26.06.2019 10:04
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Haitili Donald Gerye Azərbaycanda ilin ən yaxşı futbolçusu seçilib

 
 



Loop Haiti, Haiti
19.12.2018


Artıq iki ildir Azərbaycan Premyer Liqasında çıxış edən “Qarabağ” futbol klubunun şərəfini qoruyan, 2018-ci ili yüksək səviyyədə keçirmiş Haiti yığmasının üzvü Donald Gerye Azərbaycan çempionatının ən yaxşı əcnəbi futbolçusu adına layiq görülüb.

2018-ci ildə fərqlənmiş futbolçuların mükafatlandırılması üçün Azərbaycanın futbol rəhbərliyi tərəfindən qala gecə təşkil edilib. Gecədə “America des Cayes” futbol klubunun sabiq üzvü Donald Geryenin (DG77) Azərbaycan çempionatının ən yaxşı əcnəbi oyunçu adına layiq görüldüyü elan olunub.

Xatırladaq ki, bir ara İtaliyaya keçidi gündəmdə olan futbolçu sonda “Qarabağ”da qalıb və ötən mövsüm klubu ilə çempionatın qalib oldu. O, öz istedadı və uyğunlaşma tərzi ilə mövsümə damğasını vurmağı bacarıb. Məhz Geryenin nümayiş etdirdiyi parlaq oyun sayəsində “Qarabağ” avqustda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Port-à-Pimentdə doğulmuş futbolçu bu mövsümün əvvəlində “Qarabağ”ın “Şerif” üzərində qazandığı 3:0 hesablı qələbədə pay sahibi olub və komandasının ikinci qoluna məhz imza atıb. Məhz bu qələbə sayəsində Ağdam klubu Avropa Liqasına vəsiqə qazanıb və Haiti millisinin üzvü komandasının bu turnirdə keçirdiyi bütün oyunlarda meydana çıxıb. Vaxtilə “Violette AC” klubunun da şərəfini qorumuş futbolçusu baş məşqçi Qurban Qurbanovun komandasının əsas simalardan biridir. Baş məşqçi onu sol cinah müdafiəçisi mövqeyində oynadır. Universal futbolçu olan Donald yarımmüdafiənin sol və sağ cinahlarında da oynaya bilir.

Xatırladaq ki, futbolçu, Polşanın “Visla Krakov” klubunda da çıxış edib. Gerye orada da rəhbərliyin və tərəfdarların rəğbətini qazana bilmişdi. Daha sonra o, 450 min avro qarşılığında Türkiyənin birinci divizionunda mübarizə aparan “Alanyaspor”a transfer olunmuşdu.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Loop Haiti


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az