18.03.2019 19:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Azərbaycanda aşkarlanmış qayaüstü oyuqlar dünyanın ən qədim oyunlarındandır

 
 



Ancient Origins, İrlandiya Respublikası
19.12.2018


Müəllif: Ed Uilan

Azərbaycanda, Qobustanda ən böyük kəşflərdən birinə imza atılıb. Qobustandakı qayaların birinin üzərində masaüstü oyun aşkar edilib. Bu, ən qədim oyunlardan biri hesab olunur. Tarixi 4 min əvvələ uzanan bu oyun bir zamanlar Qədim Misirdə məşhur olmuş “tazılar”, “çaqqallar” oyununun ilkin formasıdır.

Qobustan regionunda çox qədim dövrlərdə maldarlar yaşayıb. Ehtimala görə, aşkarlanmış oyunu min illər əvvəl orada yaşamış köçərilər oynayıb.

Qədim əyləncə

“Live Science” jurnalına görə, bu kəşfi Amerika Təbiət Tarixi Muzeyinin arxeoloqu Uolter Krist edib. O, Qobustandakı petroqliflərin fotolarına baxıb və qəfildən başa düşüb ki, bəzi rəsmlərdən birində masaüstü oyun təsvir olunub. Bu şəkillər U.Kristi həyəcanlandırıb. Nəticədə o, elə səhəri gün Azərbaycanın paytaxtı Bakıya yollanıb.

Amerikalı ekspert bu oyunun “tazılar”, “çaqqallar” və ya “58 xana” masaüstü oyununa bənzədiyini deyir. Onun mərkəzində iki cərgə oyuqlar var. İki cərgə 50 oyuqla əhatə olunub. Hesab edilir ki, oyunda hədəf fiqurların masanın bir tərəfindən digər tərəfinə çatdırılması olub.

Onun misir nümunəsindnə tazı və çaqqala bənzəyən fiqurlar da var. Ona bu üzdən “tazılar” və ya “çaqallar” adı verilib. Həmin fiqurlar Qədim Misirin 13-cü sülaləsinə mənsub olmuş fironun məqbərəsindən tapılıb.

“Bu oyun gözlənilmədən ən müxtəlif məkanlarda aşkar olunur”, - deyə arxeoloq Krist bildirir. Hesab edilir ki, “58 xana” müasir dövrdə oynanılan nərdə oxşayır.

Əslində, bu qədim oyunun tapılması surpriz deyil. Çünki əcdadlarımızın qədim zamanlarda oyun oynadıqlarına dair sübutlar var. İndiyədək çox sayda məzarda, xüsusilə də varlıların məqbərəsində müxtəlif oyunlar aşkarlanıb.

Qobustandakı qayaüstü rəsmlər

Qədim masaüstü oyun Azərbaycanın paytaxtı Bakının yaxınlığında yerləşən Qobustan dövlət tarixi-bədii qoruğunda tapılıb. Burada Mis dövrünə aid olan arxeoloji məkanlar, həmçinin 4500-dən çox petroqlif var. Bu petroqliflərdə Mis dövründə yaşamış insanların həyat tərzi təsvir edilib: qayıqlar, döyüş səhnələri, dini ayinlər, ovçuluq. Hesab edilir ki, bu petroqliflər 4 min əvvəl köçəri maldarlar tərəfindən yaradılıb.

4 min əvvəl oynanmış “58 xana” oyununun tapılması böyük əhəmiyyət kəsb edir. Çünki onu burada 4 min il əvvəl yaşamış köçəri maldarlarla əlaqələndirmək mümkündür. Azərbaycanda aşkar olunmuş “58 xana” Misirdə tapılmış oyundan da qədimdir. Amma onu da qədim oyun hesab etmək olmaz. Çünki ən qədim masaüstü oyun “Ur Kral” hesab edilir. O, müasir İraqda tapılıb.

Oyundan daha böyük məna kəsb edən “58 xana”

Kristin Qobustanda masaüstü oyun aşkar etməsi böyük əhəmiyyətə malikdir. Bu oyunun Qafqazdan Nil çayına qədər geniş regionda yayıldığı məlumdur. Demək, hələ min illər əvvəl regionda mədəni mübadilə varmış. Bundan əlavə, qaya üzərindəki masaüstü oyun həmin dövrdə cəmiyyətin mürəkkəb quruluşa malik olduğunu, qədim insanların düşüncəsinin və dil qabiliyyətinin inkişaf etdiyini göstərir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ancient Origins


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az