18.03.2019 19:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
“Leyli və Məcnun” haqqında - Mark Morrislə Bakıya və cəhənnəmə qədər...

 
 



The Guardian, Böyük Britaniya
20.11.2018


Müəllif: Luk Cenniniqs

12-ci əsrin poeması olan “Leyli və Məcnun” bir şair və onun sevdiyi, lakin itirdiyi qız haqqındadır. Lord Bayron bu poemanı “Şərqin Romeo və Cülyetta”sı kimi xarakterizə edir.

“Leyli və Məcnun” operası ilk dəfə 1908-ci ildə Azərbaycanda, Bakıda səhnələşdirilib. 2007-ci ildə onu violençel ustası Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı ifa edib. 2016-cı ildə isə amerikalı xareoqraf Mark Morris “İpək Yolu” ansamblının ifa etdiyi əsərin xareoqrafiyasını yaradıb. Morrisin rəqqaslarının azərbaycanlı vokalistlər Alim Qasımov və Fərqanə Qasımova, həmçinin 12 nəfərlik güclü heyətə malik “İpək Yolu” ansamblı ilə birgə canladırdığı “Leyli və Məcnun” əsəri kifayət qədər uğurlu alınıb. Qeyd edək ki, F.Qasımova A.Qasımovun qızıdır.

Bu, zəngin və böyük işdir. Rəqqasların geyimlərini – qadın rəqqaslar səhnəyə tünd qırmızı geyimdə, kişilərsə mavi köynəkdə çıxıb – ötən ilin martında vəfat etmiş britaniyalı rəssam Qovard Hodjkin dizayn edib. Səhnənin arxa hissəsi də Q.Hodjkinin rəsmləri ilə bəzədilib.

Azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci ildə səhnələşdirilib. Muğamın üstünlük təşkil etdiyi bu opera musiqi şedevri kimi tanınır. “Leyli və Məcnun” operası ifaçılarla tamaşaçılar arasında musiqili poetik əlaqə yaradır. Qəribə görünsə də, bu əsərlə ilk dəfə tanış olan tamaşaçılar belə, onu hərarətlə qarşılayır. Hətta Morrisin tənqidçisi Simon Broton “Songlines” jurnalına bildirib ki, “artıq Morris mənim xoşuma gəlməyə başlayıb. Bu, həddindən artıq möhtəşəm musiqidir. Bu tamaşadakı rəqqaslar da möhtəşəmdir”.

“Leyli və Məcnun” səmimi və kədərli əsərdir. Gənc şair Qeyslə uşaqlıq sevgisi Leylini bir-birindən zorla ayrılır, Leylini başqası ilə evləndirirlər. Qəlbi qırılan Qeys səhrada sərgərdan kimi dolaşmağa başlayır. Bu üzdən onu “Məcnun” (dəli) adlandırmağa başlayırlar. Leyli ilə Məcnun bu həyatda qovuşa bilmirlər. Onları ölüm birləşdirir...

Bu, çox dramatik əsərdir. Amma qəribədir ki, Morrisin işində sanki gərginlik çatışmır. Ona sanki bir-birini sevən gənclərin ayrılmasından sonra qoşuluruq. Yəni tamaşada bizi əsərə əvvəldən cəlb edəcək bir şey yoxdur. Orada yalnız ayrılıq nəticəsində meydana gələn qəm-kədər və sonda bir-birini sevən şəxslərin ölümü var.

Morris istedadlı musiqiçi kimi tanınır. O, təxminən 40 illik xareoqrafiya karyerası dövründə həm klassik, həm də müasir musiqilərə üstünlük verib. Musiqiçi ən sevimli işlərində barokko kanonundan istifadə edib. “Leyli və Məcnun” əsərində isə o, “yumşaq” musiqi formasına üstünlük verib. Başqa sözlə, oradakı musiqi sevgililərin davamlı iztirabını, Məcnunun sərgərdan dolaşdığı səhranın aramsız küləyini canladırır. Q.Hodjkinin işində isə çox sayda rəsm yer alır: qan ləkələri, şəlalə və s. Odur ki, Morrisin rəqs xoreoqrafiyası son dərəcə “yumşaq” təsir bağışlayır.

Morrisin rəqqasları səhnədə qaçır, dövrə vurur, kişi rəqqaslar qadınları başlarının üzərinə qaldırır... Bununla yanaşı, musiqiçilərlə ifaçılar səhnənin mərkəzində yerləşdiyindən, rəqqaslar üçün məkanın məhdud olduğu görünür. Bu üzdən rəqslərin çəkisi lazımi qədər hiss olunmur. Texniki baxımdan isə rəqslərə söz ola bilməz.

Musiqiyə gəlincə, hər şey mükəmməldir! Musiqiçilərin heç biri digərindən geri qalmır. A.Qasımov və F.Qasımova sevgililərin faciəvi vəziyyətini hərarətlə təsvir edirlər. Hətta tamaşanın xareoqrafiyası onların ifasına çata bilmir. Ümumiyyətlə, burada xareoqrafiya çox vaxt musiqinin yanında effektsiz görünür.

“İpək Yolu” ansamblının ifası ilə indiyədək tanış olmasam da, onun musiqi partiturasını anlaya bildim. Musiqidə digər elementlərlə müqayisədə muğama daha çox üstünlük verilir. Lakin Morrisin xareoqrafiyası kimi, Hodjkinin rəsmləri də bu tamaşada böyük paya sahib deyil. Odur ki, tamaşanı onlarsız da səhnələşdirmək olardı.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Guardian


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az