10.12.2018 07:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycan: üzüm bağlarına yeni nəfəs - FOTOREPORTAJ

 
 



Le Figaro, Fransa
03.12.2018


Müəllif: Jan-Batist Anselo

Siz Azərbaycan şərabları haqda nəsə eşitmisiniz?Azərbaycan hələ XX əsrin kommunist hakimiyyətindən və 1980-ci illərdə üzüm bağlarının kütləvi şəkildə məhv edilməsindən əvvəl, eramızdan əvvəl ikinci minillikdən başlayaraq, ən inkişaf etmiş şərab sənayelərindən birinə malik olub. Siz də Qafqazın ətəyində yerləşən və dünya üzümçülüğünün beşiyi olan, bu yaxınlarda bizim də ziyarət etdiyimiz ən gözəl üzüm bağlarından birini kəşf edin.

Keçmiş şöhrətin geri qaytarılması

Azərbaycan sürprizlərlə dolu ölkədir. Biz oraya səfər edənədək bu istiqaməti tanımırdıq. Amma indi, oranı unutmayacağıq! Azərbaycanın həm gözəl mənzərələri, həm də perspektivli üzüm bağları var.

Lakin əvvəlcə ölkənin dünya xəritəsindəki yerini bilməliyik. Bu isə heç də asan deyil. Mən bunu açıq etiraf edirəm. Keçmiş sovet respublikası olan Azərbaycan Avropailə Asiyanın kəsişməsində, Qafqaz dağ silsilələrindən Xəzər dənizinədək olan ərazidə yerləşir. O, şimaldan Gürcüstan və Rusiya, cənubdan İran, qərbdən Ermənistanla əhatə olunub.

Yeri gəlmişkən, Azərbaycan neftlə zəngindir və orada dizelin 1 litri 0,35 santimə satılır. Bu, bizim səyahət maşınımız üçün layihə tarixinin ən ucuz yanacağı idi.

Gürcüstandan yeni çəkilmiş asfalt yolla şərqə, ilk üzüm bağını ziyarət edəcəyimiz Qəbələ rayonuna doğru gedirik. Bu ölkədənin Sovet rejimi dövründə həddindən artıq sənayeləşmiş, maksimum məhsuldarlığa və nəticəyə hesablanmış model üzrə fəaliyyət göstərmiş (o zaman şərablarını Rusiyaya, Belarusa və Baltikyanı ölkələr ixrac edirdi) şərab sənayesi 1991-ci ildə kommunizmin süqutu, Azərbaycanın müstəqilliyini bərpası ilə çox müasirləşib və daha çox keyfiyyətə yönəldilib.

Bu, Beynəlxalq Üzüm və Şərab Təşkilatına (OIV) 2013-ci ildə qəbul olunmuş ölkə üçün əla xəbərdir. Bu gün Azərbaycanın məqsədi dünya şərab bazarında keçmiş şöhrətini bərpa etməkdir.   

Savalan – kanyon kənarında yerləşən üzüm bağları

Hazırda bu ölkədə 10-a yaxın şərabçılıq müəssisəsi var. Onlara məxsus üzüm sahələri 10 min hektardan çoxdur. Biz bu müəssisələrdən yalnız ikisinə baş çəkə bildirk.

Ölkənin şimalında, Qəbələdə yerləşən Savalan plantasiyası. Qədimdə Qafqazın paytaxtı burada olub. Beləliklə, Qəbələdə kanyon kənarında 2007-ci ildə salınmış, qarlı dağlara baxan möhtəşəm üzüm bağları var. Kanyonun o biri tərəfində salınmış daha böyük hissəyə isə yalnız 4X4 avtmobilləri ilə getmək mümkündür. Bu, özlüyündə bir macəradır.

Oradakı sahələrə çatmaq üçün biz kiçik bir kənd yolunu, çay üzərindəki təhlükəli körpünü keçırık, kanyon boyu torpaq yolla üzüyuxarı çıxmalı olduq. Üzüm bağlarının zümrüd yaşıllığı ilə zirvəsi qarlı qırmızı dağlar arasındakı rənglərin qarışığı insanı heyran edir.

Buranın gilli-qumlu torpaqlarda ümumilikdə 350 hektarlıq üzüm bağı salınıb. Orada “chardonnay”, “viognier” və “riesling” kimi ağ, “cabernet sauvignon”, “merlot”, “syrah”, “marselan”, “montepulciano”, “mourvèdre” kimi qırmızı beynəlxalq üzüm sortlarına rast gəlmək mümkündür.

