21.01.2019 06:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
21-ci əsrin teatrı: körpülər, marionetlər və... - VİDEO

 
 



Euronews, Aİ
19.11.2018


Teatr bu gün və sabah: Azərbaycanın paytaxtında keçirilmiş V Beynəlxalq Teatr Konfransının iştirakçıları bu sənət əsərinin inkişafında qlobal tendensiyaları müzakirə ediblər.

40 ölkəni təmsil edən 130 teatr eksperti “XXI əsrdə teatr fəlsəfəsi” mövzusunu müzakirə etmək üçün Bakıya toplaşıb. Onlar əmindirlər ki, müasir teatrı cəmiyyətin sürətlə dəyişən məzmunundan ayırmaq olmaz.

Qriqori Zaslavski (Rusiya Teatr Sənəti İnstitutunun rektoru): “Gələcəkdə teatrda çalışacaq aktyorlar, rejissorlar yetişdiririk. Hətta Rusiya Teatr Sənəti İnstitutunda gələcək teatrın laboratoriyasını yaratmışıq. Laboratoriyamızı dəstəkləyən Oleq Deripaska bir müddət əvvəl Moskva İncəsənət Teatrında aktyorlara belə sual verdi: “Teatrın gələcəyini necə görürsünüz?”. Bu gün yeni texnologiyalar, videokranlar və sairlə işləyən aktyorlar suala gözlənilmədən belə cavab verdilər: “Teatrın gələcəyi aktyorlarla bağlıdır və zaman keçdikcə aktyorların dəyəri daha da artacaq”.

Azərbaycan Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və s. qurumların səyləri nəticəsində təşkil olunmuş konfransın məntiqi davamı teatr festivalı olub. Bakıda keçirilən bu festivalının mövzusu “Sərhədsiz teatr” idi.

Opera və balet, müasir rəqs, beynəlxalq truppaların eksperimental tamaşaları: izləyicilərin seçimi çox idi. Bu festivalda uşaqların və gənclərin olduğu auditoriya ilə xüsusi dialoq qurulub: gənc izləyicilərə kukla tamaşaları göstərilib.

Katarina Klançnik Kokutar (UNIMA nümayəndəsi): “Kukla tamaşaları uşaqlar üçün çox vacibdir. Çünki uşaqlar teatr sənətilə onların vastiəsilə tanış olur. Beləliklə, uşaqlar teatra baxmağı, onu diqqətlə izləməyi, incənəsəti, o cümlədən vizual incəsənəti və sairi daha yaxşı müşahidə etməyi öyrənir”.

“Heç kimin torpağı” bütün yaş qrupuna aid marionet tamaşasıdır. Bu tamaşanı Bakıda “Merlin Puppet” teatrı nümayiş etdirib. O, yalnızlıq, seçimin olmaması, axtarış və ümidsizlik haqqındadır. Bu, təsirli və incə kompozisiyadır.

Bu teatr 1995-ci ildə Yunanıstanda fəaliyyətə başlayıb. Daha sonra Almaniyaya köçüb. O, 32 ölkədə beynəlxalq teatr festivallarında iştirak edib.

İtaliyanın “No Gravity” teatrının qeyri-adi və çoxplanlı tamaşası bu festivalın ən gözəl tamaşalarından biri olub. Tamaşada Montoverdi və Vivaldinin ariya musiqisi, rəqs, sirk elementləri, qeyri-adi xoreoqrafiya, dekorasiya var idi. Bundan əlavə, tamaşada rəqqaslar, musiqiçilər, müğənnilər bərabər səviyyədə rol oynayır.

Rejissor Emiliano Pellisari İntibah dövrünün teatr ənənələrində, barokko teatrında ilham axtarır və tapır. O, 17-ci əsrdəki “teatr möcüzəsi” prinsiplərindən istifadə edir.

Tamaşaçıların coşqulu reaksiyası göstərib ki, bu prinsiplər əsrlər keçsə belə, köhnəlməyib.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az