23.03.2019 12:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakının turizm imkanları ilə tanışlıq - FOTOREPORTAJ
 
21.03.2019
KHABARONLINE, İran
 

  Maykl Essyen karyerasını Azərbaycanda davam etdirəcək
 
20.03.2019
BeninWebTv, Benin
 

  Novruzunuz mübarək! Azərbaycanda Novruz bayramı necə qeyd olunur?
 
19.03.2019
ASIA-Plus, Tacikistan
 

  Azərbaycanda Novruz
 
19.03.2019
IRNA, İran
 

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

 
 
Azərbaycan: ixracın rəqəmsal platforma vasitəsilə şaxələndirilməsi

 
 



REGARD SUR L’EST, Fransa
14.12.2018


Müəllif: Eli Qilem

Azərbaycan neft ixracından asılılığı azaltmaq niyyətindədir. Ölkənin maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət başçısı müvafiq qurumlara, o cümlədən İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə bu sahədə müəyyən edilmiş məqsədləri nəzərə almaqla, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini tapşırıb.

Artıq dövlət ixracın təşviqini stimullaşdırma mexanizmlərinin tətbiqinə başlayıb. Bu, beynəlxalq sərgilərdə mümkün qədər sıx iştirak etməklə, “Made in Azerbaijan” brendinin təşviqini nəzərdə tutur.

Hakimiyyət orqanlarının dəstək verdiyi ixrac məhsulları arasında ilk yerlərdə yun gəlir. 2016-cı ilin payızında yaradılmış Azexport.az portalı 2018-ci ildə Rusiyaya 60 min ton qoyun yununun ixracına yol açıb. Bu, uzun illərdir məhsulunu kimə satacağını bilməyən yerli istehsalçılar üçün yeni bazardır. Ötən illərdə bu sahədə istehsalın son dərəcə qeyri-sabit olması da bazarın yoxluğundan irəli gəlirdi. Məsələn, 1985-ci ildə Azərbaycanda yun istehsalı 11 min ton olubsa, 1995-ci ildə cəmi 9 min ton təşkil edib. Nəhayət, 2015-ci ildə bu göstərici 17 min tona çatıb.

Əgər məlumatlar etibarlıdırsa, bu ixrac portalının fəaliyyətindən daha səmərəli nəsə ola bilməz: rəqəmsal interfeysə malik “Azexport” istehsalçıların icazə sənədi almasına, logistika və marketinq məsələlərini həll etməsinə, xarici bazarlara çıxmasına kömək edir.

“Azexport”un direktoru Zaur Qardaşov portalın xüsusilə kiçik və orta sahibkarlıq üçün əhəmiyyətinə diqqət çəkir.

Ötən 22 ay ərzində Azərbaycan məhsulları 108 ölkəyə ixrac edilib. Rusiya bu ölkələr arasında birinci yeri tutur. Sonrakı yerlərdə Türkiyə, İsveçrə, Gürcüstan və Qazaxıstan qərarlaşıb.

2018-ci ilin yanvarından oktyabrınadək ümumi ixracda iqeyri-neft məhsullarının payı ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb. Hazırda Azərbaycanın neftdən başqa ən çox ixrac etdiyi məhsullar pomidor və qızıldır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: REGARD SUR L’EST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az