Plantasiyanın direktoru Cahangir Şəfizadə deyir ki, bu bölgənin iqlim tipi kontinentaldır: “Quru və isti yay aylarında havanın hərarəti bəzən 40 dərəcəyədək yüksəlir, bu isə vaxtında suvarma tələb edir. Bu, sərin gecələrlə təzad təşkil edir və keyfiyyətli üzümün yetişməsi üçün əlverişlidir”.

Nəticədə, Azərbaycanda texniki və yaxşı hazırlanmış şərab istehsal etmək mümkündür. Burada “Syrah” sortu üçün xüsusi şərait var. Bu üzümdən ədviyyatlı, bitki ətirli şərablar istehsal olunur.

“Savalan” müəssisəsi bir neçə ay ərzində panoramik görüntüyə malik restoran açmağı da planlaşdırır. Həvəskarların fikrincə, bu, möhtəşəm nəticələr vəd edir.

Şəbiyan sahəsi

Ölkənin mərkəzində yerləşən İsmayıllı rayonundakı Şəbiyan plantasiyasındayıq. Bura yabanı təbiəti, dolama yolları və gəzməli-görməli kəndləri, hər yerdə sərbəst gəzən keçiləri, qoyunları, qazları və toyuqları olan bir məkandır. Şəbiyan plantasiyası Böyük Qafqazın cənub yamaclarında, dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən bir təpənin zirvəsindən başlayaraq üzü aşağı uzanır. Sərin gecələrlə təzad təşkil edən isti, günəşli günlər buranı üzümçlük üçün əlverişli məkana çevirir. Bir sözlə, burada gözəl “Şəbiyan” şərablarının istehsalı üçün lazım olan bütün şərait var. Lakin zirzəminin yenidən qurulmasından tutmuş, üzüm bağının idarə olunmasınadək hər şeyi yenidən yaratmaq lazımdır... 

2016-cı ildə satın alınmış Şəbiyan plantasiyasını canlandırmaq üçün gəlmiş italiyalı şərabçılıq mütəxəssisi Andrea Uliva deyir: “Buraya iki il əvvəl ilk gəlişimdə kommunizm dövrünə aid zirzəmi, eyni zamanda üzüm bağları çox yararsız vəziyyətdə idi.

Andrea və komandası qollarını çırmayaraq hər şeyi ətraflı təhlil edib, dərindən öyrənib. Bundan sonra zirzəmi təmizlənib, mövcud avadanlıqlar inventarlaşdırılıb, istifadəyə yararlı olanlar saxlanılıb, lazımsızları isə yenilərinin alınması üçün satılıb.

Amma sahəni ziyarət edən zaman gördük ki, orada hələ də çox iş görülməlidir. Andrea gülümsəyərək deyir: “Moskva (Roma) birdən-birə qurulmayıb ki”. O, görməli olduğu işlərin çoxluğunu yaxşı anlayır. Andreanın məqsədi yerli üzümçülüyü sıfırdan başlayaraq canlandırmaq, bunu ənənəyə çevirməkdir. Necə? 257 hektarlıq üzüm bağında qırımızı “Mədrəsə” və ağ “Bayan şirə” kimi yerli üzüm sortlarını becərməklə.

Bu, böyük sərmayə tələb edən nəhəng işdir. “Şəbiyan” şərabı məhz buy olla öz brendini yarada, dünya şərab bazarında nüfuz qazana bilər.

“Komunizm dövründə üzüm sortlarının hamısı bir bağda qarışıq əkilirdi. O zaman məhsuldarlıq əhəmiyyətli deyildi, çünki o vaxtlar əsasən kəmiyyətə üstünlük verilirdi”, - deyə o, vurğulayır: “Bu gün isə biz bu modelin əksinə gedir, üzüm bağlarında ciddi idarəçiliyə üstünlük veririk”.

Bu, yerli şərabçılıq irsinin qorunub saxlanması üçün çox gözəl nümunədir. “Şəbiyan” şərabında “Saperavi” və “Mədrəsə” sortlarının qarışıq tamı göstərir ki, Azərbaycanın üzüm bağları kifayət qədər cazibədardır və ciddiyə alınmalıdır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Figaro


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az