26.06.2019 09:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
VİDEO - FOTOREPORTAJ| Belarus traktorlarını Azərbaycanda yığmaq nə üçün sərfəlidir?

 
 



CTV, Belarus
20.11.2018


Müəllif: Kiril Kazakov

Belarusla Azərbaycanın ən uğurlu ikitərəfli əməkdaşlıq layihələrindən danışarkən, Gəncə Avtomobil Zavodunu xüsusi qeyd etmək lazımdır. Son 10 ildə bu zavod əsl texnoloji klasterə çevrilib. Burada təkcə Belarus texnikası yığılmır, həm də onun qonşu ölkələrə satışı həyata keçirilir.

Artıq Belarus şirkətləri dəqiq bilirlər ki, Gəncədə texnika yığılması sərfəlidirsə, demək, onlar da bu bazara girməklə risk etmirlər. Belarusla Azərbaycanın əsas layihəsi haqqında Kiril Kazakovun reportajı.

Gördüyünüz bu ferma Gəncənin 50 kilometrliyində, Azərbaycanın şimal-qərbində yerləşən Şəmkir rayonundadır. Bu kiçik təsərrüfatın əsas iqtisadiyyatı pomidor, xiyar, taxıl və heyvandarlığa bağlıdır. Əsas istehsal aləti isə yerli traktordur. Gəncədə yığılan bu traktor “Belarus” brendinə aiddir...

 Emil Qurbanov 20 il işlətdiyi köhnə traktorunu bir neçə il əvvəl lizinqlə yenisinə dəyişib. Bu, konservativlik deyil, sadəcə loyallıqdır. MTZ-ni keçmiş Sovet İttifaqında hər kəs tanıyırdı. Onu Azərbaycanda da unutmayıblar. Üstəlik, indi o, burada yığılır. Almaq asanlaşıb, texniki xidmət isə həftənin 7 günü 24 saat.

 Emil Qurbanov (fermer): “Bundan birini də almaq istəyirik. Çox gözəl, etibarlı texnikadır. Xidmətlə bağlı da heç bir problem yoxdur, nə aranda, nə dağda”.

2005-ci ildə Minskdən olan menecer və mühəndislər keçmiş Kirovobad, indiki Gəncə şəhərində hələ 80-ci illərdən “Qazel”lərin yığıldığı sexə gəliblər. O zaman Bakıda yenicə açılmış Belarus səfirliyi bu maşınqayırma layihəsini reallaşdırmağa çalışırdı. Sexlərdə mikroavtobusların, “MAZ” avtomobillərinin yığımı planlaşdırılırdı. Lakin müəssisənin flaqmanı mavi traktorlar oldu. 2018-ci ildə 10 mininci traktor zavoddan təntənə ilə çıxarılıb.

Kamran Nəzərov (Gəncə Avtomobil Zavodunun direktoru): “İstehsalat xəttinə baxsaq görərik ki, burada pambıqyığan, kommunal texnkadan tutmuş, böyük traktorlara qədər çox texnika yığılır. 2 il əvvəl biz 8 ədəd 2020 traktoru da yığmışıq. Bunlar ən güclüləridir: 200 və daha artıq at gücü.

Belarusda Gəncə Avtomobil Zavodunun nümayəndəliyi yaradılıb. Bura təkcə MTZ ilə deyil, Belarusun digər sənaye müəssisələrilə logistikanın qurulduğu və danışıqların aparıldığı bir platformadır. Axı traktorlara əlavə avadanlıq, qoşqular və sair də lazımdır. Qafqaz bazarının ələ alınması istiqamətində ən radikal marketinq kampaniyaları da məhz Belarusda işlənib hazırlanır.

Kiril Kazakov (müxbir): “Azərbaycanda pambıqyığan texnikanın alınmasına dair tender elan olunduqda, Minsk Avtomobil  Zavodunda kiçik bir hiyləyə əl atıblar. Bax bu üçtəkərli traktorlar Minsk hava limanına gətirilərək artıq yığılmış halda təyyarə ilə Azərbaycana çatdırılıb. Azərbaycan tərəfi gördükdə ki, Belarus bir həftəyə bu qədər texnika tədarük edə bilər, tenderdə Gəncə Avtomobil Zavodu qalib elan olunub... İndi mən də sürməyi öyrənirəm. Getdik Azərbaycana.

