26.06.2019 10:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Pakistan-Azərbaycan: ticarət əlaqələrini yeni səviyyəyə yüksəltməyin vaxtıdır

 
 



The Patriot, Pakistan
29.11.2018


Müəllif: Seymur Məmmədov (“EurAsiaAz” beynəlxalq ekseprt klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

Azərbaycanla Pakistan arasındakı əlaqələr dinamik inkişaf edir, hərtərəfli genişlənir və yeni sahələri əhatə edir. Bu gün dost və qardaş ölkələr ticarət, iqtisadiyyat, hərbi-texniki, enerji, turizm və s. sahədə münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır. Hər iki ölkə yüksək səviyyəli səfərlərin ənənəsini qoruyub saxlayır.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin İslamabada səfəri buna yaxşı nümunə sayıla bilər. O, İslamabadda Pakistan prezidenti Arif Alvi ilə görüşüb. Alvi İslamabadla Bakının əsas qlobal və regional məsələlərdə eyni mövqeyə malik olduqlatını, beynəlxalq platformalarda bir-birini dəstəklədiklərini söyləyib: “Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin göstəricisidir”.

Yeni sənaye zonalarının yaradılmasına dəstək verdiyini deyən dövlət başçısı ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Yeri gəlmişkən, Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi üzərində dayanmaq istərdim. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. İqtisadiyyata gəlincə isə, Azərbaycanla Pakistan ticarət dövriyyəsini artırmaq üçün səyləri gücləndirməlidir. Çünki bu sahədə mövcud göstəricilər potensialı əkst etdirmir. Hazırda iki ölkə arasındakı illik ticarət dövriyyəsinin cəmi 10 milyon dollardır. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 8,34 milyon dollar təşkil edib. İxracatın böyük hissəsi Pakistanın payına düşür. Düzdür, ötən illə müqayisədə ticarət dövriyyəsi 22,46% artıb. Amma bu artıma rəğmən, göstərici çox aşağıdır. Başqa sözlə, bu, Bakı ilə İslamabadın potensialını əks etdirmir.

İki ölkə arasında hərbi, enerji, kənd təsərrüfatı, logistika və turizm sahəsində məmkdaşlıq üçün böyük imkanlar var. Beləliklə, onlar ikitərəfli ticarətin artırılması üzərində çalışmalıdır. Bu gün Azərbaycanda təxminən 270 Pakistan şirkəti fəaliyyət göstərir. Onlar ölkəmizə 4,2  milyon dollar kapital qoyub.

Bəs iki qardaş ölkə arasında ticarət dövriyyəsini necə artırmaq olar?

Nəqliyyat və logistika

Pakistanın Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı Azərbaycan, Rusiya və İranın dəmir yolları vasitəsilə birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşula bilər. Bu dəhlizlə ilkin olaraq ildə 5 milyon ton yükün daşınması nəzərdə tutulub. Gələcəkdə bu göstəricinin 10 milyonu keçməsi planlaşdırılır.

Azərbaycan prezidenti İlham Əliyev Pakistana hələ 2017-ci ildə etdiyi rəsmi səfər zamanı İslamabadı “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulmağa çağırmışdı. İndi, Pakistan layihəyə qoşulmaq imkanlarını nəzərdən keçirir. Amma bununla bağlı son qərar hələ verilməyib. Nəzərə almaq lazımdır ki, Pakistanın bu layihədə iştirakı iki ölkə arasında turizm və ticarət sahəsində əlaqələr genişlənəcək.

Bununla yanaşı, İslamabad Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçəcək “Lapis-Lazuli” nəqliyyat dəhlizinə də qoşula bilər. Bu layihənin dəyərinin 2 milyard dollar qiymətləndirilir. “Lapis-Lazuli” dəhlizi nəqliyyat-logistika sahəsinin inkişafına yardım göstərəcək, gömrük prosedurlarının asanlaşması ilə nəticələnəcək. Bununla yanaşı, layihə vasitəsilə Asiya, Yaxın Şərq, Qafqaz və Avropa arasında iqtisadi inteqrasiya, həmçinin regionlararası ticarət dövriyyəsi artacaq.

Bu arada Azərbaycan “Çin-Pakistan İqtisadi Dəhlizi” layihəsində iştirak edə bilər. Pakistan bu layihə çərçivəsində infrastrukturunu bərpa edib və inkişaf etdirib. Bundan qonşu ölkələr də faydalana bilər. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bu layihədə iştirakına üstünlük verilir. Rəsmi Bakı isə bu təşkilatda “Dialoq üzrə tərəfdaş” statusuna malikdir. Üstəlik, Bakı oradada müşahidəçi status almaq üçün müraciət edib.

İslamabadın Bakıya “Çin-Pakistan İqtisadi Dəhlizi” layihəsində iştirak etmək təklifi irəli sürməsi mümkündür. Çünki Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir, regionda nəqliyat sahəsində əməkdaşlığın gücləndirilməsində vacib roy oynayır, həmçinin nəqliyyat-logistika sahəsində regional əhəmiyyətli mərkəzə çevrilir. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Abşeron Logistika Mərkəzi kimi layihələr artıq həyata keçirilib.

