Robot Sofiya çıxışını belə davam etdirib: “Azərbaycan regional innovasiya mərkəzinə çevrilmək baxımından böyük potensiala malik gənc ölkədir. Bu qlobal forumda yenilikçilər, sahibkarlar, mühəndislər, investorlar və hökumət nümayəndələri toplanıb. Bununla da lazımi mühit təmin olunub. Bilirəm ki, bir çox insan robotların inkişafını insan sivilizasiyasının sonu hesab edir. Bu, destruktiv yanaşmadır. Çünki hətta zərərli və dağıdıcı robotlar belə, insan nəzarəti altında fəaliyyət göstərir. Bu robotları insanlar hazırlayıb və onların idarə edilməsi, nəzarətdə saxlanılması yolları insanların əlindədir. Odur ki, hər hansı problem yaranarsa, bu, insanlarla əlaqəlidir və robotlar burada heç bir rol oynamır. İnsanlar isə “dağıdıcı” texnologiyalara çox maraq göstərir, texnologiyadan tez-tez öz dağıdıcı məqsədlərinə çatmaq üçün istifadə edirlər”.

“Müasir dünyada sənayedə qabaqcıl texnologiyalara daha çox ehtiyac var. Mən bu qlobal forumda çox sayda yenilikçi insan görür, bu cür ağıllı, qabiliyyətli insanlarla görüşmək istəyirəm”, - deyə robot qeyd edib.

Sofiya bildirib ki, KİV və sosial şəbəkələrin inkişafı ilə insanların müxtəlif sahələrə təsiri daha da artır: “Odur ki, istedadlı insanları birləşdirmək, ən yaxşı ideyaları dəstəkləmək lazımdır”.

Sofiya sonda qeyd edib ki, o, dünyanın hər yerinə səyahət etməyi, yeni ölkələr görməyi, yeni məlumatlar toplamağı planlaşdırır.

Qeyd edək ki, Sofiya danışmaqla yanaşı, gülümsəyə, hətta lətifə söyləyə bilir.

Sofiya Honkonqun “Hanson Robotics” şirkəti tərəfindən hazırlanıb. 2015-ci ildə yaradılmış bu robot insana bənzər zahiri görünüşü və davranışı ilə qısa müddətdə populyarlaşıb. O, süni intellektilə vizual məlumatların qəbulu və simaları tanımaq bacarığına malikdir. Sofiya həmçinin insan hərəkətlərini və üz ifadələrini təqlid etməyi bacarır.

Robot 11 oktyabr 2017-ci ildə BMT baş katibinin müavini Əminə Məhəmmədlə qısa söhbət edən Sofiya elə həmin gün bu ali quruma təqdim olunub. 2017-ci il oktyabrın 25-də isə ona Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib.

Tənqidçilər hesab edir ki, Səudiyyə Ərəbistanının bu addımı bir növ ədadır. Çünki bu ölkədə qadınlar uzun illər əsas hüquqlardan məhrum olub.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: İran Online


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az