18.04.2019 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Azərbaycan turizm istiqaməti kimi

 
 



GEORGIA TODAY, Gürcüstan
13.11.2018


Müəllif: Dmitri Dolaberidze

Azərbaycan qədim məbədlərlə müasir memarların ərsəyə gətirdiyi binaların yan-yana dayandığı ölkədir. Paytaxt Bakı qeyri-adi imiciə malikdir. Bu şəhərdə qədimliklə müasirlik arasında harmoniya var.

Bu gün Azərbaycan beynəlxalq səviyyədə Avrasiyanın cəlbedici turizm istiqaməti kimi tanınır və qəbul edilir. Xarici qonaqlar ölkənin infrastrukturunu, unikal memarlığını, bütün sahələrdə inkişafını, qədim tarixini və əsrlərə uzanan zəngin mədəniyyətini, həmçinin Azərbaycandakı sabitliyi və oraya təhlükəsiz, rahat səfəri yüksək qiymətləndirir.

Turizm sahəsində inkişaf şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyevlə bağlıdır. O, ölkənin hərtərəfli inkişafı üçün uzaqgörən siyasət yürüdür. Bu mənada turizmin inkişafında da mühüm rol oynayır. Bu sahənin inkişafı isə ölkə iqtisadiyyatına əlavə investisiyalar cəlb edilə bilər.

Londonun “Excel London” arenasında “World travel market-2018” beynəlxalq turizm sərgisi açılıb. Beynəlxalq sərgidə Azərbaycan da iştirak edib. Sərgi çərçivəsində Azərbaycanın Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Yenidən fərqli baxışla bax”) marketinq kampaniyasının təqdimatını keçirib. 

AZƏRTAC-ın məlumatına görə, müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.

Beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın turizm sahəsində məşhur brendi olmaq, ölkənin əsrarəngiz maddi və mənəvi irsini dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.

Bir sözlə, Azərbaycan turizm sahəsinin inkişafı istiqamətində mühüm addımlar atır. Artıq bu sahə ölkənin qeyri-neft sektorunun əsas istiqamətlərindən birinə çevrilib. Bundan başqa, Azərbaycanda turizm ölkə vətəndaşlarının maraqlarına xidmət edən sahə kimi də qəbul edilir. Bu sektor əla gəlir mənbələrindən biridir. Azərbaycan turizmi əlavə iş yerlərinin yaradıldığı əsas sahələrdən birinə çevrilib. O, yolların, otellərin tikintisini sürətləndirir, bütün növ nəqliyyat vasitələrinin istehsalını stimullaşdırır, mədəniyyətin, milli peşələrin qorunmasına töhfə verir. Qısası, turizm ölkənin sosial-iqtisadi inkişafının kotalizatorudur.

Son illərdə ölkənin müxtəlif bölgələrində müasir standartlara cavab verən otellərin və yolların, həmçinin nəqliyyat infrastrukturunun tikintisi xarici qonaqlarda və yerli əhalidə Azərbaycanın müxtəlif regionlarına marağı artırıb.

Azərbaycan prezidenti İlham Əliyev bu il aprelin 20-də Dövlət Turizm Agentliyinin yaradılması haqqında sərəncam da imzalayıb, turizm ölkə iqtisadiyyatının inkişafı üçün prioritet istiqamət kimi müəyyən edilib. Bundan əlavə, o, milli əhəmiyyətə malik sahə sayılır.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni 2016-cı ilin sonunda verdiyi fərmanla təsdiqləyib. Bu Strateji Yol Xəritəsində büdcənin formalaşmasına və əhalinin gəlirlərinə töhfə verəcək turizm sənayesinin effektli fəaliyyəti üçün hədəflər və məqsədlər müəyyən edilib. Gələcək 10 ildə bu sahənin ümumdaxili məhsuldakı payının 10%-ə çatacağı gözlənilir.

Turizm sahəsi ölkəyə xarici valyuta və müxtəlif investisiya layihələri cəlb edir: iqtisadiyyat şaxələnir, əhalinin gəlirləri və var-dövləti artır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: GEORGIA TODAY


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az