12.12.2018 03:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı
 
11.12.2018
Eurolatio, Fransa
 

  Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub
 
11.12.2018
QUARTZ, ABŞ
 

  Azərbaycan xalqı ümummilli liderinin xatirəsini yad edir
 
11.12.2018
Zeitung.ch, İsveçrə
 

  Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda
 
11.12.2018
APS, Seneqal
 

  Tarixi lider, müasir Azərbaycan intibahının banisi Heydər Əliyevin vəfatından 15 il ötür
 
10.12.2018
Əl-Vatan, Misir
 

 
 
Pittsburq faciəsi: Azərbaycan həmrəylik göstərir

 
 



JEWISH JOURNAL, ABŞ
08.11.2018


Müəllif: Nəsimi Ağayev (Azərbaycanın Los-Ancelesdəki baş konsulu)

Pittsburq faciəsi haqnda xəbər məni çox kədərləndirib. Söhbət 11 yəhudinin iyrənc antisemitzm aktı nəticəsində qətlə yetirilməsindən gedir. Üstəlik, onları müqəddəs məkanda – sinaqoqda və yəhudilərin istirahət, dua günündə öldürüblər. Həmin şabat günü yaxınlarını itirmiş insanların yaddaşından heç zaman silinməyəcək. Faciəni törətmiş şəxsin vəhşiliyisə bağışlanmayacaq.

Doğma vətənim Azərbaycanın bir çox şəhərindən həyatını itirmiş insanların yaxınlarına həmrəylik mesajları göndərilib, onlar üçün dualar edilib. Azərbaycan prezidenti İlham Əliyev isə ABŞ dövlət başçısı Donald Trampa başsağlığı verib: “Pittsburq şəhərindəki sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Əhalisinin əksəriyyəti müsəlman olan, yəhudi və xristian icmasının çiçəkləndiyi Azərbaycanın Los-Ancelesdəki baş konsulu kimi, dövlətimin dəstəyinə, həmrəyliyinə və səmimi başsağlığına qoşuluram. Yeni evim olan Los-Ancelesdə, Kaliforniyada və bütün ABŞ-da yaşayan, fəaliyyət göstərən çox sayda yəhudi liderlə, yəgudi təşkilatları ilə yaxın dostluq əlaqələri qurduğuma, onlarla qonşu olduğuma görə məmnunam. Yəhudi qardaş və bacılarımın itki və ağrılarına görə qəlbim parçalanır. Faciənin evimizə nə qədər yaxın olduğu haqda düşünürəm. Son 6 ildə çox sayda sinaqoq və təşkilatda dinlərarası harmoniya, hörmət konsepsiyası haqda, bu konsepsiyanın Azərbaycanda necə işlədiyi, onun ABŞ və digər ölkələrdə yaşayan icmalar üçün hansı əhəmiyyətə malik olduğu haqda danışmışam. Bu sülh modelini çox insan bölüşür. Məhz bu üzdən mən hər dəfə bu konsepsiyanı həyata keçirməyin mümkünlüyünü deyirəm. Bu istiqamətdə hələ görəcəyimiz çox iş var. Biz hələ birlikdə çox nailiyyət qazanmalıyıq.

Azərbaycanda yaşayan yəhudi dostlarım, həmkarlarım, qonşularım haqda düşünürəm. Bakıdakı sinaqoqlar, yəhudi məktəbinə gedən uşaqlar haqqında fikirləşirəm. Bilirəm ki, onlar təhlükəsiz şəraitdə yaşayır. Çünki milli dəyərlərimiz və dövlət siyasətimiz onların təhlükəsizliyini təmin edir. Buna görə ölkəmizə minnətdaram. Həm də ona görə minnətdaram ki, Azərbaycanın orta məktəblərində antisemitzm bəlası haqqında dərs tədris olunur və cəmiyyətimiz antisemitizmdən uzaqdır.

Yəhudilərin yaşadığı, Qubada yerləşən Qırmızı qəsəbə haqda düşünürəm. Burada yəhudi uşaqlar böyük qürurla kipada gəzir, gündəlik minyanlara baş çəkir, bir neçə sinaqoqda təhsil alır.

Dünyada yaşayan yəhudilər, həmçinin müxtəlif etnik və dini icmanın üzvü olan şəxslər haqda düşünürəm. Bu çətin dövrdə sağ-salamat çıxdığımız hər bir günə şükür edirəm...

Pittsbuqrda isə sülhə inanan insanlara hücum edilir. Halbuki, dəyərlərimiz və ümidlərimiz bir-birinə bağlıdır. Yəhudilərə nifrət hər kəsin ziyanınadır. Hər hansı qrupa nifrət bütün dünyaya mənfi təsir göstərir. Fanatizm, irqçilik və ksenofobiya kimi bir çox anlayış müxtəlif formalarda təzahür edir və mövcud olduğu ölkələrdə mənfi iz buraxır. Odur ki, dini düşüncələrinə görə terrorçular tərəfindən qətlə yetirilmiş müsəlman və xristian qurbanların yaxınlarına da başsağlığı verirəm.

Azərbaycanın Xocalı şəhərində qətlə yetirilmiş yüzlərlə insan, həmçinin Qarabağa soxulmuş işğalçıların azərbaycanlı olduqlarına görə öldürdüyü müsəlman və yəhudilər haqda düşünürəm.

Oktyabrın 27-də 11 insanın ölümü ilə nəticələnmiş faciə dünyamızda minilliklərdir mövcud olan xürafatın təzahürüdür. Yəhudilər, müsəlmanlar, xristianlar və digərləri belə dağıdıcı, qeyri-insani aktlara layiq deyil. İnsanlar antisemitizm və onun müxtəlif formaları ilə üzləşməməlidir.

Ümid edirəm ki, kollektiv şəkildə möhkəm dayanmağımız, hər bir şəxsə münasibətdə ümid, sülh, hörmət, sevgi hisslərimiz nifrəti, şər qüvvələri məhv edəcək. İnanıram ki, ümid etməkdən daha çox iş görməliyik. Bir-birimizin qayğısına necə qaldığımızı göstərmək üçün siyasətimizdə, məktəblərimizdə, gündəlik həyatımızda cəsarətli, hərtərəfli addımlar atmalıyıq. Nifrət sözünü unutmamız üçün xürafata qarşı birmənalı olaraq, mübarizə aparmalıyıq. Dünya “bir daha olmasın” ifadəsinin təcəssümü olmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az