18.03.2019 19:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda

 
 



APS, Seneqal
11.12.2018


3 il idi Litvanın “Jalqiris” (Vilnüs) klubunun formasını geyən seneqallı mərkəz müdafiəçisi Pap Mamadu Mbodj Bakının “Neftçi” klubu (Azərbaycan) ilə 2,5 illik müqavilə imzaladığını açıqlayıb.

“Daha da inkişaf etmək üçün yeni klubula 2,5 illik müqavilə imzaladım. Çünki onlar Litva çempionatından daha yüksək səviyyəli liqada maraqlı layihə təqdim etdilər”, - deyə “Dakar Sacré-Cœur” klubunda formalaşmış müdafiəçi bildirib.

Əvvəllər Belqradın “Srvena Zvezda” klubunda da çıxış etmiş Pap Mamadu Mbodj 3 il idi Vilnüsün “Jalqiris” komandasında çıxış edirdi. O, Seneqalın gənclərdən ibarət milli komandasının da şərəfini qoruyub. Seneqallı futbolçu artıq yeni komanda yoldaşlarına və məşqçilərə təqdim olunub.

“Artıq Bakıdayam və komanda yoldaşlarımı daha yaxından tanış olmaq üçün onlarla birgə məşq edirəm”, - deyə Mbodj bildirib.

Onun yeni komandası hazırda milli çempionatın lideridir və son illərdə Avropa turnirlərində iştirakı adət halı almış “Qarabağ”ı 3 xal qabaqlayır. Hazırda “Neftçi”nin 33 xalı var. Klub Azərbaycan Premyer Liqasında 10 qələbə qazanıb. Liderdən 3 xal geridə olan “Qarabağ”ın aktivində 9 qələbə var.

Mərkəz müdafiəçisi deyir ki, Azərbaycan çempionatı Litva çempionatına nisbətən daha geniş işıqlandırılır və daha çox tanınır: “Niyyətimiz daha yüksək səviyyəli liqalarda çıxış etməkdir”.

Azərbaycan çempionatının ikinci dövrəsi yanvarda start götürəcək.

25 yaşlı Pap Mamadu Mbodj əmindir ki, Litvada 1 dəfə çempionatın, 1 dəfə ölkə kubokunun, 1 dəfə də superkubokun qalibi olması onun gedişilə bağlı suallar yaradacaq.

Azərbaycan çempionatı Seneqalda çox tanınmasa da, Pap Mamadu Mbodjdan əvvəl orada Seneqal millisinin qapıçı Kalidu Sissoko da forma geyib. O, 2000-ci illərindən əvvəllərində Dakarın “Jeanne d’Arc” klubundan “Bakı” komandasına transfer olunmuş və Azərbaycanda bir neçə mövsüm keçirmişdi.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: APS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az