18.03.2019 19:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Bakı Xəzər İnnovasiya Konfransına ev sahibliyi edib

 
 



NASRNEWS.ir, İran
10.12.2018


Azərbaycanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Bakutel” sərgisi çərçivəsində Xəzər İnnovasiya Konfransına (Caspian İnnovation Conference) ev sahibliyi edib. Tədbirdə İKT sahəsində fəaliyyət göstərən sahibkarlar arasında səmərəli əməkdaşlıq imkanları və problemlər müzakirə olunub.

“Nasrnews” xəbər verir ki, Xəzər İnnovasiya Konfransında genişzolaqlı internet, süni intellekt, “e-xidmətlər”in təmini, İKT və SME əsaslı innovasiyaların tətbiqi, elmə əsaslanan 4-cü sənaye inqilabı və istehsal, kiber hazırlıq və s. mövzular müzakirəyə çıxarılıb.

İKT xidmətlərinin inkişafında genişzolaqlı infrastrukturun həlledici rolu nəzərə alınaraq, builki konfrans “Davamlı inkişaf üçün rəqəmsal əlaqə” mövzusunda olub. Avrasiya bölgəsinin bir çox ölkəsi və qonşularının “qapalı torpaqlar”da və ya genişzolaqlı magistrallardan uzaqda yerləşdiyi halda, rəqəmsal keçid həlləri biznes və vətəndaşlara əhəmiyyətli dərəcədə fayda verməkdədir.

Xəzər İnnovasiya Konfransında hökumət nümayəndələri, sənaye sahəsində çalışan rəhbər şəsxlər, nəzarət orqanlarının və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri, eləcə də regionda ən böyük telekommunikasiya və peyk operatorlarının rəhbərləri iştirak edib. Onlar rəqəmsal bölünmənin azaldılması yollarını nəzərdən keçiriblər. Davamlı inkişaf üçün rəqəmsal təkamül mövzusunun ilk dəfə müzakirə edildiyi konfransda İranın da iştirakı ilə qonşu ölkələrin daha güclü, daha sabit bölgə yaratmaq imkanlarından danışılıb. Tədbirdə İran, Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Litva və Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirləri çıxış ediblər.

Bu gün sanksiyaların tətbiqilə məşğul olan hökumətlə qarşı-qarşıya qaldıqlarını qeyd edən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Cəhromi deyib: “Bu, qlobal təhlükəsizliyə təhdid sayılacaq davranışdır. Bu təhdidi idarə edə bilmək üçün daha güclü bölgə formalaşdırmalıyıq. Odur ki, regionun 4 ölkəsinin nazirləri arasında keçirilmiş görüş daha güclü regionun yaradılması istiqamətində görülən işlərin əlamətlərindən sayılmalıdır”.

“Yeni sənaye inqilabında innovasiyanın rolu olduqca vacibdir və startaplar qarşımızda yeni üfüqlər açır”,- deyə nazir 4-cü sənaye inqilabının əhəmiyyətinə toxunarkən qeyd edib. O, yeni sənaye dövrünün əsas xüsusiyyətinin əməkdaşlıq, birqütblü düzəndən imtina olduğunu vurğulayıb: “Şərtlərini başqalarına diqtə etmək dövrü başa çatıb. Bu gün boşluqlar innovasiyalar vasitəsilə doldurulur. Bunun üçün isə əsas vasitə İKT-nin inkişafıdır. Bu, bir çox regionda potensialı gücləndirən, bilik və sənaye sahəsində rəqəmsal keçidi, yeniliyi təmin edən güclü model yaradacaq. Bununla da hər kəs üçün daha yaxşı gələcək təmin olunacaq”.

İranlı nazir çıxışını belə davam etirib: “İKT sahəsində innovasiya kommunikasiya anlayışı ilə sinonimdir. İKT-dən uçurumun yaradılması, başqalarına nəzarət üçün deyil, hər kəs üçün sülhün yaradılması məqəsdilə istifadə olunmalıdır. O, insanlar və biznes sektoru üçün daha güclü, daha sabit bölgənin yaradılmasına kömək etməlidir”.

Birtərəfli sanksiyaların tətbiqindən təəssüfünü dilə gətirən Azəri Cəhromi deyib: “Bu ölkə regionda gərginlik yaratmağa, sabitliyi pozmağa çalışır. Halbuki, biz bölgədə sülh və əmin-amanlıq istəyirik. Bu məqsədlə İran region ölkələrilə birlikdə daha böyük iqtisadiyyat yaratmağa hazırdır”.

İran, Azərbaycan, Rusiya və Türkiyə arasında İranda startaplara dəstək mərkəzinin yaradılmasına dair əldə edilmiş razılaşmaya da toxunan nazir statistikaya əsaslanaraq bildirib ki, ötən il İranda 23 min startap fəaliyyət göstərib: “Halbuki, 4 il əvvəl bu rəqəm cəmi 4 min ətrafında idi. Odur ki, mən dövlət rəsmilərini, özəl sektoru regional səviyyədə startapların, fəaliyyəti elmə əsaslanan şirkətlərin inkişafı üçün yeni ekosistemin yaradılması istiqamətində birgə fəaliyyətə çağırıram”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NASRNEWS.ir


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az