18.04.2019 22:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Azərbaycan turizmi üçün yeni loqo

 
 



Design Tagebuch, Almaniya
22.11.2018


MüəllifAchim Schaffrinna

1991-ci ildə Sovet İttifaqının dagıması ilə müstəqilliyini elan etmiş Azərbaycan turizm sektorunun inkişafı yolunda yeni kampaniyaya start verib. Bununla bağlı yeni brendin dünya ictimaiyyətinə təqdimatı ötən həftə Londonda keçirilmiş “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutub.

Azərbaycan Dövlət Turizm Agentliyinin milli turizm brendinin təqdimatı ilə bağlı yaydığı açıqlamada bildirilir ki, ölkənin turizm sənayesi kifayət qədər böyük potensiala malikdir. 2017-ci ildə Azərbaycanı əvvəlki ilə nisbətən 20% çox, başqa sözlə 2,7 milyon turist ziyarət edib. Beləliklə, son illərdə Azərbaycan turistlərin ən çox üz tutduğu ölkələrdən sayılır.

Yeni turizm brendi ölkənin neft sənayesinə alternativ olaraq, digər sektorların inkişafı, bununla da yerli iqtisadiyyatın şaxələndirilməsi planının tərkib hissəsidir. Xatırladaq ki, Azərbaycan paytaxtı Bakı turistlər arasında böyük məşhurluğu hələ 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etməklə qazanmışdı.

“Take Another Look” (“Yenidən fərqli baxışla bax”) – Azərbaycanın yeni turizm brendinin şüarı belədir. O, dünyanın brendinq üzrə tanınmış şirkəti olan “Landor” tərəfindən hazırlanıb. Təbiət, iqlim, tarixi abidələr, zəngin mətbəx, zəngin mədəniyyət və s. Bir sözlə, Azərbaycanda baxmağa, dadmaga, görməyə dəyər bir çox şey var. Ölkənin yeni turizm loqosu olan “A” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə brendin mahiyyətini də çatdırır.

Şərh

Bundan əvvəl üzərində neft buruğunun təsvir olunduğu turizm loqosu mənfi karikaturanı xatırladırdı. Azərbaycana səyahət arzusu, onun təklif elədiyi gözəlliklər əlbəttə ki, bu cür illüstrasiyaya qətiyyən uyğun gəlmirdi. Beləliklə, yeni loqonun ortaya çıxması ilə əvvəlki loqo tarixə qovuşub. Etiraf etmək lazımdır ki, bu cür yeni dizaynlara nadir hallarda rast gəlinir. Nəticə konseptual baxımdan güclü, bacarıqla hazırlanmış və vizual cəhətdən cazibədardır.

İndi, ortada sadəcə, bir sual var: marka hazırkı şərtləri nə dərəcədə əks etdirir və ya dizaynın gözəl görünüşünü əsaslandıra biləcək nələr təklif olunur? Əgər ortada bu cür peşəkarcasına hazırlanmış dizayn, brend varsa, onun aid olduğu ölkə haqda bu sualların ortaya çıxması qaçılmazdır.

Bu arada “Lonely Planet” turizm bələdçisi Bakıda və ümumilikdə Azərbaycanda cinayətkarlıq hallarının ən aşağı səviyyədə olduğunu bildirir. Almaniyanın Xarici İşlər Nazirliyi isə bu ölkənin Dağlıq Qarabağ bölgəsinə, həmçinin Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarına səyahət etmək istəyənlərə xəbərdarlıq yayıb.

Sadəcə uzaqdan baxdığımız və səyahət etməyin təhlükəli olduğunu eşitdiyimiz ölkələr var. Bu yerdə sizə Patrik Olqayer ilə Qvendolin Veyserin hazırladıqları və “3sat Premiere” kanalında yayımlanmış “Weit” (“Uzaqlara”) adlı sənədli filmə baxmağı məsləhət görərdim. Film bir çox ölkələrdə səyahətdə olmuş bin insan kimi, məni heyran edib. Onlar 3 illik səyahətləri çərçivəsində 38 ölkədə, o cümlədən Azərbaycanda olublar. Üstəlik, bu zaman bir dəfədə olsun, təyyarədən istifadə etməyiblər. Film haqqında qərəzli şəkildə yanlış məlumatlar yayılan ölkələrlə bağlı əsl həqiqəti ortaya qoyur.

(Alman dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Design Tagebuch


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az