Enerji  

Azərbaycan zəngin neft-qaz ehtiyatına malikdir. Pakistanın isə xüsusilə, elektrik enerjisinin istehsalı üçün enerji resusrlarına ehtiyacı var. 2017-ci ilin fevralında Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlığa dair hökumətlərarası razılaşma imzalanıb. Bu razılaşma çərçivəsində Azərbaycandan Pakistana neft, neft məhsulları, mayeləşdirilmiş qaz ixrac olunacaq. SOCAR “Pakistan LNG Limited” şirkətinə mayeləşdirilmiş qazın satılması ilə bağlı tenderin qalibi olub. Bu ilin oktyabrında isə SOCAR Pakistana iki mərhələdə qaz tədarük edib. Oraya hər mərhələdə 140 min kubmetr “mavi yanacaq” göndərilib. Beləliklə, iki ölkə artıq enerji sahəsində əməkdaşlığa başlayıb. Bu, yaxın perspektivdə ikitərəfli ticarətə müsbət təsir göstərəcək.

Hərbi-texniki əməkdaşlıq

Pakistanla Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı daha da gücləndirməlidir. Pakistan nüvə silahına malik ölkələrdəndir. Bununla yanaşı, İslamabadın hərbi sənayesi güclü inkişaf edib. Bu yaxınlarda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə istehsalı üzrə federal naziri Zubeyda Cəlal Xan ilə görüşüb. Zubeyda Cəlal Xan Pakistanın Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşı artırmaqda maraqlı olduğunu söyləyib. O, Pakistanın Azərbaycan Ordusunu lazımi müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduğunu bildirib.

Bakı da İslamabadla hərbi əməkdaşlığı artırmaqda, qardaş ölkədən böyük həcmdə hərbi avadanlıq almaqda maraqlıdır. 2014-cü ildə Azərbaycan Pakistandan müasir ballistik raket sistemi belə, tədarük edib. Ötən il isə ölkəmiz Pakistan Hərbi Hava Qüvvələrindən 10 ədəd “Super Muşşak” təlim təyyarəsi alıb. Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Pakistanla “JF-17” qırıcı-bombardmançılarının tədarükü ilə bağlı müqavilə imzalaya bilər. 2019-2020-ci illərdə Pakistanın çox sayda JF-17 (“Block 3” modifikasiyası) qırıcı-bombardmançıları istehsal edəcəyi gözlənilir.

Turizm

Azərbaycanla Pakistan arasında turizm sahəsində əməkdaşlığın da böyük potensialı var. Yalnız ötən il Azərbaycana 25 min pakistanlı səfər edib. 2019-cu ilin əvvəllindən etibarən bu rəqəmin tədricən artacağı gözlənilir. Bakı ilə İslamabad arasında birbaşa uçuşlar olmasa da, pakistanlıların ölkəmizə, azərbaycanlıların isə Pakistana marağı artır. Təəssüf ki, bu gün Bakıdan İslamabada, həmçinin əks istiqamətə uçuşlar Bəhreyn, Dubay, Doha və İstanbul vasitəsilə mümkündür. Artıq iki ölkə birbaşa uçuşların açılması haqqında ciddi düşünməlidir. Bu, təkcə turizm əlaqələrini gücləndirməyəcək, həm də ölkələrimiz arasında əməkdaşlığı, həmçinin ticari-iqtisadi münasibətləri genişləndirəcək.

Kənd təsərrüfatı

Pakistandan buğda tədarükü Azərbaycanı cəlb edə bilər. Çünki bu gün ölkəmizin buğdaya olan tələbatının böyük hissəsi idxal hesabına ödənir. 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana buğda idxalı 11% artıb. Pakistanda isə əkilən 4 əsas bitkidən (düyü, pambıq, şəkər qamışı) biri buğdadır. Onun taxılı əsasən Banqladeş, İndoneziya, Vyetnam, BƏƏ, Oman və s. ölkələrə ixrac olunur.

P.S. Azərbaycanla Pakistan bir-birini diplomatik səviyyədə hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. İslamabad Bakının Dağlıq Qarabağ münaqişəsi isə bağlı ədalətli mövqeyini, Bakı isə İslamabadın Kəşmir məsələsi ilə bağlı mövqeyini dəstəkləyir. Bir sözlə, siyasi baxımdan ikitəfəli münasibətlər yüksək səviyyədədir. Odur ki, Azərbaycanla Pakistan ticarətdə, iqtisadiyyatda da əlaqələri yüksək səviyyəyə qaldırmalıdır.

Düçünürəm ki, Azərbaycan hökuməti yaxın gələcəkdə Pakistanın yeni baş naziri İmran Xanı Bakıya dəvət edəcək. Bu səfər ticari, iqtisadi, hərbi-texniki əməkdaşlığının dərinləşməsinə əlavə impuls olardı.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Patriot


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az