10.12.2018 07:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycan səfiri Benbu şəhərinə səfəri zamanı Milli İncəsənət Mərkəzində olub

 
 



China.com, Çin
04.12.2018


“Daxmaya üç səfər” Çin tarixinin klassik hekayəsidir. O, Şərqi Han sülaləsindən olan Liu Beyin Lonqcun dağına 3 səfərindən, Cuqı Lianqın vəzifəyə dəvət olunmasından bəhs edir.

Yeni işə başlamış Çin Beynəlxalq Musiqi Alətləri Festivalı və İkinci Beynəlxalq Ticarət və Mədəniyyət Forumunda çıxış edən ev sahibi cənab Ma Quosian Azərbaycanın ÇXR-dəki səfirinin Bendu şəhərində artıq 3 dəfə səfərdə olduğunu xatırladıb. “Nəhayət, biz Milli İncəsənət Muzeyinin “İpək Yolu” dostluq hekayəsini yazdıq”, - deyə o, bildirib: “Ümid edirəm ki, incəsənət Çinlə Azərbaycan arasındakı münasibətləri daha da gücləndirəcək”.

Musiqi Festivalı Şanxay şəhərində keçirilən Beynəlxalq İdxal Sərgisindən sonra təşkil edilmiş beynəlxalq tədbirdir və sərginin ruhunun davamıdır.

Bendu şəhərinin “Expo” parkında təşkil edilmiş görüşdə Çin Xalq Siyasi Məsləhət Şurasının, Çin Demokratik Milli Quruluş Asossiyasiyasının Mərkəzi Komitəsinin üzvü, Şanxay Xiangjiang Sənayesinin sədri cənab Ma Quosian xüsusi olaraq Azərbaycanın Çindəki səfiri cənab Əkram Zeynallıya hörmətini dilə gətirib: “Cənab səfir Bendu şəhərinə artıq üçüncü səfərini edir. Bu gün Azərbaycan mədəniyyətilə yaxından tanış ola bildiyim üçün çox şadam. Azərbaycanın sehirli musiqisini ifa etmək üçün Yaponiyada qastrolda olan musiqiçilər Çinə gəlib. Bu, dərin dostluq münasibətlərinin və səmimiyyətin təzahürüdür!”.

Azərbaycanın Çindəki səfiri cənab Əkram Zeynallı da buraya 3-cü dəfədir gəldiyini deyib. “Bu, mənim üçüncü səfərimdir. Bura hər səfərimdə mənə xoş təssürat bağışlayıb. Fürsətdən istifadə edib şəhərin bələdiyyə rəhbərliyini təbrik edir, şəhər əhalisinə nailiyyətlər arzulayıram. Bu şəhər mükəmməl infrastruktura malikdir”, - deyə diplomat qeyd edib.

Azərbaycan “Bir kəmər - bir yol” layihəsi üzərində yerləşən vacib ölkədir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən bu ölkə ilə Çin arasında bir müddət əvvəl Şanxayda təşkil edilmiş Beynəlxalq İdxal Sərgisi zamanı bir sıra müqavilə imzalanıb.

Ə.Zeynallı hesab edir ki, “Bir kəmər - bir yol” çox önəmli təşəbbüsdur və o, bir çöx ölkə üçün yeni fürsətlər yaradır: “Layihə həmin ölkələrdə yeni iş yerlərinin açılmasını da təmin edir. Odur ki, Azərbaycan da bu təşəbbüsün həyata keçirilməsində iştiraka, ona töhfə verməyə hazırdır”.

“Ümüd edirəm ki, incəsənət iki ölkə arasındakı məsafəni qısaldacaq, iki ölkə xalqlarını daha da doğmalaşdıracaq. Biz Çin sənətkarların qədim musiqi alətlərində ifasını səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib, çinli sənətkarları Azərbaycana dəvət edirəm. Mədəniyyət sahəsinin ölkələr arasındakı mübadiləni gücləndirəcəyinə inanıram”, - deyə Azərbaycan səfiri vurğulayıb: “Mən Çin musiqisini çox sevirəm. “Yasəmən” ən sevdiyim mahnıdır. Çin xalqı zəngin musiqiyə, mədəniyyətə malik xalqdır”.

“Ümüd edirəm Benbu şəhərinə daha çox adam səfər edəcək”

Diplomat çıxışını belə davam etdirib: “Bendunun “Expo” parkına ilk dəfə baş çəkən zaman çox təsirlənmişdim. Burada bərpa işlərinin necə yorucu olduğumu gözlərimlə görmüşdüm. Həqiqətən də böyük iş görmüsünüz! Xüsusilə, buradakı qədim yaşayış evlərini təmir edənlərə minnətdarlığımı bildirmək istərdim. Ənənəvi mədəniyyətin bərpası üçün səylərin göstərilməsi çox önəmlidir. Biz də bu “Expo” parkında öz mədəniyyət mərkəzimizi yaradaraq, Azərbaycan mədəniyyətini nümayiş etdirmək istərdik. Bu, Azərbaycanın Çindəki ilk mədəniyyət mərkəzi olardı. Orada Azərbaycana aid milli tikililərin maketləri, musiqi alətləri, xalçalar və digər mədəni irs nümunaləri sərgilənə bilər. O, Benbu əhalisi və bütün Çin xalqı üçün açıq olacaq. İnanıram ki, Benbu şəhərinə gələcək çinlilər bu platforma üzərindən Azərbaycan mədəniyyətilə daha yaxından tanış olacaqlar”.

(Çin dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: China.com


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az