16.02.2019 04:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir

 
 



Sputnik France, Fransa
16.11.2018


Azərbaycan Xarici İşlər Nazirliyi qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərinin Fransaya səfərindən narazılığını bəyan edib. Nazirliyin bəyanataında deyilir ki, Fransanın bu cür əməlləri Bakını Parislə münasibətlərə yenidən baxmağa vadar edə bilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin qondarma respublikanın rəhbəri Bako Saakyanın Parisə səfərilə bağlı yaydığı bəyanata istinad edən KİV yazır ki, Fransanın Dağlıq Qarabağ münaqişəsilə bağlı ikili standartlara əsaslanan mövqeyi Azərbaycanı bu ölkə ilə əlaqələri yenidən nəzərdən keçirməyə vadar edə bilər.

“Bu səfər üçün əlverişli imkan yaradan Fransa Azərbaycanla əlaqələrinə zərbə vurur, tərəflər arasında imzalanmış sazişlərə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə, öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik edir”, - deyə bəyanatda bildirilir.

Açıqlamada qeyd olunur ki, Azərbaycan bununla əlaqədar olaraq, Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək. Fransanın ikili standartlara əsaslanan bu davamlı yanaşması Bakını onunla münasibətlərini yenidən nəzərdən keçirməyə vadar edir.

Dağlıq Qarabağ münaqişəsi əsasən ermənilərin məskunlaşdığı muxtar vilayətin Azərbaycan Sovet Sosialist Respublikasından ayrılmaq niyyətini ifadə etməsilə 1988-ci ilin fevralında başlayıb. Nəticədə Dağlıq Qarabağda başlamış döyüşlər nəticəsində təxminən 15 min insan həyatını itirib, 1 milyona yaxın azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb.

Münaqişənin sülh yolu ilə həllinə çalışan, ABŞ, Rusiya və Fransanın həmsədrlərlik etdiyi ATƏT-in Minsk qrupu 1992-ci ildən tərəflər arasında danışıqlar prosesini təşkil edir. Lakin 2016-cı ildə tərəflər bir-birini yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlamaqda ittiham edib. Həmin il baş vermiş döyüşlər 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasından sonra qeydə alınmış ən qanlı toqquşma olub.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Sputnik France


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az