26.06.2019 10:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub

 
 



QUARTZ, ABŞ
11.12.2018


Müəllif: Nataşa Frost

Min illər əvvəl – təxminən eramızdan əvvəl 2000-ci ildə köçəri çobanlar vaxtlarını bugünkü ailələrin əksəriyyəti kimi keçirib: bir araya gəlib, masaüstü oyunlar oynayıb...

Azərbaycanlı arxeoloqlar Qobustan dövlət tarixi-bədii qoruğunda fərqli oyuqların olduğu qədim qayalar haqda çoxdan məlumatlıdırlar. Amerika Təbiət Tarixi Muzeyinin arxeoloqu Uolter Kristin isə son araşdırmaları zamanı bu oyuqları, onların niyə məhz həmin bölgədə olduğunu izah edir.

Kristin fikdirncə, qayaların üzərindəki oyuqlar “tazılar”, “çaqqallar” və ya “58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edir. Onlar qədim Misirdə, Anadoluda və Mesopatamiyada da aşkar olunub. Güman ki, bu oyunun ən məşhur nümunəsi arxeoloq Hovard Karter tərəfindən Misir fironu IV Amenemhetin məqbərəsindən tapılandır. IV Amenemhet təxminən 3800-cü il əvvəl yaşayıb.

“Bu oyun gözlənilmədən ən müxtəlif məkanlarda aşkar olunur”, - deyə arxeoloq Krist bildirir. Onun sözlərinə görə, həmin oyunun ən qədimi Misirdə aşkarlanıb. Lakin onun da bu oyunların ən qədimi olduğunu demək çətindir: “Çünki başqa ölkələrdə hələ “ən qədim” deyə biləcəyimiz oyunlar tapıla bilər. Görünən odur ki, o, müxtəlif bölgələrdə yayılıbmış”.

Bu oyunun necə yayıldığı, necə oynandığı sirr olaraq qalır. Bəzi arxeoloqlar hesab edir ki, o, toxumlarla və ya daşlarla oynanılıb və nərdə bənzəyib. Ehtimala görə, daşlar və ya toxumlar xanalarda müxtəlif istiqamətlərə sürüşdürülürmüş. Bəziləri düşünür ki, onun sümüklə oynandığı da istisna deyil. Amma buna dair sübutlar yoxdur.

Ümumiyyətlə, qədim oyunların necə oynandığını başa düşmək demək olar mümkün deyil. Çünki onlar zaman keçdikdə çox dəyişikliyə uğrayıb. Gələcəkdə də arxeoloqlar bizim bugünkü oyunları necə oynadığımızı başa düşməyə bilər.

“Təsəvvür edin, gələcəkdə “Monapoliya” oynu, onda istifadə edilən kartlar, kiçik papaq və ayaqqabı aşkar olunur, lakin bu haqda heç bir yazılı mənbədə məlumat olmur”, - deyə tarixçi Ulrix Şedler bildirir: “Bu halda heç kəs “Monapoliya”nın qaydalarını bütün detalları ilə anlaya bilməz”.

Amma bir məsələni, yəni oyunların oynanması səbəbini başa düşmək olar. Arxeoloq Krist düşünür ki, onlar sadəcə oyun deyil, həm də ünsiyyət vasitəsi olub: “İnsanlar bir-birilə qarşılıqlı əlaqə yaratmaq üçün də oyunlar oynayıb”.

Kristin fikrincə, qaya üzərindəki boş xanalarda daşların bir istiqmətdən digər istiqamətə yönləndirilməsi qədim insanların məişət həyatında hər hansı bir rol oynaya bilməzdi. Amma bu, bir insanın digərilə ünsiyytə girməsinə kömək edə bilərdi. Başqa sözlə, oyun da dil kimi, qarşılıqlı ünsiyyət vasitəsidir: “Onların hər ikisi insanların bir-birilə əlaqə yaratması üçün vasitədir”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: QUARTZ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az