10.12.2018 07:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri Benbu şəhərinə səfəri zamanı Milli İncəsənət Mərkəzində olub
 
04.12.2018
China.com, Çin
 

 
 
Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı

 
 



Yeni Akit, Türkiyə
06.12.2018


Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Azərbaycan-Rusiya-Türkiyə-İran dördtərəfli görüşündə iştirak edib. Turhanın sözlərinə görə, onlar bu 4 ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor müəssisələrinin daha sıx əməkdaşlıq etməsi üçün təşəbbüs qrupunun yaradılması haqda qərar qəbul ediblər.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Azərbaycanın paytaxtı Bakıda keçirilən XXIV beynəlxalq “Bakutel-2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgində iştirak edib. Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə sərgini gəzən Turhan həmkarından tədbir haqda məlumat alıb.

Daha sonra o, sərgi çərçivəsində təşkil olunmuş Azərbaycan-Rusiya-Türkiyə-İran nazirlərinin dördtərəfli görüşündə iştirak edib. Görüşdə Turhan və Quluzadə ilə yanaşı, Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi də iştirak ediblər. İlk dəfə keçirilən dördtərəfli görüşdə yeni şirkətlər, peyk xidmətləri, kibertəhlükəsizlik, poçt və fiberoptik şəbəkələr mövzusunda əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş haqqında mətbuat nümayəndələrinə məlumat verən Turhan bildirib ki, regionda informasiya texnologiyaları sektoruna daha geniş imkanların yaradılması vacibdir.

“Dünya əhalisinin 70%-ə yaxını bu coğrafiyada yaşayır”

Hələlik ilkin müzakirələrin aparıldığını deyən Turhan fikrini belə davam etdirib: “4 ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor müəssisələrinin daha sıx əməkdaşlıq etməsinə şəraitin yaradılması üçün təşəbbüs qrupunun yaradılması haqda qərar qəbul etdik. Yaxın günlərdə detallar müəyyənləşdiriləcək və müqavilə mətni hazırlanacaq. Bu 4 ölkənin yerləşdiyi coğrafi mövqe çox böyük əhəmiyyət kəsb edir. Bu ölkələrin Uzaq Şərqdən Avropayadək təmin etdiyi rabitə infrastrukturu digər ölkələrlə də əlaqə qurmağa imkan verir. Dünya əhalisinin 70%-ə yaxını bu coğrafiyada yaşayır. Müasir texnologiyaların bütün dünyaya yayılması üçün imkan var. Bununla yanaşı, fiberoptik xətlər, peyk-xəbərləşmə sistemləri, kibertəhlükəsizlik sahəsində də əməkdaşlıq etmək lazımdır”.

Ayrıca “Bakutel-2018” haqda da danışan nazir deyib ki, sərgi Türkiyənin müvafiq sahədə xidmət göstərən şirkətlərinin də məhsullarını Bakıda təqdim etməsinı şərait yaradıb.

20 ölkədən 230 şirkətin iştirak etdiyi sərgidə Türkiyədən “Türksat”, PTT, “Turkcell” və “Havelsan” kimi şirkətlər yer alır. Sərgi dekabrın 7-dək davam edəcək.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Akit


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az