26.06.2019 10:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
İlham Əliyev: “Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var”

 
 



AVIAMOST.ae, BƏƏ
24.12.2018


Azərbaycanın əsrlərə uzanan qədim tarixi, füsünkar təbiəti, yay və qış kurortları, ləziz mətbəxi var. Bununla yanaşı, bu Qafqaz ölkəsinin əhalisi BƏƏ-yə kifayət qədər isti münasibət bəsləyir. Bu üzdən də Azərbaycan BƏƏ vətəndaşlarının ən çox səfər etdiyi istiqamətlərdən biridir.

Müstəqilliyini 1991-ci ildə əldə etmiş Azərbaycan o zaman müxtəlif problemlərlə üzləşmişdi. Amma ölkə iqtisadiyyatı inkişaf  etdirildi, neft və qaz yataqlarının işlənməsilə məşğul olan aparıcı beynəlxalq şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı, nəticədə Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsinə çevrildi.

BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı inama və anlaşmaya əsaslanan sıx dost münasibətləri mövcuddur. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlıq edir. Bu gün BƏƏ vətəndaşları Azərbaycana elektron viza almaqla yollana bilir. Onlar vizanı Azərbaycanın beynəlxalq aeroportlarına çatar-çatmaz əldə edirlər. Bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.

Bu gün Azərbaycan, prezident İlham Əliyevin rəhbərliyi altında indiyədək neft-qaz gəlirlərinə əsaslanmış ölkə iqtisadiyyatını şaxələndirməklə məşğuldur. İndi, qeyri-neft sektorunun da inkişafı üçün bütün imkanlardan istifadə olunur. Bu məqsədlə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye sahəsi inkişaf etdirilir, azad ticarət zonaları təsis olunur.

Bununla yanaşı, ötən il beynəlxalq şirkətlərlə Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın konsorsiumdakı payı artırılıb. Üstəlik, beynəlxalq şirkətlər ölkəyə bonus olaraq 3,6 milyard dollar ödəyəcək.

2018-ci il mayın 29-da ölkədə daha bir mühüm tədbir – “Cənub Qaz Dəhlizi”nin açılış mərasimi keçirilib. 4 seqmentdən ibarət olan bu layihə Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün reallaşdırılır. Artıq “Cənub Qaz Dəhlizi”nin 3 seqmentində işlər başa çatıb: 1,2 trilyon kubmetr qaz ehtiyatına malik “Şahdəniz-2” yatağı, Cənubi Qafqaz Boru Kəməri və Transanadolu kəmərində (TANAP).

İndi, Transadriatik qaz kəmərininin (TAP) tikintisinin başa çatdırılması qalır. Burada da işlərin böyük hissəsi tamamlanıb.

Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan hər zaman Avrasiyanın müxtəlif hissələri üçün körpü rolunu oynayıb. 2017-ci ildə bu körpülərdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun da açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan,Türkiyə, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentləri, baş nazirlər və digər yüksək rütbəli rəsmilər iştirak edib. Avrasiya regionu üçün böyük əhəmiyyətə malik bu layihə qədim İpək Yolunun bərpası demək idi. Məsələ ondadır ki, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Mərkəzi Asiya ölkələrinin və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışı asanlaşır. Onun vasitəsilə ildə 3 milyon sərnişin və 17 milyon ton yükün daşınacağı gözlənilir. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu regiona turist axınını da gücləndirəcək.

Azərbaycandan keçən digər nəqliyyat layihəsi “Şimal-Cənub” dəhlizidir. Bu yaxınlarda işə düşəcək dəhliz vasitəsilə Cənubi Asiya regionundan məhsullar Rusiya və Şimali Avropaya nəql ediləcək. Bu yerdə Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər-bir yol” layihəsini də yada salmaq lazımdır.. Azərbaycan bu layihəni də dəstəkləyir.

2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması Azərbaycanın dövlət başçısı İlham Əliyevin daha bir uğuru sayıla bilər. Bu, uzun illər aparılmış işin nəticəsi idi. Sənəd Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafına, həmçinin ətraf mühitin, Xəzər dənizinin biosferinin qorunmasına, regional təhlükəsizliyin təmin edilməsinə töhfə verəcək.

Ümumiyyətlə, Azərbaycan sivilizasiyaların kəsişməsində yerləşən unikal ölkədir. Həm islam, həm də Avropa təşkilatlarının üzvü olan Azərbaycan hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirir. Odur ki, Azərbaycan onlar arasında körpü rolunu oynayır.

Bakı xüsusilə humanitar məsələlərin müzakirəsinə böyük diqqət göstərir və sahəyə aid miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Məsələn, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Bakı sammiti, 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 6 dəfə Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanda keçirilib. Bu, Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunun bariz nümunəsidir.

Son belə tədbirlərdən biri bu il oktyabrın 25-də keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forum olub. Tədbirin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, həmçinin BƏƏ daxil olmaqla, 90-dan çox ölkəni təmsil edən 400-dən çox nümayəndə iştirak edib.

Azərbaycanda həmçinin birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, futbol üzrə U-17 qadınlararası dünya çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku və Formula 1 yarışı keçirilib. Bu üzdən Azərbaycan idman ölkəsi kimi də tanınır. 2017-ci il mayın 12-22-də Bakı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu yarışa 54 müsəlman ölkəsini təmsil edən 3 mindən çox idmançı qatılıb. Onu 50 ölkədən 1 milyard insan izləyib.

Azərbaycan islam mədəni irsinin yarandığı, qorunduğu, həmçinin 7-8-ci əsrlərdə yayıldığı ölkə kimi tanınır. İlham Əliyevin hakimiyyəti dövründə dini abidələrin, məscidlərin və məbədlərin bərpası ilə bağlı mühüm işlər görülüb. Sovet dönəmində ölkədə 17 məscid olduğu halda, hazırda onların sayı 2200-ə çatır.

Azərbaycan islam dünyasında davam edən münaqişələrin həllin üçün ciddi səylər göstərir. Bununla yanaşı, rəsmi Bakı problemlərin ədalətli həlli ilə bağlı müzakirələr zamanı birmənalı olaraq beynəlxalq hüquqa arxalanır, hər zaman bu mövqedən çıxış edir.

Azərbaycan prezidenti İlham Əliyev “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində yazır: “Bu gün müsəlman dünyasının hər zamankıdan daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır”.

Azərbaycan xalqı İlham Əliyevin fəaliyyətinə böyük dəstək göstərir. Ölkədə 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkisində İlham Əliyev 86%-dən çox səs toplayıb. Bununla Azərbaycan xalqı ona möhtəşəm qələbə qazandırıb. Başqa sözlə, azərbaycanlılar İlham Əliyevə inamlarının sarsılmaz olduğunu nümayiş etdiriblər. Hazırkı prezidentin ard-arda 4 seçkidə qələbə qazanması onun bir lider kimi, nə qədər populyar olduğunu göstərir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AVIAMOST.ae


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az