Bəs nə üçün strategiyanı Minskdə hazırlayıblar, tenderi isə Gəncə udub? Hər şey çox sadədir. Axı orada bizim traktorların, xüsusi və universal yük texnikasının yığımı təşkil edilib. Onun bazasında ordu üçün yanacaqdolduran maşınlar da yığılır.

Sürücü Şakir Bağırov əvvəl “Kamaz” sürüb. Deyir ki, nəhəng yük maşınının kabinasında işləməkdən zövq alır. Lakin “MAZ”da bir şeyi kəşf edib. Onun sürdüyü sistern Gəncənin dar küçələrilə şütüyərək yanacaqdoldurma məntəqəsində parklanmada heç də müasir sedanlardan geri qalmır. Düzdür, bu lüks deyil, lakin əsl dağ maşınıdır.

Şakir Bağırov (sürücü): Dağlara yaxşı qalxır. Hər yerə gedir. Bu, Azərbaycan üçün çox vacibdir”.

Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfərindən iki gün əvəl Minskdə hökumətlərarası komissiyanın iclası keçirilirdi. Orada təklif olunub ki, Gəncə zavodunun nümayəndəliyi vasitəsilə Azərbaycana texnika tədarükünün şaxələndirilməsi haqqında müqavilələr bağlansın. Müəssisənin Qafqaz dağlarındakı rezidentləri qismində “Qomselmaş” və Minsk Avtomobil Zavodunun avtobus bölməsi çıxış edə bilər. Axı Şərqi Avropa ölkələrində yaxşı mövqelər tutmuş MAZ avtobuslarını artıq Azərbaycanda da görüblər…

Fəxrəddin Süleymanov (Gəncə Avtomobil Zavodunun baş mühəndisi):

“Bu, bizim sexdə yığılan avtobuslardan biridir. Hazırda danışıqlar gedir. Yeganə çətnlik ondan ibarətdir ki, bu atomobillər böyük şəhərlər üçündür. Biz Avropa sayılsaq da, Şərq ölkəsiyik və şəhərlərimiz o qədər də böyük, prospektlərimiz geniş deyil. Odur ki, bizə kiçik qabaritlər lazımdır”.

Belarusun Azərbaycana ümid bəsləməsinin daha bir səbəbi bu ölkənin qonşu bazarlara çıxış üçün unikal ölkə olmasıdır. Artıq Gürcüstanda Belarus ərzaq məhsullarının satıldığı bir neçə mağaza açılsa da, onların qeydiyyatı Bakıdadır. Türkiyədə isə Gəncə Traktor Zavodunun filialı tikilir. Orada da traktorlar bizim brend altında istehsal ediləcək.

Xanlar Fətiyev (“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri): “Artıq Türkiyəyə yönəlməyimizin vaxtı deyilmi? Həm Minsk Traktor Zavodu, həm Gəncə Avtomobil Zavodu olaraq, Türkiyəni çoxdan hədəfləmişik. Türkiyədə birinci il 500-1000, ikinci il isə 3000 ədəd traktor istehsal etməyi və satmağı planlaşdırırıq”.

Belarusun Bakıdakı səfirliyində strategiyanı daha geniş görürlər. Azərbaycan da Belarus kimi, Avrasiya üçün genişformatlı iqtisadi layihə olan yeni İpək Yolunun bir hissəsidir. Yolun mərkəzi xətti bizim ölkədən keçirsə, cənubda strateji tərəfdaşımız olan Azərbaycan yerləşir.

Qennadi Axramoviç (Belarusun Azərbaycandakı səfiri): “Bu, bizim təkcə Qafqaza deyil, həm də Fars körfəzi ölkələrinə ixrac imkanlarımızı artıracaq. Söhbət İran, Türkiyə, Pakistan, gələcəkdə isə Hindistandan gedir”.

Belarus traktorları həm də buna görə Xəzər sahillərinə təyyarə ilə uçur. Böyük Nizami Gəncəvinin doğulduğu şəhərdə onun bu sözlərini yaxşı xatırlayırlar: “Bir olsa yoldaşın, dostun əməli, daşdan su çıxardar onların əli”.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CTV


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az