21.01.2019 06:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
SOCAR ilə BP Türkiyədə neft-kimya kompleksi inşa edəcək

 
 



IRNA, İran
25.12.2018


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti Türkiyədə müasir texnologiya ilə təchiz olunacaq neft-kimya kompleksi inşa edəcək.

İki qurum Türkiyədə birgə istehsalat müəssisəsinin yaradılmasına dair müqavilənin bağlandığı haqda məlumat yayıb. Məlumata görə, Türkiyənin qərbində yerləşən Əliağa bölgəsində yaradılacaq müştərək müəssisədə hər il 1,25 milyon ton tereftalik turşu, 840 min ton tozoksil və 340 min ton benzol istehsal olunacaq.

Yaxın vaxtlarda yeni istehsalat birliyinin layihələndirmə işlərinə start veriləcək. Yeni neft-kimya kompleksi Türkiyədə yerləşən və SOCAR-a məxsus “Star” zavodu və “Petkim” neft-kimya kompleksini lazımi materiallarla təmin edəcək.

SOCAR-ın Türkiyədəki ofisinin direktoru Vaqif Əliyev: “2008-ci ildə SOCAR “Petkim” neft-kimya kompleksini istismara verməklə, Türkiyə bazarına daxil olub. Daha sonra burada SOCAR tərəfindən “Star” zavodu, Transanadolu qaz kəməri, “Petlim” konteyner terminalı, “Petkim” külək elektrik stansiyası kimi böyük layihələr həyata keçirilib”.

SOCAR Türkiyədəki bütün iqtisadi layihələrini Əliağa bölgəsində həyata keçirib və bununla da bu region xüsusi sənaye zonasına çevrilib.

“Azərbaycanın neft-kimya kompleksini dünya bazarlarına birbaşa çıxışı olan Ege dənizi sahilində genişləndirməkdə məqsədi iki ölkə iqtisadiyyatına töhfə verməkdir”, - deyə V.Əliyev bildirib.

BP şirkətinə məxsus Aromatik Karbohidrogenlərin Qlobal İstehsalat Birliyinin icraçı direktoru Luis Sierra deyib: “Yeni neft-kimya kompleksinin uğurla inşa edildiyi təqdirdə, müəssisə qərb yarımkürəsində tereftalik turşu, parakstik və aromatik karbohidrogenlərin ən böyük istehsalçılarından biri olacaq. O, BP tərəfindən 20 il əvvəl Çində inşa olunmuş “Zhuhai” müəssisəsindən sonra ən böyük aromatik karbohidrogen istehsalat birliyinə çevriləcək. Bununla yanaşı, BP-nin qabaqcıl texnologiyalardan istifadəsilə, SOCAR ilə birlikdə Türkiyənin polyester və toxuculuq sənayesinə kömək edəcək daha üstün istehsalat birliyi yaranacaq”.

SOCAR ilə BP bu məsələdə 2019-cu ildə yekun investisiya qərarlarının qəbulunu, 2023-cü ildə isə istehsalat birliyini istismara verməyi planlaşdırır. Bu iki qurum Azərbaycan, Türkiyə və regionun digər bölgələrində bir sıra enerji layihələri çərçivəsində uzunmüddətli əməkdaşlıq edir.

SOCAR-ın Türkiyə ofisinin icraçı direktoru Zaur Qəhrəmanov hesab edir ki, planlaşdırılan yeni sərmayə qoyuluşu xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsilə SOCAR-ın Türkiyə bazarındakı payı artacaq və qeyd olunan məhsulların Türkiyəyə idxalı azalacaq.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az