26.06.2019 10:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Azərbaycanın ABŞ-dakı diplomatı antisemitizmlə mübarizəyə dəstək verir

 
 



Noticias de Israel, ABŞ
19.11.2018


Müəllif: Erix Allende

Cənubi Qafqazda, İranla qonşuluqda yerləşən və əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın yüksək çinli məmuru ölkəsinin antisemitizmlə mübarizəyə sadiq olduğunu bildirir.

Cənubi Qafqazda, İranla sərhəddə yerləşən və əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın yüksək çinli məmuru Pitsburqdakı sinaqoqda 11 yəhudinin həyatını itirməsi ilə nəticələnmiş qətliamdan sonra yəhudilərlə həmrəyliyini ifadə edib.

“Pitsburqda baş vermiş hadisə həqiqətən də sülhə inanan bütün insanlara qarşıdır. Çünki bizim ümidlərimiz və dəyərlərimiz çox nöqtələrdə kəsişir”, - deyə Azərbaycanın ABŞ-ın qərb sahillərindəki baş konsulu Nəsimi Ağayev bildirib.

Los Ancelesdə yaşayan Ağayev deyir ki, “yəhudilərə nifrət, istənilən digər insan qrupuna nifrət kimi, hər kəsə ziyan verəcək. Çünki bu, ümumilikdə dünyamızı məhv edən xəstəlikdir. Ətrafımızda dolaşan, özünü müxtəlif formalarda göstərən  dözümsüzlük, irqçilik və ksenofobiya meylləri harada olmasından asılı olmayaraq, eyni dərin izlər buraxmaqdadır”.

“Antisemitizm bəlası haqda maariflənmə Azərbaycanın dövlət məktəblərinin icbari tədris proqramına daxildir” deyən diplomat dinlərarası konstruktiv dialoqa dəstəyin vacib olduğunu düşünür: “Bizim fəaliyyətimiz hələ də mükəmməl deyil. Biz birlikdə hələ çox iş görməliyik”.

Azərbaycan hökuməti bu ölkədə antisemitizmin olmadığını hər zaman bəyan edir. Üstəlik, Azərbaycanın İsraillə yaxşı münasibətləri var. İsrailin baş naziri Binyamin Netanyahu Orta Asiya ölkələrinə hələ 2016-cı ildəki səfəri zamanı ölkəsilə əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycan arasında əlaqələrin inkişafını təqdirəlayiq nümunə kimi göstərmişdi. “Burada müsəlmanlarla yəhudilər bigə işləyərək, hər ikisi üçün daha yaxşı gələcək təmin edir”, - deyə baş nazir bildirmişdi.

O zaman Netanyahu Azərbaycana iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd etmək üçün yollanmışdı.

N.Ağayev iki ölkə arasındakı münasibətlərin bu ruhunu bir daha təsdiqləyir. “İnanıram ki, birgə səylərimizlə, sülh, hörmət, məhəbbət ümidlərimizlə nifrət və şər saçan qüvvələrə qalib gələcəyik”, - deyə o, qeyd edib.

Diplomat hesab edir ki, “biz öz siyasətimizdə, məktəblərimizdə, gündəlik fəaliyyətimizdə, biri-birimizə münasibətdə daha diqqətli və cəsarətli olmalıyıq ki, bir gün nifrətin olmadığı dünyanın sakininə çevrilək”.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Noticias de Israel


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az