23.08.2019 12:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
KTMT-də Ermənistanla bağlı artan narazılıq Azərbaycanın xeyrinə işləyə bilərmi?

 
 



CAUCASUS WATCH, Almaniya
27.11.2018


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilmiş son toplantısından bu yana təşkilata yeni baş katibinin təyin olunması ilə bağlı müzakirələr intensivləşib. Belarus prezidenti Aleksandr Lukaşenkonun KTMT-nin qapalı iclasının detallarını və ümumiyyətlə, təşkilatdakı vəziyyəti Azərbaycanın Belarusdakı səfirilə müzakirə etməsi isə Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın sərt etirazına səbəb olub.

Ermənistan-Belarus münasibətlərində belə gərginliyin yarandığı bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev Minskə səfər edib. Səfər çərçivəsində müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair çoxsaylı müqavilələr imzalanıb. Onların arasında Belarus Dövlət Hərbi-Sənaye Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu da var. Sənədə əsasən, Azərbaycan Belarusdan yeni silahlar alacaq.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycan prezidentinin Belarusa səfərinin nəticələri haqda danışarkən deyib ki, Nikol Paşinyan Moskva, Minsk və Bakı arasında münasibətlərin inkişafından çox narahatdır. Bununla yanaşı, o, Ermənistanı KTMT-dəki müttəfiqlərilə münasibətləri pisləşdirməkdə də günahlandırıb. Ekspert hesab edir ki, Paşinyanın Avropa İttifaqı ilə əməkdaşlıq cəhdləri Rusiya ilə Belarusun maraqlarına ziddir.

KTMT-yə yeni baş katibin təyinatı ilə bağlı yaranmış Ermənistan-Belarus gərginliyinə də toxunan Markov hesab edir ki, əslində bu, Minsklə Yerevanın deyil, Moskva ilə Yerevanın arasında yaşanan problemdir.

Azərbaycanın KTMT-yə mümkün üzvlüyünə gəlincə, Markov hesab edir ki, Bakı xarici siyasətdə mövqeyini gücləndirməklə, bu blokla “yumşaq” əməkdaşlığa can atır. “Bu əməkdaşlıq gələcəkdə Azərbaycana təşkilatda tərəfdaş statusunun verilməsilə nəticələnə bilər. Azərbaycanın bu istəyi yəqin ki, Ermənistandan istisna olmaqla, bütün üzvlər tərəfindən dəstəklənər”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Azərbaycanın özü hər zaman özünü neytral geosiyasi oyunçu kimi təqdim edib. O, bu neytral statusunu qoruyub saxlamaq üçün 2011-ci ildə Qoşulmama Hərəkatına belə, üzv olub.

(Alman dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CAUCASUS WATCH


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az