21.01.2019 06:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Azərbaycan Dağlıq Qarabağa “ən yüksək muxtariyyət” verməyə hazır olduğunu bildirir

 
 



LA VANGUARDIA, İspaniya
27.12.2018


Azərbaycan 30 ildir qonşu Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın separatçı rejiminə münaqişənin sülh yolu ilə həll ediləcəyi halda ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirir.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “bu gün ölkəmizdə yaşayan müxtəlif etnik qrupların təhlükəsizliyinə zəmanət verdiyimiz kimi, Dağlıq Qarabağda yaşayan erməni mənşəli vətandaşlarımızın da hüquqlarını qorumağa, onlara Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ən yüksək muxtariyyət verməyə hazırıq”.

Nazir “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində illərdir davam edən münaqişənin 2019-cu ildə həll olunacağına ümidini ifadə edib.

“Ümid edirik ki, 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olacaq”, - deyə Elmar  Məmmədyarov bildirib. Nazir hesab edir ki, bu irəliləyiş bütün regionda sülhə və sabitliyə töhfə verəcək, ilk növbədə isə Dağlıq Qarabağ münaqişəsi üzündən Türkiyə ilə Azərbaycanın blokadası ilə üzləşmiş Ermənistanın iqtisadi baxımdan inkişafına müsbət təsir göstərəcək.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqı dövründən qalma “miras”dır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın erməni əhalisinin Ermənistanla birləşmək istəməsi nəticəsində tərəflər arasında 25 min insanın ölümü ilə nəticələnmiş müharibə başlayıb və o, Ermənistanın qələbəsilə bitib.

Azərbaycan ölkə ərazisinin 20%-ni təşkil edən işğal altındakı bölgənin geri qaytarılmasını tələb edir. Yerevan isə münaqişənin həllinə dair danışıqlar prosesində separatçı rejimin də iştirak etməli olduğunu deyir.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LA VANGUARDIA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az