10.12.2018 07:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Bakıda “İƏT Modeli - 2018” proqramının bağlanış mərasimi keçirilib

 
 



IRNA, İran
04.12.2018


40-dək müsəlman ölkəsinin iştiraki ilə 7 həftə davam etmiş təlim kursundan sonra, Bakıda “İƏT Modeli - Azərbaycan” adlı milli proqramının təntənəli bağlanış mərasimi keçirilib.

IRNA agentliyinin məlumatına görə, mərasimdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndələri, dövlət qurumlarının, müxtəlif universitetlərin rəhbərləri, ictimai dairələrin nümayəndələri, Azərbaycanın ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Mərasimə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə və səfirliyin mədəniyyət mərkəzinin rəhbəri Əsğər Farsi də qatılıblar.

Proqram Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Bakı Dövlət Universitetinin dəstəyilə İƏT Gənclər Forumu tərəfindən həyata keçirilirdi. Bu il “İƏT Modeli - Azərbaycan” milli proqramında Azərbaycanın 10-dək təhsil ocağından tələbələr iştirak edib. Tələbələr 7 həftə ərzində İƏT-ə üzv ölkələrdə siyasi, iqtisadi, mədəni, strateji və beynəlxalq məsələlərlə bağlı təlim kurslarına qatılıb, Azərbaycanda fəaliyyət göstərən səfirlərlə, diplomatik nümayəndələrlə görüşərək beynəlxalq münasibətlərin bir çox aspektlərilə tanış olublar.

Proqramın həyata keçirilməsində məqsəd İƏT-in dövlət başçıları sammitinin akademik simulyasiyası (modelləşdirilməsi) ilə yanaşı, tələbələrin, gənclərin İƏT və onun nəzdində fəaliyyət göstərən təşkilatlara bənzər mühitdə yer müzakirələrə qatılması idi.

Proqram çərçivəsində gənclər ideyalar və milli kimlik, tarix, eləcə də onların həyatlarına təsir edən mövzularla yanaşı, ölkələrindəki sosial, iqtisadi, mədəni və siyasi problemlər haqda kreativ yanaşma ilə fikir mübadiləsi aparıblar. Bu proqram gənclərə siyasətçilər və diplomatların rolunu oynamaqla, həmçinin beynəlxalq təşkilatın simulyativ iclaslarında iştirak etməklə, İslam dünyasının problemlərini daha yaxşı dərk etmək imkanı yaradıb.

Forumda çıxış edən İƏT Gənclər Forumunun regional mərkəzinin direktoru Elçin Əsgərov proqramın hədəflərindən danışıb, onun 40-a yaxın ölkədə reallaşdırıldığını söyləyib: “Ötən 8 ildə bu layihə çərçivəsində İƏT-ə üzv ölkələrdə təlim kursları təşkil olunub. Bu və digər tədbirlərə 23 min tələbə qatılıb”.

Tədbirdə İƏT üzvlərinin Azərbaycanda akkreditə olunmuş səfir və diplomatları adından çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nasir Abdulkərim Rəhim ostər gənc liderlərin bilik və bacarıqlarının formalaşmasında, istərsə də İƏT-in genişlənməsində bu proqramın əhəmiyyətini vurğulayıb.

Proqram 2011-ci ildə ilk dəfə Azərbaycanda həyata keçirilməyə başlayıb

Təlim kurslarında iştirak etmiş tələbələr İƏT coğrafiyasında baş verən və dünyanı narahat edən mühüm siyasi proseslərlə yaxından tanış olmaq imkanı da əldə ediblər.

İƏT-ə üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfir və diplomatlarının iştirakı ilə keçirilən bağlanış mərasimində təlim kurslarında fərqlənmiş tələbələrə hədiyyələr, xüsusi diplom təqdim olunub. Bir qrup fərqlənmiş tələbə isə 2019-cu ilin yayında Rusiyanın Kazan şəhərində keçiriləcək “İƏT modelinin qlobal toplantısı”nda iştirak etmək hüququ əldə edib.

İran mədəniyyəti və sivilizasiyası ilə tanışlıq

Tədbirdə iştirak edən İranın Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri ölkəsinin mədəniyyət və incəsənət nümunələrini nümayiş etdirib, tədbir iştirakçılarına İran mədəniyyəti, adət-ənənələri haqda məlumat verib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az