21.01.2019 06:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
İsrail səfirliyi Krav-maqanı Azərbaycana gətirir

 
 



Alliance, Fransa
27.12.2018


Müəllif: Jüdit Duye

İsrailin qadına şiddətə qarşı böyük bir tədbir keçirdiyi vaxtda, dünyada Beynəlxalq Gender Əsaslı Zorakılığın Aradan Qaldırılması Həftəsi qeyd olunurdu. Bu, Azərbaycanda da qeyd olunur. Bu həftə çərçivəsində ölkədə düz 16 gün müxtəlif tədbirlər keçirilib. İsrailin Azərbaycandakı səfirliyi isə tədbirlərdə qeyri-adi formada iştirak edib.

Müsəlman dövlətləri arasında ən mütərəqqi, dünyəvi və tolerant ölkə hesab edilən Azərbaycan İsrailla sıx münasibətlərə malikdir. İsrail Sovet İttifaqının dağılmasından sonra bu ölkənin müstəqilliyini tanımış ilk ölkələrdən biri olub.

Qadınlar üçün müntəzəm Krav-maqa (İsrailin idman sənəti) seminarları təşkil edən, Beynəlxalq Krav-maqa Assosiasiyasının yeganə qadın baş təlimatçısı Lilak Şiff bu münasibətlə bu ay Azərbaycana yollanıb. Onu paytaxt Bakıda gənc qadınlar üçün özünümüdafiə seminarları təşkil etməyə İsrailin Azərbaycandakı səfirliyi dəvət edib.

Krav-maqa İsrailin hər kəsə uyğun idman növüdür. O, İsrailin idman mədəniyyətinin bir sıra aspektlərini ortaya qoyur.

“Azərbaycanlılar əlbəyaxa döyüş növləri və özünümüdafiə ilə dərindən maraqlanır. Biz öz mədəniyyətimizi onlarla bölüşmək istəyirik”, - deyə İsrailin Azərbaycandakı səfirinin köməkçisi Avital Mimran Rosenberq bildirib.

Beləliklə, İsrailin Azərbaycandakı səfirliyi Bakıda bu ölkənin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Bakı İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində xüsusi bir gün təşkil edib. Gün təntənəli mərasimlə başlayıb.

Avital Mimran Rosenberq deyir ki, bu ideya heç də Azərbaycanda zorakılığın olması ilə əlaqədar yaranmayıb: “Bu, sadəcə, bütün dünya üçün ümumi bir problemin həllində iştirak etmək arzumuzdan irəli gəlir. Harada olmağınızdan asılı olmayaraq, bu, qlobal problemdir. Biz əhalini maarifləndirmək istəyirik”.

“Bizim vermək istədiyimiz mesaj ondan ibarətdir ki, ölkədə təhlükəsizliklə bağlı vəziyyət sabit olsa belə, hər qadın, ümumilikdə hər bir insan özünü müdafiə etməyi bacarmalıdır”, - deyə səfir köməkçisi qeyd edib.

Mimran Rosenberqin sözlərinə görə, bu bölgə qadınlarının təlimlərə münasibəti çox gözəl olub və onlar seminarlarda böyük həvəslə iştirak edib. “Onlar təlimləri yüksək qiymətləndirdilər. Biz onların qavrama qabiliyyətinin güclü olduğunu da gördük. Düşünürəm ki, davam edə bilərik”, - deyə Mimran Rosenberq bildirib.

Səfirlik ictimaiyyətə mümkün qədər çox məlumat vermək üçün xanım Şiffin özünümüdafiə ilə bağlı məsləhətlərini Bakının müxtəlif yerlərində videogörüntü şəklində də yayıb.

“Düşünürük ki, bu mövzuya xüsusilə qadınların özünü müdafiə edə bilməsinin vacibliyi haqda fikirlərin az olduğu yerlərdə daha çox əhəmiyyət vermək, onu insanlara daha ətraflı çatdırmaq lazımdır. İsraildə bir çox sahələrdə çox inkişaf etmişik və bu, bizə təbii gəlir. Lakin bir qədər kənara çıxdıqda görürük ki, bəzi məsələlər heç də bütün dünya tərəfindən qəbul olunmayıb”, - deyə səfir köməkçisi vurğulayıb: “Azərbaycanda qadınlara böyük hörmət var. Biz daha da uzağa getmək və qadınlara özlərini müdafiə etmək imkanı yaratmaq istəyirik”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Alliance


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az