21.01.2019 06:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Azərbaycan şairələri: səkkiz əsrlik dədbiyyat (1200-1991)

 
 



EURASIA News, İtaliya
17.12.2018


Azərbaycanın İtaliyadakı səfirliyi, Türkiyə Beynəlxalq İrs və Mədəniyyət Fondu və Sandro Teti Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə İtaliya Senatı kitabxanasının əsas zalında “Azərbaycan şairələri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” şeirlər toplusunun təqdimatı keçirilib.

Türkiyə Beynəlxalq İrs və Mədəniyyət Fondu və Sandro Teti Nəşriyyat Evi arasındakı əməkdaşlığın bəhrəsi olan kitab Günay Əfəndiyeva və Şəhla Nağıyevanın redaktəsi ilə İtaliyada nəşr olunub. Kitabda 1200-1991-ci illərdə yaşamış azərbaycanlı şairələrin qarşısında tərcüməsi olan orijinal şeirləri yer alır.

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyanın sədri, xanım Rozanna Boldi tədbirdə Azərbaycanın zəngin ədəbiyyatı və mədəniyyətindən danışıb, Azərbaycan ədəbiyyatına xüsusilə qadınların verdiyi töhfələrdən bəhs edən kitabın əhəmiyyətini vurğulayıb. Xanım Boldi bildirib ki, kitab onun Qafqaz ölkələrinə çoxsaylı səfərləri zamanı da qeyd etdiyi kimi, qadınların Azərbaycan cəmiyyətindəki rolununun bariz nümunəsidir.

Bu fikirləri səfir Məmməd Əhmədzadə də təsdiqləyib. Senat rəhbərliyinə təşəkkürünü bildirən diplomat Azərbaycan mədəniyyətinin İtaliyada daha dərindən tanıdılmasına imkan verən bu tədbirin önəmindən danışıb.

Azərbaycanla İtaliya arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurulayan səfir bu il İtaliya prezidenti Serco Matarellanın, Senatın sədri Mariya Elizabetta Alberti Kazellatinin Azərbaycana, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın isə İtaliyaya səfərlərini xatırladıb. O, bütün bunların iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun nümunəsi olduğunu söyləyib.

Səfir iki xalqın yaxınlaşmasında bu cür mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb, təqdim edilən kitabın azərbaycanlı qadınların yalnız milli ədəbiyyatda deyil, eyni zamanda cəmiyyətdəki rolunun nümayiş etdirilməsi baxımından önəmli olduğunu deyib. O, müasir Azərbaycan qadınları haqda da danışıb, onların ölkənin sosial-siyasi və elmi-mədəni həyatındakı fəallığına diqqət çəkib.

Səfir Məmməd Əhmədzadə Azərbaycanın dünya mədəni irsinə töhfədən də söz açıb, Azərbaycan ədəbiyyatının zənginləşməsində qadın ruhunun rolundan, kitabda göstərilmiş qadınların cəmiyyətdəki mövqeyindən, xüsusilə Xurşudbanu Natəvanın tarixi Azərbaycan torpağı olan Qarabağdakı sosial fəaliyyətindən danışıb.

Daha sonra Türkiyə Beynəlxalq İrs və Mədəniyyət Fondunun sədri Günay Əfəndiyeva çıxış edib. O, türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın mədəniyyəti, tarixi irsi, incəsənət və ədəbiyyatının önəmini vurğulayıb. Azərbaycanda bu dəyərlərin çox yüskək tutulduğunu vurğulayan Əfəndiyeva mədəniyyət sahəsinin ölkənin başlıca siyasi istiqamətlərindən olduğunu bildirib.

G.Əfəndiyevanın sözlərinə görə, rəhbərlik etdiyi fondun məqsədlərindən biri də türk mədəni irsini beynəlxalq səviyyədə tanıtmaq, mühafizə və təşfiq etməkdir. O, indiyədək görükləri işlərdən danışıb, təqdim olunan kitabın əhəmiyyətindən söz açıb.

Azərbaycanın zəngin ədəbi irsinə qadınların töhfəni haqda danışan Əfəndiyeva bildirib ki, ölkə şairələrin əksəriyyəti tarixi Azərbaycan torpağı olan Qarabağda yaşayıb, əsərlərini də məhz orada yaradıb.

Nəşriyyat evinin direktoru Sandro Teti isə Azərbaycan haqda onu nəşriyyatında çap olunmuş kitablardan söz açıb. Teti Azərbaycana və bütün türk dünyasına rəğbətini dilə gətirib, Azərbaycan haqda kitabların nəşrinin ölkə mədəniyyətinin İtaliyada tanıdılması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Teti bildirib ki, yeni şeirlər kitabının çap edilməsində əsas məqsəd zəngin Azərbaycan ədəbiyyatını italyan oxucusuna təqdim etməkdir. Direktor eyni zamanda Azərbaycan qadınlarının ədəbiyyata töhfələrin və cəmiyyətdəki rolunun əhəmiyyətini xatırladıb.

Daha sonra tədbirdə Ülviyyə Heydərova və Zəhra Quliyeva tərəfindən hazırlanmış “Qadın ruhlu Azərbaycan poeziyası” sənədli filmi nümayiş olunub, kitabda yer almış şeirlərdən bəziləri məşhur azərbaycanlı aktrisa Mehriban Zəki tərəfindən səsləndirilib.

Tədbir çərçivəsində Cəmilə Həşimovanın kitaba daxil edilmiş illustrasiyalarından ibarət sərgisi də təşkil olunub. Tədbirdə dövlət qurumları və parlament nümayəndələri, elmi, akademik və mədəniyyət sahələrindən olan şəxs, KİV və İtaliyada akkreditasiya olunmuş diplomatik nümayəndələr iştirak edib.

“Azərbaycan şairələri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” toplusu, son illərdə Azərbaycan haqqında nəşr olunmuş digər çoxsaylı kitablarla birlikdə, Roma Konqres Mərkəzi – La Nuvola nəzdində təşkil edilmiş “Daha çox kitab daha çox azad şəxs deməkdir” adlı sərgidə də nümayiş etdirilib.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EURASIA News


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az